* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Danışdırmaq, söylətmək. Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı). // məc. Əzizləmək, oxşamaq. Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. // məc. Çalmaq, səsləndirmək. Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi. M.S.Ordubadi. [Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal. // İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər. – Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni? R.Rza. 2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər. – Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / dindirmək2 1. DİNDİRMƏK [Firat] məhkəmə zamanı şahidləri dindirib, onları dürüstləşdirmək istəyirdi... (H.Abbaszadə); DANIŞDIRMAQ Məhkəmə sədri... bir neçə şahidi də danışdırdı (M.Hüseyn); İSTİNTAQ ETMƏK Müdir tələbələri bir-bir kabinetə çağırıb istintaq etdi (A.Şaiq). 2. DİNDİRMƏK ...Yan xəlvətdə gördüm; Dindirmədim doyunca (Bayatı); DANIŞDIRMAQ [Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi (Ə.Abbasov).
Azərbaycan dilinin sinonimlər lüğəti / dindirmək2 глаг. 1. говорить, разговаривать с кем-л. (общаться, поддерживать отношения, иметь общение с кем-л.) 2. разговаривать, разговорить (вовлечь в разговор, заставить разговориться кого- л.) 3. допрашивать, допросить (произвести допрос). Cinayətkarı dindirmək допросить преступника, şahidləri dindirmək допросить свидетелей
Azərbaycanca-rusca lüğət / dindirmək1 f. 1. to be* on good terms (with); to speak* to; to reconcile (d. with) 2. hüq. to interrogate (d.), to question (d.), to exam ine (d.)
Azərbaycanca-ingiliscə lüğət / dindirmək1 гл. 1. рахурун, луькӀуьрун, лугьуз тун; // пер. кинар авун, тавазивалун; 2. пер. ваниз тун, ягъун (мес. чуьнгуьр); 3. суал-жаваб авун, силис авун; 4. dindirməmək инк. рахур тавун, луькӀуьр тавун, хъел яз хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dindirmək