düçar sözü azərbaycan dilində

düçar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • düçar • 99.7105%
  • Düçar • 0.2533%
  • DÜÇAR • 0.0362%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.96 dəfə / 1 mln.
2002 ••••••••••••••• 13.70
2003 •••••••••••••••••••• 18.50
2004 ••••••••••••• 11.12
2005 ••••••••••••••••• 14.85
2006 ••••••••• 7.43
2007 •••••••••••••• 12.47
2008 ••••••• 6.09
2009 •••••••••••••••• 14.24
2010 •••••••••••• 10.44
2011 •••••••••• 9.01
2012 •••••••••••• 11.01
2013 ••••••••••••• 11.67
2014 •••••••••••••• 12.70
2015 •••••••••• 9.02
2016 ••••••••• 8.16
2017 •••••• 4.72
2018 •••••• 5.54
2019 •••••••••• 8.35
2020 ••••••••••••• 11.27

düçar sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı). □ Düçar etmək – üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq. [Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb, indi sizi əcəl çəkəçəkə mənə düçar edibdir! M.F.Axundzadə. Fəda olum sənə, Seyyid sənin qulamındır; Bu qədr zillətə etmə onu düçar, ey dust! S.Ə.Şirvani. [Xırdaxanım:] …Dərbədər olsun məni bu evə düçar eyləyən! N.Vəzirov. Düçar olmaq – 1) mübtəla olmaq, tutulmaq, başına gəlmək. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib, “əstəğfürullah” deyir. T.Ş.Simurq. Yaşardı gözlərim, oldum o gündən eşqə düçar. H.Cavid; 2) rast gəlmək, rastlaşmaq, üz-üzə gəlmək, təsadüf etmək. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. [5-ci məhbus:] Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vaxt dərviş dərvişə düçar olmaq kimidir. Ü.Hacıbəyov; 3) məruz qalmaq, uğramaq, üz vermək. Nə möhnətdir, bu möhnət bilmirəm, Heyran düçar olmuş. Heyran xanım. Bunların yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti / düçar

düçar sözünün sinonimləri (yaxın mənalı sözlər)

düçar sözünün rus dilinə tərcüməsi

  • 1 прил. подверженный чему-л. (доступный воздействию чего-л.); в сочет.: düçar olmaq nəyə быть подверженным чему-л. O, bəlaya (dərdə) düçar oldu его постигло горе; o, xəstəliyə düçar oldu его постигла болезнь; eşqə düçar olmaq влюбиться, fəlakətə düçar olmaq попасть в катастрофу (в беду); düçar etmək подвергать, подвергнуть. Əziyyətə düçar etmək kimi подвергнуть мучению кого; düçar edilmək см. düçar olmaq

    Azərbaycanca-rusca lüğət / düçar

düçar sözünün inglis dilinə tərcüməsi

  • 1 s.: ~ olmaq to strike*, to overtake*, to befall*; to encounter (d.); xəstəliyə ~ olmaq to be* struck by illness; Onlar bədbəxtliyə düçar oldular Misfortune over fell them, Disaster overtook them; eşqə ~ olmaq to fall* in love (with); düşmənə ~ olmaq to encounter the enemy; ~ etmək to expose (d.); bir kəsi təhlükəyə ~ etmək to expose smb. to danger

    Azərbaycanca-ingiliscə lüğət / düçar

düçar sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. ~ olmaq être soumis, -e, subir vt, avoir və arriver vi (ê) felləri ilə ; O, xəstəliyə ~ oldu Il a eu une maladie ; Onlar bədbəxtliyə ~ oldular Il leur est arrivé un malheur

    Azərbaycanca-fransızca lüğət / düçar

düçar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. кьунвай, акунвай, галукьнавай, кьилел атанвай (мес. са кар, дерт, бала); // düçar etmək чин-чинал гъун, дуьшуьшарун; кьилел гъун (са кар); düçar olmaq а) кьилел атун; галукьун (мес. дерт, азар, хасаратвал); гьатун (мес. ашкъида); б) туьш хьун, дуьшуьш хьун, чин-чинал атун, гьалтун.

    Azərbaycanca-ləzgicə lüğəti / düçar

düçar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. mübtəla, tutulmuş; giriftar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"düçar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#düçar nədir? #düçar sözünün mənası #düçar nə deməkdir? #düçar sözünün izahı #düçar sözünün yazılışı #düçar necə yazılır? #düçar sözünün düzgün yazılışı #düçar leksik mənası #düçar sözünün sinonimi #düçar sözünün yaxın mənalı sözlər #düçar sözünün əks mənası #düçar sözünün etimologiyası #düçar sözünün orfoqrafiyası #düçar rusca #düçar inglisça #düçar fransızca #düçar sözünün istifadəsi #sözlük