Lop sözü azərbaycan dilində

Lop

Yazılış

  • Lop • 46.1538%
  • lop • 23.0769%
  • LOP • 15.3846%
  • loP • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lop səhrası
Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030—1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir. Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir. Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir. 2012-ci ildən FİFA hakimidir. Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
Emilia lopollensis
Emilia lopollensis (lat. Emilia lopollensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Euphorbia lophogona
Euphorbia lophogona (lat. Euphorbia lophogona) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Flavio Emanuel Lopez
Flavio Emanuel Lopez Paixão (19 sentyabr 1984) — Portuqaliya futbolçusu, hücumçu-yarımmüdafiəçi. Lopez 2011-ci ilin avqust ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Tirəxtura gələndən öncə Şotlandiyanın Həmilton Akademikal futbol klubunda oynamışdır. Flavio Lopez Traktor Sazi klubunda uçun oynadığı birinci rəsmi oyunda klubun tarixində ən önəmli qolu vurmuşdur. 9 sentyabr 2011-ci ildə Flavionun qolu ilə Traktor Sazi Tehranda İstiqlal klubunu 2–3 hesabı ilə məğlub edib və ilk dövrədə birinci sıraya yüksəldi.
Fransisco Lopez
Fransisco Lopez (19 sentyabr 1962) — Venesuelanı təmsil edən stolüstü tennisçi. Fransisco Lopez Venesuelanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci pillənin sahibi olub.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Giyom Lopital
Qiyom Fransua Antuan de Lopital (d. 1661, Paris – ö. 2 fevral, 1704, Paris) — Fransız riyaziyyatçısı, diferensial hesabı üzrə ilk çap olunmuş dərsliyin müəllifi.
Iguana lophryoides
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Jennifer Lopez
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Karlos Antonio Lopes
Karlos Antonio Lopes (isp. Carlos Antonio Lopéz; 4 noyabr 1792, Asunson – 10 sentyabr 1862, Asunson) — Paraqvay siyasətçisi olaraq ölkənin birinçi prezidenti olmuşdur. Faktiki diktator olaraq olkəni 1841–1862-ci illər ərzində ölkəni idarə etmişdir. O ölkənin xariçi siyasətində qapalılıqdan imtina etmiş, modernləşmə xəttdi götürmüşdür. Üstəlik beynəlxalq birliyə üzv olmuş həm də beynəlxalq münaqişələrə sürüklənmişdi. Lopesin valideynləri ispan və hindu məşəlli olmuşdur. Kasıb ailədə dünyaya göz acır. O semnariyanı bitirdikdən sonra Asunsonda dərs deyir, o vaxta qədər ki Xose Qasperi Rodriges de Fransi seminariyanı bağlayır. Ümumiyyətlə o ölkədə ali təhsili ləğv etməyi calışır. Lopes varli bir qadınla evlənir hansı ki, bu qız ölkənin ən varlı ailəsinin övladı idi.
Kenin-Lopsan Monquş
Kenin-Lopsan Monquş (tıva Моңгуш Бора-Хөө оглу Кенин-Лопсаң 10 aprel 1925, Xonderqey[d] – 10 fevral 2022) — şair, nəsr yazıçısı, tərcüməçi, etnoqraf, tarix elmləri doktoru, Tıva Respublikasının Xalq Yazıçısı (1991), Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980), RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985), Tıva Respublikasının əməkdar elm xadimi (2004), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Ənənəvi Mədəniyyət Tədqiqatçısı və Təbliğatçısı, "Dungur" Şamanlar Respublika Cəmiyyətinin prezidenti, uluslararası "Şamanizmin Yaşayan Xəzinəsi" titulunun sahibi. Kenin-Lopsan Monquş 10 aprel 1925-ci ildə Tuva Xalq Respublikasının Cun-Xemçik rayonunun Çaş-Tal kəndində anadan olmuşdur. Ailənin altıncı uşaqdır. 2 nömrəli Qızıl Milli Məktəbinin ilk məzunlarından biridir. Leninqrad Dövlət Universitetinin Şərq şöbəsini bitirib (1952). SSRİ Elmlər Akademiyasının Leninqrad Etnoqrafiya İnstitutunda "Tıva şamanizmi poetikası və süjetləri" (1982) mövzusunda namizədlik dissertasiyasını, "Tuva şamanizminin şaman folklor materiallarına əsaslanan etnoqrafik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Sankt-Peterburqda,Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində "Şaman folkloru materialları əsasında Tıva şamanlığının öyrənilməsinin etnoqrafik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Qızıl Pedaqoji Məktəbində Tuva dili və ədəbiyyatı müəllimi, Tıva Kitab Nəşriyyat Evində redaktor, 1964-cü ildən "Aldan Maadır" adına Respublika Diyarşünaslıq muzeyində aparıcı tədqiqatçı işləmişdir. Onun Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Tarix, filologiya və filosofiya İnstitutunda yayınlanmış “Tıva şamanlığının ayin praktikası və folkloru. XIX yüzilliyin sonu – XX yüzilliyin başlanğıcı” monoqrafiyası böyük populyarlıq qazanmışdır.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Lopadotemachoselachogaleokranioleipsanodrimhypotrimmatosilphioparaomelitokatakechymenokichlepikossyphophattoperisteralektryonoptekephalliokigklopeleiolagoiosiraiobaphetraganopterygon
Lopado­temacho­selacho­galeo­kranio­leipsano­drim­hypo­trimmato­silphio­parao­melito­katakechy­meno­kichl­epi­kossypho­phatto­perister­alektryon­opte­kephallio­kigklo­peleio­lagoio­siraio­baphe­tragano­pterygon (translit.Lopadotemaxoselxoqaleokranioleypsanodrimhipotrimmatosilfioparaomelitokatakeximenokixlepikossifofattoperisteralektrionoptekafalliokiqklopeleiolaqoiosiraiobafetraqanopteriqon) — Aristofanın "Qadınlar məclisi" adlı komediyasında uydurma yemək. Bu söz qədim yunan dilindəki "λοπαδο­τεμαχο­σελαχο­γαλεο­κρανιο­λειψανο­δριμ­υπο­τριμματο­σιλφιο­καραβο­μελιτο­κατακεχυ­μενο­κιχλ­επι­κοσσυφο­φαττο­περιστερ­αλεκτρυον­οπτο­κεφαλλιο­κιγκλο­πελειο­λαγῳο­σιραιο­βαφη­τραγανο­πτερύγων" sözünün transliterasiyasıdır. Yunan-ingilis lüğətində bu söz "bütün hər cür ləzzət, balıq, ət, quş və sousdan ibarət yemək" kimi tərcümə edilir. Sözün yunan dilindəki versiyası 172 hərf və 78 hecadan ibarətdir. Ginnesin Rekordlar Kitabına görə bu söz ədəbiyyatda peyda olmuş ən uzun sözdür (1990). Yemək frikasedir. 16 növ şirin və turş komponentdən ibarətdir.
Lopastnoy adası
Lopastnoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 350 metr şərqdə Kapriznaya çayının mənsəbində yerləşir. Lopastnoy adasından cənub və şimalda bir necə ada vardır: 500 m şimal-şərqdə Razdelnı adası, 3,8 km cənub-qərbdə Ozyornı və 5,2 km cənub-qərbdə Qlinistı adası yerləşir. Adanın uzunluğu 1,8 km, eni 820 m təşkil edir. Sahillərində çoxlu dayda burun və körfəzlər vardır. Adanın cənubunda şirinsulu gölə sahibdir. Seçilən yüksəklik yoxdur. Maksimal hündürlük 4 metrdir. Qərbində geodeziya məntəqəsi yerləşir.
Lopatikan
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Lope Milli Parkı
Lope Milli Parkı — Qabonun mərkəzində yerləşən milli parkdır. Ərazisi əsasən rütubətli meşələrdən ibarət olsa da, parkın şimalında 15 min il əvvəl son Buz dövrü ərzində Mərkəzi Afrikada yaranan savannaların son qalıqları var. 1946-cı ildə Lope-Okanda Vəhşi Təbiət Qoruğu yaradıldığı zaman bura Qabonda ilk qorunan bölgə idi. 2007-ci ildə Lope-Okanda ladşaftı UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Parkda Mikonqo adlanan kənddə yerləşən və kəndə uyğun olaraq Mikanqo kimi tanınan, Zooloji Cəmiyyət tərəfindən idarə olunan kiçik bir tədqiqat stansiyası var. Ərazidə turistlərin dincəlməsi üçün infrastruktur mövcuddur. Buraya bir neçə otaq və ən azı beş metr məsafədə olan geniş, açıq hava yemək otağı daxildir. Parkda CEDAMM Tədris Mərkəzi, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti və beynəlxalq qoruma təhsili mərkəzi də fəaliyyət göstərir.
Lope de Veqa
Lope de Veqa (25 noyabr 1562[…], Madrid, Kastiliya krallığı[…] – 27 avqust 1635[…], Madrid, Kastiliya krallığı) — ispaniyalı şair və dram yazarı. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri. Lope de Veqa 25 noyabr 1562-ci Madriddə anadan olmuşdur. Dövrünün orta səviyyəli təhsil ocaqlarında dərs keçmişdır. Ədib yeniyetməlik dövründən müxtəlif elmlərlə yanaşı, dinə maraq göstərmiş, hətta 1614-cü ildə keşiş rütbəsi almışdır. Lope de Veqa Servantesdən sonra ispan ədəbiyyatının ən önəmli şəxslərindən biridir. Ən məhsuldar yazıçılardan biri olaraq tanınır. Ədib bir çox janrlarda yazıb-yaratmışdır. O, sonetlərin, epik poemaların müəllifidir. Lakin onun əsas uğurları dramaturgiya ilə bağlı olmuş, iki teatr janrında: komediya və dini dram (auto) yazmışdır.
Lopes burnu
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir. Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur.
Lophiformes
Tilovlukimilər (lat. Lophiiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lophiiformes
Tilovlukimilər (lat. Lophiiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lophiolepis
Lophiolepis dubia
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.

lop sözünün etimologiyası

"lop" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lop nədir? #lop sözünün mənası #lop nə deməkdir? #lop sözünün izahı #lop sözünün yazılışı #lop necə yazılır? #lop sözünün düzgün yazılışı #lop leksik mənası #lop sözünün sinonimi #lop sözünün yaxın mənalı sözlər #lop sözünün əks mənası #lop sözünün etimologiyası #lop sözünün orfoqrafiyası #lop rusca #lop inglisça #lop fransızca #lop sözünün istifadəsi #sözlük