trop sözü azərbaycan dilində

trop

Yazılış

  • trop • 69.2308%
  • Trop • 30.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmişəyaşıl tropika
Həmişəyaşıl tropika- yağışlı meşə ekosistemləri Cənubi Amerikada Amazon çayı hövzəsində, Orinokoda başdan-başa böyük massiv şəklində, Afrikada Konqo, Niger və Zambezi çayları hövzələrində və Madaqaskar adasında həmçinin Yeni Qvineya adalarında yayılıb. Ərazidə illik yağıntıların miqdarı 2000–2500 mm olub aylar üzrə kifayət qədər bərabər paylanır. İlboyu bir və ya bir neçə nisbətən "quru mövsüm" (ayda 125 mm) müşahidə olunur. Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1)Seyrək yerləşən ən hündür ağaclar üst yarusu yaradır; 2)Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25–35 m; 3)Alt yarus–yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir–bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı qədərdir(Y. Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.)sayı otlarla birlikdə 200–300 və daha çoxdur Yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır.
Pentacalia tropicalis
Pentacalia tropicalis (lat. Pentacalia tropicalis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Phytoseius tropicalis
Phytoseius tropicalis (lat. Phytoseius tropicalis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius tropicalis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Pinus tropicalis
Pinus tropicalis (lat. Pinus tropicalis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Proprioseiopsis tropicanus
Proprioseiopsis tropicanus (lat. Proprioseiopsis tropicanus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis tropicanus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tropaeolaceae
Ərikgülükimilər (lat. Tropaeolaceae) — kəvərçiçəklilər sırasına aid bitki fəsiləsi.
Tropaeolum
Ərikgülü (lat. Tropaeolum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin ərikgülükimilər fəsiləsinə aid bitki cinsi.
Tropaeolum majus
Böyük ərikgülü (lat. Tropaeolum majus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin ərikgülükimilər fəsiləsinin ərikgülü cinsinə aid bitki növü.
Tropicos
Tropicos — botanikaya aid elektron məlumat bazası.
Tropiduridae
Tilquyruq iquanlar (lat. Tropiduridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Tropik dalğa
Tropik dalğalar, şərq dalğaları və ya Atlantik bölgəsində Afrika şərq dalğaları kimi tanınan tropik şərq dalğaları atmosfer çöküntüsüdür - şimaldan cənuba yönəldilmiş nisbətən aşağı hava təzyiqinin uzanmış bir növüdür və tropiklərin şərqdən qərbinə bulud və göy gurultulu leysan hərəkət edir. Qərbdə hərəkət edən dalğalar subtropik və tropiklərdə frontal bölgələrin quyruq ucundan meydana gələ bilər və şərq dalğaları kimi istinad edilə bilər, lakin bu dalğalar yanlış tropik dalğalar adlanır; onlar tamamilə tropik dalğalar ilə bir çox xüsusiyyətləri bölüşür, lakin müxtəlif bir formasıdır. Bütün tropik dalğalar subtropik yamacın ekvatorial tərəfi boyunca və ya intertropik yaxınlaşma zonasının şimal və cənubunda yerləşən yüksək təzyiqli kəmər boyunca şərq axınında yaranır. Tropik dalğalar, adətən, ekvatorun yaxınlığında tropik və subtropiklər boyunca şərq küləkləri ilə qərbi istiqamətdə aparılır. Sakit okeanın şimal-şərq və Atlantik okeanın şimal hissələrində tropik siklonun meydana gəlməsinə səbəb ola bilər. Tropik dalğaların öyrənilməsi meteoroloji məlumatların bir xətti olan Hovmöller diaqramına əsaslanır. Tropik dalğa şimal-şərqdən axan çox quru havadır. Çayın xəttindən keçdikdən sonra külək cənub-şərqə dönür, rütubət kəskinləşir və atmosfer sabitləşir. Bəzən şiddətli yağış və göy gurultulu leysan yağışlar yağır. Dalğa qərbə doğru hərəkət edərkən dəhşətli dərəcədə azalır.
Tropik hörümçəyəbənzərlər
Tropik hörümçəyəbənzərlər (lat. Ricinulei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Tropik il
Tropik il (Günəş ili) — fəsillərin dəyişməsinə əsaslanan il. 1 yanvar 2000-ci ildə tropik ilin uzunluğu: 365,2421897 gün, başqa sözlə 365 gün 5 saat 48 dəqiqə 45,19 saniyəyə olaraq hesablanışdır. Hal-hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycanın rəsmi təqvimi olan Qriqori təqvimi tropik ilə əsaslanır.
Tropik iqlim
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Tropik meşə Dövlətlərinin Birliyi
Tropik meşə dövlətlərinin Birliyi—( ingiliscə Coalition for Rainforest Nations)hökumətlərarası təşkilatdır. Baş Katiblik Nyu York-da yerləşir. Tropik meşələrin istismarı, bioloji müxtəlifliklərin müdafiəsi və iqlim dəyişikliyi sahəsində forum rolunu oynayır. Koalisiyada iştirak könüllü əsasda həyata keçirilir. Argentina, Beliz, Çili, Kosta Rika, Ekvador, El Salvador, Qvatemala, Hoduras, Paraqvay, Uruqvay kimi Latın Amerikası ölkələri Koalisiyanın fəaliyyətində əməkdaşlıq edirlər.
Tropik siklon
Tropik siklon (yun. "kiklon" — fırlanan) — güclü, diametri 3000 km-dək və daha böyük olan alçaq təziqli (mərkəzində minimal) atmosfer burulğanıdır. Şimal yarımkürəsində onlar saat əqrəbinin əksi istiqamətində,Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində fırlanır. Siklonun mərkəzində küləkli, rütubətli, buludlu və yağışlı hava xarakterikdir. Siklonlar başlıca olaraq Yer kürəsinin aşağıda ki, bölgələrində baş verir: Şimali Atlantikada,Şimali Amerikanın şərq sahilləri yaxınlığında və İslandiyada. Sakit okeanın şimalnda-Asiyanın şərq sahilləri yaxınlığında və Aleut adaları yaxınlığında. Atlantik okeanının cənub hissəsində. Hadir hallarda, başlıca olaraq qışda. Hind okeanında müşahidə olunan siklonlar əslində musson mənşəlidir və fərqli təsnifatı aparılır. Antisiklon yüksək atmosfer təziqi sahəsinə deyilir, maksimum mərkəzdə olur, diametri bir neçə min kilometrə çatır.
Tropik xəstəliklər
Tropik xəstəliklər — tropik və subtropik bölgələrdə üstünlük təşkil edən və ya yalnız orada rast gəlinən yoluxucu xəstəliklər qrupu. Bu xəstəliklər mülayim iqlim olan bölgələrdə nadir halda olur, ilk növbədə həşəratların sayını məhdudlaşdıran soyuq mövsümün olması ilə. Ağcaqanad və milçək kimi həşəratlar çox vaxt xəstəliyin daşıyıcısıdır. Onlar protozoylar, bakteriya və ya virusları insanlara və heyvanlara əksər halda dişləmə yolu ilə ötürüb yayırlar. Tropik meşələrin insanlar tərəfindən öyrənilməsi, meşələrin qırılması, immiqrasiyanın artması və tropik bölgələrə beynəlxalq hava səyahətlərinin və digər turizmin artması qeyri-tropik ölkələrdə belə xəstəliklərin artmasına səbəb olmuşdur. Tropiklərdə müşahidə edilən bir sıra yoluxucu xəstəliklərin (difteriya, qızılca) klinik mənzərəsi mülayim iqlimi olan ölkələr üçün xarakterik olandan əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, tropiklərin patologiyası xəstəliklərin yüksək genişliyi və intensivliyi ilə xarakterizə olunur ki, bu da bu xəstəliklərin patogenlərinin yayılması üçün müstəsna əlverişli təbii şəraitlə bağlıdır. Tropik təbabətin böyük bir hissəsini yoluxucu və parazitar xəstəliklər təşkil edir. Tropik və subtropiklərdə yoluxucu tropik xəstəliklərin yayılması onlar üçün əlverişli təbii şərait kompleksi ilə əlaqədardır. Yalnız isti iqlimdə çoxlu istilik sevən patogenlər (müəyyən bakteriyalar, viruslar, protozoylar, helmintlər), onların aralıq sahibləri (məsələn, tropik mollyusklar "Bullinus tropicalis", şistosomiazda "Physopsis africana"), patogenlərin daşıyıcıları, Lassa qızdırmasının təbii mənbəyi (çət milçəkləri, tropik ağcaqanadlar), fruktoid yarasa — təbii su anbarları, Ebola virusunun yaratdığı xəstəlik və s.
Tropik zirehlisi
Tropik zirehlisi (lat. Atractosteus tropicus) — atractosteus cinsinə aid heyvan növü.
Tropik zona
Tropiklər
Tropiklər (qədim yunan dilində τροπικός κύκλος — dönmə dairəsi) — Yerin iqlim zonaları. 23°26′14″ bucaq Yerin fırlanma oxunun meyl bucağı olduğundan, ciddi coğrafi mənada tropiklər – ekvatorun 23°26′14″ (və ya 23,43722°) cənubunda və şimalında yerləşən və Günəşin günorta öz zenitinə qalxa biləcəyi ən böyük enliyi təyin edən əsas paralellər Oğlaq Tropik (Cənub Tropik) və Xərçəng Tropik (Şimali Tropik) arasında yerləşir. Xərçəng və Oğlaq Tropiklərində Günəş ildə yalnız bir dəfə öz zenitində olur: müvafiq olaraq yay gündönümü və qış gündönümü günü. Bütün aralıq enliklərdə, günorta saatlarında Günəş ildə 2 dəfə, illik hərəkət zamanı bir dəfə şimala, ikinci dəfə isə cənuba doğru zenitdədir. Tropik bölgələr isti iqlim ilə xarakterizə olunur. Tropikin əksi qütb dairəsidir, burada enlik (90°- 23°26'14″ = 66°33'46″) təşkil edir. Tropiklər yer səthinin 40%-ni təşkil edir və yerin 36%-ni əhatə edir. 2014-cü ildə dünya əhalisinin 40%-i bu regionda yaşayırdı və 2050-ci ilə qədər bu rəqəmin daha 10% artacağı proqnozlaşdırılır.
Tropizm
Tropizm və ya taksislər - bioloji amillərə özünəməxsus cavab vermək üsullarıdır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: Fototropizm- canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; Termotropizm - istilik təsiri ilə hərəkətetmə meyli; Xemotropizm - müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli; Topotropizm - mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə meyli və s. Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Tropopauz
Troposfer ilə stratosfer arasında 2 km qalınlığında keçid təbəqədir. Tropopauzun hündürlüyü yüksək Arktika enliklərində 8–9 km, ekvator üzərində isə 17–18 km-dir.
Troposfer
Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17–18 km, mülayim enliklərdə 10–11 km, qütblərdə 7–8 km-dir. "Hava fabriki" adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir. Troposferdən yuxarı qalxdıqca temperatur aşağı düşür. Yerə ən yaxın təbəqədir.
Troposferdə inversiya
Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. Troposfer inversiyaları yer səthinə yaxın və sərbəst atmosfer inversiyalarına ayrılır. Yer səthinə yaxın inversiya yer səthi örtüyündən (torpaq, qar və buz örtüyündən) başlayır. Açıq inversiya su səthindən nadir halarda müşahidə edilir. Yer səthi örtüyündə temperatur ən aşağıdır və yüksəklik boyu artır və bu artım on və yüz metrlərlə yüksəkliyə qədər ola bilər. Sonra inversiya normal paylanma ilə əvəz olunur. Sərbəst atmosferdə inversiya yer səthindən bu və ya digər yüksəklikdəki hava qatında müşahidə edilir. İnversiya ən çox aşağı 2 km-də müşahidə edilir. Inversiya qatının qalınlığı bir çox on və ya yüz metrlərdə müşahidə edilir. Inversiya qatınınaşağı və yuxarı sərhədlərində temperatur fərqi 1°C-dən də azdan 10–15 °C və artıq olur.

"trop" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#trop nədir? #trop sözünün mənası #trop nə deməkdir? #trop sözünün izahı #trop sözünün yazılışı #trop necə yazılır? #trop sözünün düzgün yazılışı #trop leksik mənası #trop sözünün sinonimi #trop sözünün yaxın mənalı sözlər #trop sözünün əks mənası #trop sözünün etimologiyası #trop sözünün orfoqrafiyası #trop rusca #trop inglisça #trop fransızca #trop sözünün istifadəsi #sözlük