İzol sözü azərbaycan dilində

İzol

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İzol • 66.6667%
  • izol • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Topoloji izolyator
Topoloji izolyator – həcmin daxilində dielektrik (izolyator) olan, səthin üstündə isə elektriki keçirən xüsusi tip materialdır.Topoloji izolyatorun nümunəsi kimi çox incə (əks halda lazımi effekt alınmır) civə təbəqəsi plyonkası və əvvəlcə laboratoriyada alınmış, sonra isə təbiətdə təsbit olunmuş kavatsulit mineralı çıxış edə bilər. Hal-hazırda dünyada multidissiplinar xarakterli elmi tədqiqatlar geniş vüsət alır. Kimya fizika və materialşünaslığın qovşağında elmi araşdırmaların ən prioritet istiqamətlərindən biri yüksək texnologiyalar üçün qabaqcıl materialların alınmasının elmi əsaslarının yaradılmasıdır. Bu materiallara topoloji izolyatorlar (Tİ), günəş enerjisi çeviriciləri üçün daha effektiv fotovoltaik materiallar və nəhayət yeni sinif yarımkeçirici-ferromaqnetiklər və termoelektriklər daxildir. Məlumdur ki, bu materialların yaradılmasında baza fazaları kimi metalların xalkogenidlərindən və onlar əsasında çoxkomponentli fazalardan istifadə olunur. Alternativ enerji mənbələri, mülki və hərbi sənaye və həmçinin, informasiya texnologiyaları üçün yuxarıda qeyd olunan innovativ materiallar arasında topoloji izolyatorlar xüsusi yer tutur. Maddənin bu xüsusi kvant halı cəmi bir neçə il öncə kəşf edilmişdir və onların araşdırılması yüksək texnologiyalar fizikası və kimyası sahəsində hazırda ən prioritet məsələlərdən biridir (Moore. The Birth of Topological İnsulators. Nature, 464, 7286, 2010). Tİ-də elektronlar kristalın həcmində deyil səthi boyunca hərəkət etməklə kvant spin Holl effekti nümayiş etdirir.
Tristan və İzolda
Tristan və İzolda - sevgi dastanı və ya romantik faciə janrlı dastan. XII əsrdən bəri bir çox mənbələrdə, fərqli versiyalarda təqdim olunur. Dastan Korniş sərkərdəsi Tristan və İrlandiya şahzadəsi İzoldanın sevgisindən bəhs edən bir faciədir. Bəzi mənbələrdə bu faciəni "zina eşq" də adlandırırlar. XII əsrdən bəri hekayənin təfərrüatları və detalları hər müəllifə görə dəyişsə də ümumi məzmun, indiyə qədər olduğu kimi qalır. Tristanın xarakteri və hekayəsi müəllifdən müəlifə dəyişir. Hətta qəhrəmanın adı belə müxtlif dillərdə, müxtəlif formalarda təqdim olunur. Bunanla belə, ən əsas ad; "Tristan" olaraq qəbul olunur. Tristanın əfsanəsi iki əsas mənbədən qaynaqlanır. Birinci mənbə XII əsrin ikinci yarısında yaşamış iki fransız yazar, Tomas Britaniyalı və Beruol Normandiyalının (və ya Bretonlu) romanlarından qaynaqlanır.
İraq Şam İzolyatsionizm Dövləti
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
İzolda Vısotskaya
İzolda (İza) Konstantinovna Vısotskaya (rus. Изольда (Иза) Константи́новна Высо́цкая; 22 yanvar 1937, Nijni Novqorod – 20 iyul 2018, Nijniy Taqil, Sverdlovsk vilayəti) — sovet və rus teatr aktrisası, memuarçı, Rusiya Federasiyasının Xalq artisti (2005), Vladimir Vısotskinin birinci həyat yoldaşı (25 aprel 1960 - may 1965). İzolda Vısotskaya 22 yanvar 1937-ci ildə Qorki (hazırda Nijni Novqorod) şəhərində anadan olub. 1958-ci ildə MİAT-ın məktəb-studiyasını bitirmişdir. Kiyevdə (Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı, 1958-1959), в Rostov-na-Donuda (1963-), Permdə, Vladimirdə və Liepayada aktrisalıq etmişdir. Ömrünün sonuna qədər Nijni Tagildə yaşamış, 1970-ci ildən D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrında çalışmışdır. 20 iyul 2018-ci ildə 82 yaşında vəfat etmişdir. Aktrisa ilə vida mərasimi 22 iyulda baş tutmuşdur. O, kremasiya olunmasını vəsiyyət etmiş, vəsiyyəti icra olunandan sonra isə aktrisanın külü olan urnanı oğlu Qleb Yekaterinburqa aparmışdır. ilk həyat yoldaşı — Jukov (1954-1959).
İzolyator
İzolyator (ing. insulator ~ ru. изолятор ~ tr. yalıtkan) – keçirici olmayan material, yəni elektrik cərəyanını çox pis keçirən material. İzolyatorlardan elektron sxemlərin və dövrələrin elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur. Kauçuk, şüşə, saxsı və plastik materiallar yaxşı izolyatorlardır. İzolyator İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kinyolo d'İzola
Kinyolo d'İzola (it. Chignolo d'Isola) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 35 kilometr (22 mil) şimal-şərqində və Berqamodan təxminən 11 kilometr (7 mil) cənub-qərbdə yerləşir. Əhalisi 3029 nəfər (2008), əhalinin sıxlığı 564 nəfər/km². Sahəsi 5 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 035.
İzola (Fransa)
İzola (fr. Isola) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Etyen-de-Tine kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 97,98 km², əhalisi — 571 nəfərdir (2006) artım tendensiyası ilə: 747 nəfər (2012), əhalinin sıxlığı 7,6 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 769 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 747 nəfər.
İzolyasiya həbsxanası
İzolyasiya həbsxanası (ukr. Ізоляція, rus. Изоляция) — Ukraynanın Donetsk şəhərində 2014-cü ildə Rusiya Silahlı Qüvvələri tərəfindən şəhərin ələ keçirilməsindən sonra, keçmiş "İzolyasiya" fabriki və incəsənət mərkəzi binalarının yerində yaradılmış həbsxana. Həbsxana, Donetsk Xalq Respublikası (DXR) nümayəndələrinin “İzolyasiya” İncəsənət Fondunun ərazisini ələ keçirərək DXR Dövlət Təhlükəsizlik Nazirliyinin qapalı ərazisinə çevirdikdən sonra yaradılıb. İzolyasiya DXR döyüşçüləri üçün təlim mərkəzi, eləcə də avtomobillər, hərbi texnika və silahlar üçün anbar kimi də fəaliyyət göstərir. Həbsxana gizli statusa malikdir, çünki məhbuslar lazımi araşdırma aparılmadan qanunsuz DPR məhkəmələri tərəfindən məhkum edilir. İzolyasiya məhbuslarının yalnız işgəncələrə məruz qaldıqdan sonra etiraf etdikləri bir çox məlum məsələlər var. Bina, 1955-ci ildə xam pambığın emalı fabriki kimi tikilmiş və sonradan pambıq plitələr, bazalt lifi, bazalt karton, bazalt matları və bazalt əsaslı plitələr istehsalına uyğunlaşdırılmış bina kimi fəaliyyət göstərmişdir. Zavod 1990-cı ildə bağlanıb. 2010-cu ildən 2014-cü ilə qədər yaradıcı sənətlər ətrafında mərkəzləşmiş İzolyasiya Fondu ərazisinə çevrilib.
İzolyatsiya həbsxanası
İzolyasiya həbsxanası (ukr. Ізоляція, rus. Изоляция) — Ukraynanın Donetsk şəhərində 2014-cü ildə Rusiya Silahlı Qüvvələri tərəfindən şəhərin ələ keçirilməsindən sonra, keçmiş "İzolyasiya" fabriki və incəsənət mərkəzi binalarının yerində yaradılmış həbsxana. Həbsxana, Donetsk Xalq Respublikası (DXR) nümayəndələrinin “İzolyasiya” İncəsənət Fondunun ərazisini ələ keçirərək DXR Dövlət Təhlükəsizlik Nazirliyinin qapalı ərazisinə çevirdikdən sonra yaradılıb. İzolyasiya DXR döyüşçüləri üçün təlim mərkəzi, eləcə də avtomobillər, hərbi texnika və silahlar üçün anbar kimi də fəaliyyət göstərir. Həbsxana gizli statusa malikdir, çünki məhbuslar lazımi araşdırma aparılmadan qanunsuz DPR məhkəmələri tərəfindən məhkum edilir. İzolyasiya məhbuslarının yalnız işgəncələrə məruz qaldıqdan sonra etiraf etdikləri bir çox məlum məsələlər var. Bina, 1955-ci ildə xam pambığın emalı fabriki kimi tikilmiş və sonradan pambıq plitələr, bazalt lifi, bazalt karton, bazalt matları və bazalt əsaslı plitələr istehsalına uyğunlaşdırılmış bina kimi fəaliyyət göstərmişdir. Zavod 1990-cı ildə bağlanıb. 2010-cu ildən 2014-cü ilə qədər yaradıcı sənətlər ətrafında mərkəzləşmiş İzolyasiya Fondu ərazisinə çevrilib.
İzolösin
İzolösin (qısaldılmış Ile və ya I; 2-amino-3-metilpentanoik turşu) — HO2CCH(NH2)CH(CH3)CH2CH3 kimyəvi formullu alifatik α-amin turşusudur və bütün təbii zülalların bir hissəsidir. Bu, əvəzolunmaz bir amin turşusudur, yəni izolösin insan orqanizmində sintez edilə bilməz və qidadan alınmalıdır. Enerji mübadiləsində iştirak edir. İzolösinin dekarboksilləşməsini kataliz edən fermentlər çatışmazlığı olduqda, ketoasidoz baş verir. İzolösin kodonları: AUU, AUC və AUA-dır. Valin və lösinlə birlikdə budaqlanmış yan zəncirlərə malik amin turşularından biridir. Karbohidrogen yan zəncirinə malik olan izolösin hidrofobik amin turşularından biridir. İzolösin yan zəncirinin xarakterik xüsusiyyəti onun şirallığıdır (ikinci belə amin turşusu treonindir). İzolösin üçün dörd mümkün stereoizomer var, o cümlədən L-izolösinin iki mümkün diastereoizomeri. Təbiətdə isə izolösin yalnız bir enantiomerik formada - (2S,3S)-2-amino-3-metilpentanoik turşuda mövcuddur.

"izol" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#izol nədir? #izol sözünün mənası #izol nə deməkdir? #izol sözünün izahı #izol sözünün yazılışı #izol necə yazılır? #izol sözünün düzgün yazılışı #izol leksik mənası #izol sözünün sinonimi #izol sözünün yaxın mənalı sözlər #izol sözünün əks mənası #izol sözünün etimologiyası #izol sözünün orfoqrafiyası #izol rusca #izol inglisça #izol fransızca #izol sözünün istifadəsi #sözlük