Ezop sözü azərbaycan dilində

Ezop

Yazılış

  • Ezop • 90.3226%
  • ezop • 9.6774%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ezop
Ezop (yun. Αἴσωπος, Aisōpos təq. e.ə. 620, Mesembriya[d] – təq. e.ə. 564, Delphi) — Əfsanəvi Ezop qədim yunan təmsil ustasıdır. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun bioqrafiyası qeyri-müəyyəndir. Ən inandırıcı versiyaya görə, o kölə olub və sonradan ona azadlıq verilib.
Ezop dili
Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil. Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI-V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.
Ezopus müharibələri
Ezopus müharibələri — XVII əsrin ikinci yarısında Nyu-Yorkun Olster dairəsində Lenape hindilərinin (delavarlar) Ezopus qəbiləsi ilə Yeni Niderland kolonistləri arasında baş tutmuş iki münaqişə. İlk müharibə mühacirlər tərəfindən qızışdırılmış, ikinci müharibə Exopus qəbiləsinin kininin davamı idi. == Zəmin == Avropa müstəmləkəçiliyindən əvvəl Kinqston bölgəsində 1600-cü ilə qədər kiçik kənd icmalarında, delavarlardan hesab edilən təxminən 10,000 nəfərlik Ezopus qəbiləsi yaşayırdı. 1609-cu ildə Henri Hudzon onun adını daşıyan çayı tədqiq etmiş və bu, ezopuslar xalqı ilə avropalılar arasında ilk əlaqəyə səbəb olmuşdur. Holland mühacirlər 1614-cü ildə Nyu-Yorkun Kinqston şəhərində ticarət məntəqəsi tikmişdilər. Ezopus tayfası torpaqdan əkinçilik üçün istifadə etmiş və onlar postu dağıdıb məskunlaşanları cənuba qovmuşdular. Kolonistlər 1652-ci ildə Kinqstonda yeni qəsəbə qurmuş, lakin Ezopus onları yenidən qovmuşdur. Onlar kəndi müdafiə etmək üçün kiçik müdafiə qurğusu tikmişdilər. Atışmalar davam etmiş, lakin ezopuslar mühacirləri dəf edə bilməmiş və sonda torpağı onlara vermişdilər.

ezop sözünün leksik mənası və izahı

  • 1 Ezop dili [qədim yunan təmsilçisi Ezopun (Aisopos) adından] dilç. – üstüörtülü, müəmmalı, rəmzli dil. Ezop gedib, dili qalıb; Dünyanın min bir müşkülü qalıb. R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / ezop

ezop sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. эзоповский (изобилующий иносказаниями, намёками, недомолвками и т.п. с целью скрыть прямой смысл высказывания). Ezop üslubu эзоповский стиль 2. эзопов. Ezop dili эзопов язык (художественная речь, основанная на иносказании; иносказательное выражение мыслей)

    Azərbaycanca-rusca lüğət / ezop

ezop sözünün inglis dilinə tərcüməsi

ezop sözünün fransız dilinə tərcüməsi

ezop sözünün ləzgi dilinə tərcüməsi

  • 1 Ezop dili [qədim yunan təmsilçisi Ezopun (Aisopos) adından] лингв. Эзопан чӀал (фикир къаб алаз, айгьамдалди лугьун).

    Azərbaycanca-ləzgicə lüğəti / ezop

"ezop" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ezop nədir? #ezop sözünün mənası #ezop nə deməkdir? #ezop sözünün izahı #ezop sözünün yazılışı #ezop necə yazılır? #ezop sözünün düzgün yazılışı #ezop leksik mənası #ezop sözünün sinonimi #ezop sözünün yaxın mənalı sözlər #ezop sözünün əks mənası #ezop sözünün etimologiyası #ezop sözünün orfoqrafiyası #ezop rusca #ezop inglisça #ezop fransızca #ezop sözünün istifadəsi #sözlük