ekzo sözü azərbaycan dilində

ekzo

Yazılış

  • ekzo • 71.4286%
  • Ekzo • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
COROT-Ekzo-7b
COROT-Ekzo-7b,Yer planetindən 489 işıq ili uzaqda olan, təkbuynuz bürcündəki COROT-7 ulduzunun ətrafında fırlanan ekzoplanetdir. İlk dəfə Fransa rəhbərliyindəki COROT missiyası tərəfindən aşkar edilmiş və 2009-cu ildə kəşfi elan olunmuşdur. Kepler-10b-nin 2011-ci ilin yanvar ayında açıqlanmasına qədər, diametr ölçüsü ilə ən kiçik ekzoplanet idi. Planetin çox qıssa orbit dönüş perioduna sahibdir . O ulduzu ətrafında bir tam dönüşü 20 saat müddətinə tamamlayır.
4-Ləkəli ekzoxomus
4-Ləkəli ekzoxomus (lat. : Exochomus guadripustulatus F.)-Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. == Biologiyası == Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. Böcəklə ən çox yaz aylarından başlamış iyunun sonu və iyulun əvvəllərində rast gəlinir. Bu müddət böcəklərin birinci nəsilvermə dövrü hesab olunur. İsti yay günlərində (30oC-dən artıq) bükülmüş yarpaqların içərisində yay diapauza halı keçirirlər. Qışlamalarını qidalandıqları ağacların günəşə tərəf hissəsində qabığın altında keçirirlər. Böcək özü qara rəngdə olub, qanadüstünlüyünün üzərində 4 kiçik ləkəsi var, qısa tükcüklərlə örtülüb. Baş hissə haşiyəlidir, mürəkkəb-fasetli gözləri aydın görünür, geniş xalına malikdir, qara rəngli olub, 9 buğumdan ibarətdir. Qanadüstünlüyündə çiyninə yaxın hissədə qırmızı sarımtıl, uzunsov ləkələr var.
Albert ekzoxorda
Azərbaycan (ekzonim)
Azərbaycan — müxtəlif dövrlərdə müxtəlif ərazilər üçün və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.
Ekzoftalm
Ekzoftalm- göz almasının önə doğru qabarmasıdır.
Ekzogen proseslər
Ekzogen proseslər — Yer səthində və litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Ekzogen proseslərə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz, maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
Ekzoplanet
Ekzoplanet (q.yun. εξω, exo — kənarda) və ya günəşdənkənar planet — Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet. Bu ulduzlar Günəşdən uzaqda - 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundu. 2016-cı ilin fevralına 1321 planet sistemində 2073 ekzoplanetin mövcud olması təsdiqlənmişdir. Onlardan 507-də birdən cox planet vardır. Süd yolundakı ekzoplanetlərin ümumi sayı hazırda 100 milyard təşkil edir. Onlardan təxminən 5-dən 20 milyarda qədəri mümkündür ki, "Yerəoxşar" olsunlar.
Ekzorsizm
Əfsun və ya Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. == Ümumi məlumat == Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu.
Ekzosfer
Ekzosfer (q.yun. ἐκτός — "xarici", "kənar" və σφαῖρα — "sfera") — Yer səthindən 600–1000 km hündürlükdə başlayan və 10 000 km hündürlüyədək uzanan atmosfer təbəqəsi. Atmosferin ən üst təbəqəsidir. Ekzosferin aşağı və orta hissələrində oksigen və azot atomlarının, yuxarı hissələrində isə yüngül qazların, əsasən də ionlaşmış hidrogen atomlarının nisbi miqdarı artır.
Ekzoskelet
Ekzoskelet (yun. έξω — xarici və σκελετος — skelet) — xarici karkazın köməyi ilə insanın ümumi gücünün artırılmasına səbəb olan cihaz. Bu mexanizm hərəkətlər zamanı sərf olunan gücün artırılması ilə insanın biomexanıkasını təkrar edir. Kütləvi İnformasiya Vasitələrinə istinadən hazırda (2015) Yaponiya və ABŞ-də işləyən ekzoskelet mövcuddur.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilin­də, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilin­də, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == “Sfinks” qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin ya­maclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticə­sində yaranmışdır. == Göbələyəbənzər “Parağdaş” qaya qalığı == Naxçıvançayın yuxarı axarın­da, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == “Gəlinqaya” == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxur­larından təşkil olunmuşdur.
Ekzotizm
Ekzotizm — mənşəcə başqa dilə daxil olub hər hansı bir xalqın məişətini, onun adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlər. == Ekzotik sözlər == Eldar:-Bu nədir? Gürcü:-Çonquri deyirik buna,sizin saz kimidir.(S.V) Bu nümunədəki "çonquri" sözü mənsubiyyətcə gürcü dilinə aiddir. Həmin dildə simli çalğı alətinin adıdır. Azərbaycan dilində çonquri sözünün ekvivalenti yoxdur. Belə bir cəhət - ekzotizmin qarşılığının olmaması onun diqqəti cəlb edən əlamətlərindəndir. Dildə ekzotizmlər müxtəlif səbəblərdən meydana çıxır. Hər şeydən əvvəl, ekzotik sözlər xalqlar, ölkələr arasında siyasi, iqtisadi, mədəni və dostluq əlaqələri əsasında yaranır. Azərbaycan dilində ekzotik sözlərin meydana gəlməsinin xüsusi tarixi vardır. Bu qrup sözlər lap qədimdən, ilk dəfə qonşu xalqlarla münasibət əsasında dilimizdə özünə yer tapmışdır.
Emili Rouzun altı ekzorsizmi (film, 2005)
"Emili Rouzun altı iblisi" real əhvalata əsasən bir qızın ekzorsizmləri haqqında 2005 il trilleri. Film xatirələr silsiləsi kimi gedərkən, cinlərlə tutulmuş Emili Rouzun faciəvi taleyi və guya onun ölümündə müqəssir keşiş Murun mühakimə prosesini izləyir. Tutulmuş Emili həmçinin latın, arami və yunan dilində danışır.
Jiralda ekzoxordası
Jiralda ekzoxordası (lat. Exochorda giraldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin ekzoxorda cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çinin şimal-şərq hissəsində yayılmışdır. Mədəni şəraitdə Krımda və Qafqazda becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m, çətrinin diametri 1,7 m olan şaxəli koldur. Cavan budaqları qırmızımtıl-boz rəngli, çılpaqdır. Yaşlı budaqları isə qırmızı-qonur rənglidir. Yarpaqları açıq yaşıl, 8-10 sm uzunluğunda, neştərvari, tam kənarlı, uc hissəsi dişlidir. İyun ayında çiçəkləyir. Çiçək saplağı 0,7-1 sm uzunluğundadır.
Ekzoxorda
Ekzoxorda (lat. Exochorda) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

"ekzo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ekzo nədir? #ekzo sözünün mənası #ekzo nə deməkdir? #ekzo sözünün izahı #ekzo sözünün yazılışı #ekzo necə yazılır? #ekzo sözünün düzgün yazılışı #ekzo leksik mənası #ekzo sözünün sinonimi #ekzo sözünün yaxın mənalı sözlər #ekzo sözünün əks mənası #ekzo sözünün etimologiyası #ekzo sözünün orfoqrafiyası #ekzo rusca #ekzo inglisça #ekzo fransızca #ekzo sözünün istifadəsi #sözlük