Demosfen
Demosfen (yun. Δημοσθένης; e.ə. 384 – 12 oktyabr e.ə. 322) — qədim dünyanın məşhur natiqlərindən biri.
Deyilənlərə görə bir nəfər Demosfenin yanına gəlib döyüldüyünü söyləyir və xahiş edir ki, məhkəmədə onun müdafiəçisi olsun. Demosfen isə cavab verir ki, mən axı sənin zərər çəkdiyini görmürəm. "Necə yəni zərər çəkməmişəm" – deyə həmin adam var gücü ilə qışqırır. Demosfen sakitcə deyir: "Bax indi həqiqətən zərərdidənin səsini eşidirəm".
"Dəmir" ləqəbiylə məşhur olan bir oğru Demosfenin öz çıxışlarını gecə lampa işığında hazırlamasına istehza edərək deyir: "Demosfen mühakimələrindən fitil iyi gəlir". Cavabında Demosfen: "Bilirəm, bilirəm, - deyir, səni pərt edən mənim evimdə gecələr işıq yanmasıdır.