topa sözü azərbaycan dilində

topa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • topa • 94.0687%
  • Topa • 5.5151%
  • TOPA • 0.4162%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Aleksandr Topanov
Aleksandr Mixayloviç Topanov (rus. Алексaндр Михaйлович Топaнов; 10 oktyabr 1903, Şira aymağı, Qərbi Sibir vilayəti[d] – 10 yanvar 1959, Alupka, Krım vilayəti[d]) – Xakas şairi və dramaturqu, Xakas ədəbiyyatının ilk yaradıcılarından biri, xakas əlifbasının və yazı sisteminin müəllifi. == Həyatı == Alexander Topanov 28 sentyabr 1903-cü ildə Yenisey quberniyasının Ust-Fırkal kəndində (indiki Xakasiyanın Şirinsk rayonu) anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, sonra Krasnoyarsk Ruhani Seminariyasını, birillik müəllimlik kursunu bitirmişdir. Daha sonra İrkutsk Universitetininin hüquq fakültəsinə daxil olsa da, ancaq vətəndaş müharibəsi ilə bağlı baş verən hadisələr səbəbindən məzun ola bilməmidir. Orta və pedaqoji məktəbdə müəllim işləmişdir. 1927-ci ildən Moskvada Milli Azlıqlar Şurasında çalışmışdır. 1931-1947-ci illərdə Xakasiya Milli Teatrının aktyoru və ilk bədii rəhbəri olmuşdur. O, teatrda həm dramaturq, həm bədii rəhbər, həm də aktyor kimi fəaliyyət göstərmişdir. 1948-ci ildə repressiya qurbanı kimi Xakasiyanı tərk etməyə məcbur olmuş, Krıma köçərək ömrünün sonlarına kimi orada yaşamışdır.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür. Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik. == Yerləşməsi == Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar.
Kürəşəkilli ulduz topası
Kürəşəkilli ulduz topaları və ya sadəcə kürəşəkilli topa – çoxlu sayda ulduzlardan ibarət olan, qravitasiya ilə bir-birinə sıx bağlı olan və qalaktik mərkəzin ətrafında peyk olaraq fırlanan ulduz topalarıdır.
Murad Topalyan
Murad Topalyan (erm. Մուրադ Թոփալյան); ing. Mourad Topalian; 1943) — "Moose" (Maral) ləqəbli erməni terrorçu, "Amerika Ermənləri Milli Komitəsi"nin (ing. Armenian National Committee of America) keçmiş sədri. Murad Topalyan 1943-cü ildə dünyaya gəlib. Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri olub, Amerika Erməni Komitəsinin sədri olarkən bir neçə dəfə "Ağ evdə" olub və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirib. Bundan başqa dəfələrlə ABŞ Konqresində konqresmenlərlə görüşüb. "U.S. News & World Report" jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçüb və "Kayxodi" kollecinin vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. Həmin il ona qarşı "ABŞ Murad Topalyana qarşı" (USA vs.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Qalaktika topası
Qalaktika topası tipik kütləsi 1014–1015 günəş kütləsinə bərabər olan cazibə qüvvəsi ilə bir-birinə bağlı yüzdən minə qədər qalaktikadan ibarət bir strukturdur. Bunlar kainatdakı cazibə qüvvəsi bağlı bilinən ən böyük quruluşlardır və supertopaların kəşf edildiyi 1980-ci illərədək kainatdakı bilinən ən böyük quruluşlar olduğuna inanılırdı. Qalaktika topalarının əsas xüsusiyyətlərindən biri interqalaktik mühitdir (ICM). İnterqalaktik mühiti qalaktikalar arasında qızdırılmış qazdan ibarətdir və topanın ümumi kütləsindən asılı olan 2-15 keV arasında pik temperaturu var. Qalaktika topaları qalaktikalar daxilindəki ulduz quruluşları olan ulduz topaları ilə qarışdırılmamalıdır. Kiçik qalaktikaların cəmi qalaktika topası deyil, qalaktika qrupları adlandırılır. Qalaktika topaları və qrupları yığışaraq supertopalar yarada bilirlər. Qalaktika topaları aşağıdakı xüsusiyyətlərə malikdir: Qlaktika topalarının tərkibində 100-1000 qalaktika, isti rentgen şüası yayan qaz və çox miqdarda qaranlıq maddə var. Üç komponentin paylanması qalaktika topalarında təxminən eynidir eynidır. Kütlələri 1014 - 1015 günəş kütləsinə bərabərdir.
Qara topalaq
Qara topalaq (lat. Cyperus niger) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Qızılı topalaq
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Topal Kənan Paşa
Topal Kənan Paşa (v. 16 fevral 1659, Hələb) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Atikə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu.
Uzun topalaq
Uzun topalaq (lat. Cyperus longus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Chlorocyperus longus (L.) Palla Eucyperus longus (L.) Rikli Pycreus longus (L.) Hayek Cyperus longus subsp. badius (Desf.) Bonnier & Layens Cyperus longus subsp.
Veselin Topalov
Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər.
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus aureus subsp.
Ülkər (ulduz topası)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Əhməd Topatan
Əhməd Topatan (əsl adı: Daniel) — aktyor, Türkiyə ermənisi. Əhməd Topatan 1916-cı ildə Tarsusda anadan olub. Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub. Erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alıb.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topalaqkimilər
Topalaqkimilər (lat. Cyperaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Topal Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
Topanqa (Kaliforniya)
Topanqa ABŞ-ın Kaliforniya ştatının Los Anceles dairəsində yerləşən bir regiondur. Santa Monika dağ silsiləsində yerləşir və Topanqa kanyonunu əhatə edir. Topanqa 12,748 akr (52 km²) əraziyə malikdir və üç qoldan Dövlət Parklarına bağlıdır. Cənubda Sakit okean və qərbdə isə Malibu zolağı ilə həmsərhəddir. Şərq hissəsində isə Sakit okeana baxan qayalıqlar yerləşir. Topanqanın əhalisi 2000-ci ilin statistik məlumatlarına əsasən 5441 nəfər təşkil etmişdir. Poçt kodu 90290, ərazi kodu isə adətən 310 olsa da, lakin kanyonun şimal ucunda 818-dir.
Papirus topalağı
Papirus topalağı (lat. Cyperus papyrus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. 5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus topalağı tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus topalağı dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirus topalağının gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur.
Topal Əhməd Gəray (kalqay)
Topal Əhməd Gəray (krımtat. Topal Ahmed Geray)(v. mart 1519) — Krım xanı I Məngli Gərayın oğlu, Krım kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Məngli Gərayın ikinci oğlu olaraq ehtimal ki, Bağçasarayda dünyaya gəldi. Haqqındakı ilk məlumat qardaşı Burnat Gərayla birlikdə atasının əmrindəki birliklərlə səfərə qatılmasıyla bağlıdır. 1512-ci ildə rus torpaqlarına tərtiblənən bu səfər əsnasında Odoyev və Belyov bölgələri yağmalandı. Rus boyarlarının bölgəyə gəlişiylə geri çəkilən Topal Əhməd Gəray ertəsi il Ryazan bölgəsinə tərtiblənən hücumlara qatıldı. Atasının vəfatının ardından 17 aprel 1515-ci ildə böyük qardaşı I Mehmed Gəray taxta çıxdı və yaşca ən böyük xanzadə olan Əhməd Gəray kalqay elan edildi. Ancaq doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu olan Əhməd Gəray topallayırdı.

topa sözünün leksik mənası və izahı

  • 1 sif. və is. 1. Qalaq, yığın. Torpaq topası. – Dəyədən bir az aralıda, topa şeylərin arasında Rüxsarə bükülüb uzanmışdı. S.Rəhimov. [Hatəm] …xırman topasının qabağında oturmuşdu. Ə.Əbülhəsən. 2. Bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın. Başqa bir topa uşaq da Xəzər sahilindən … söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı. S.Rəhimov. …Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən. // Eyni mənada heyvanlar haqqında. Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı. Ə.Vəliyev. 3. Sıx, qalın (seyrək ziddi). Qalın topa birçəkləri öz qanilə boyanmış; Bağlarının kənarı da qan laxtası dayanmış. A.Səhhət. Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / topa

topa sözünün sinonimləri (yaxın mənalı sözlər)

topa sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TOPA – DAĞINIQ O yanda dağlar; bulud topası kimi; ağappaq (R.Rza); Yumşaq gecələr, dağınıq saçlar; geridə qaldı (R.Rza). TOPA – SEYRƏK Generallar kimi uzun, topa bığları... var idi (Mir Cəlal); Oradakı seyrək ulduzlar soyuq bir parıltı ilə göz qırpırlar (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / topa

topa sözünün rus dilinə tərcüməsi

  • 1 куча, ком, комок, ворох

    Azərbaycanca-rusca lüğət / topa
  • 2 I сущ. 1. куча: 1) большое количество чего-л., обычно сыпучего, сваленного, насыпанного горкой в одном месте. Qum topası куча песка, qar topası куча снега 2) большое количество каких-л. предметов, нагроможденных в беспорядке один на другой; груда. Cındır topası куча тряпья (груда тряпок) 3) толпа, скопление людей, животных. Bir topa uşaq куча детей 2. скопление. Ulduzlar topası скопление звезд 3. стая (группа животных одного типа, держащихся вместе). Quş topası стая птиц, qarğa topası стая ворон 4. связка (несколько однородных предметов, связанных вместе). Bir topa açar связка ключей 5. стопа (ряд, совокупность предметов, положенных ровно один на другой). Qəzet topası стопа газет 6. бот. пучок. Açıq topa открытый пучок, лифли топа волокнистый пучок, sadə topa простой пучок II прил. 1. кучевой. Topa buludlar кучевые облака 2. густой. Qara topa saçlar густые черные волосы, topa bığlar густые усы 3. бот. мутовчатый (расположенный группами по три и более сучка, ветки, листка по окружности ствола или стебля по одной высоте). Topa yarpaqlar мутовчатые листья 4. гидрогеол. кустовой. Topa suçəkmə кустовая откачка 5. сосредоточенный. строит., техн. Topa yük сосредоточенная нагрузка

    Azərbaycanca-rusca lüğət / topa

topa sözünün inglis dilinə tərcüməsi

  • 1 i. pile, heap; d.d. a lot of; (qar) ball; bir ~ kitab a heap of books; bir ~ qəzet a pile of newspapers; qarışqa ~ sı anthill; peyin ~sı dunghill

    Azərbaycanca-ingiliscə lüğət / topa

topa sözünün fransız dilinə tərcüməsi

topa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ., прил. 1. кӀунтӀ, кӀватӀ, хъунч, гьамбар (санал кӀватӀнавай затӀарин); torpaq topası накьвадин кӀунтӀ; 2. кӀеретӀ, десте, жугур, кӀватӀал, гапӀал (санал кӀватӀ хьанвай инсанрин ва я гьайванрин); 3. сигъ, къалин (“кьери” акси), мес. ччуру.

    Azərbaycanca-ləzgicə lüğəti / topa

topa sözünün türk dilinə tərcüməsi

"topa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#topa nədir? #topa sözünün mənası #topa nə deməkdir? #topa sözünün izahı #topa sözünün yazılışı #topa necə yazılır? #topa sözünün düzgün yazılışı #topa leksik mənası #topa sözünün sinonimi #topa sözünün yaxın mənalı sözlər #topa sözünün əks mənası #topa sözünün etimologiyası #topa sözünün orfoqrafiyası #topa rusca #topa inglisça #topa fransızca #topa sözünün istifadəsi #sözlük