* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 is. 1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq. 2. Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. – [Budur], yenə məktəblərdən azad olub uşaqlar; Qarı görəcək sevinərlər, qar lopası oynarlar. A.Səhhət. Kəhər yerindən dördnala sıçrayıb, dırnağının altından palçıq lopaları səpələyə-səpələyə cumdu. M.İbrahimov. Ay doğdu, sakitləşən havada oynaşan qar lopaları gümüşü rəng aldı. B.Bayramov. 3. Qalın, yekə (bığ haqqında). Lopa bığ. – Mürşüdoğlu özü bilmədən əlini lopa bığlarında gəzdirdi. S.Rəhimov. O, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir. Ə.Vəliyev. 4. Qədimdə məşəl kimi yandırılan ucu xüsusi olaraq döyülüb lifləndirilmiş ağac şivi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / lopa1 LOPA I is. Məşəl, alov. Qızlar, gəlin biz də lopa yandıraq; Dünya işıqlansın ilk səhər kimi (S.Vurğun). LOPA II is. Topa, yığın. Nədənsə hündür şam ağacının budaqlarındakı qar lopası qopub yerə düşdü (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / lopa2 1 сущ. ком, комок какого-л. мягкого, рыхлого вещества. Qar lopası комок снега, pambıq lopası комок ваты 2 сущ. 1. лучина (тонкая щепка, употреблявшаяся в старину для освещения) 2. факел (кусок какой-л. материи, пакли, пропитанный керосином или маслом, намотанный на конец палки)
Azərbaycanca-rusca lüğət / lopa1 i. flocks; (qar və s. haq.) flakes; qar ~sı a flake of snow; pambıq / yun ~sı flocks of cotton / wool; qarğıdalı ~sı corn flakes
Azərbaycanca-ingiliscə lüğət / lopa1 is. boule f, flocon m ; qar ~sı boule de neige ; pambıq ~sı flacons de coton
Azərbaycanca-fransızca lüğət / lopa2 сущ. 1. къулак цӀай кутун ва я экв гун патал нафт кужумарна элкъуьрнавай пине; 2. пилте, кӀватӀ, элкъвей, хъуьтуьл затӀ; qar lopası живедин пилте; живедин кӀватӀ; pambıq lopası памбагдин пилте; 3. яцӀу, къалин, еке (спелар); 4. чӀикь (виликра мертин хилерикай гатана расдай экв гудай затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / lopaI ( Göyçay, Qazax, Şəki, Şəmkir) 1. məşəl (Göyçay, Qazax, Şəmkir). – Gəlin aparanda lopa aterıx; – At kişniyer, lopuyu yandır, görəx’ toylada nə var (Qazax) 2. alov (Şəki). – Lampanın lopası qırmızıdı II (Cəbrayıl, Xocavənd, Zəngilan) evin üstünə döşəmək üçün yonulmuş ağac. – Lopa palıt və qoz ağaşdarınnan daha yaxşı olur (Cəbrayıl) III (İrəvan) sabun bişirilərkən çıxan qalıq, çöküntü, tullantı. – Bir para adamlar lopanı sabun əvəzinə işdədillər IV (Kürdəmir) hissə, topa, parça. – Bir lopa qar gəti V (Şuşa) ot topası VI (Ağdam) manqalda yandırmaq üçün yumrulanmış kömür xəkəsi. – Bir kisə xəkə alıf lopa qayıtdırdım
Azərbaycan dilinin dialektoloji lüğəti.