loş sözü azərbaycan dilində

loş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • loş • 73.0769%
  • Loş • 19.2308%
  • LOŞ • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Loş (rayon)
Loş (fr. Loches) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Loş. Rayon əhalisi 2006-cı ildə 49 656 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon sahəsi — 1803 km².
La-Loş məktəbində atışma
La-Loş məktəbində atışma — 2016-cı il yanvarın 22-də La Loş şəhərində (Saskaçevan, Kanada) məktəbdə atışma baş verib. 17 yaşlı Rendon Fonteyn evdə iki əmisi oğlunu tapança ilə öldürüb, daha sonra oxuduğu məktəbə gələrək orada atəş açıb. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. == Həlak olanlar və yaralılar == Atışma nəticəsində dörd nəfər həlak oldu: Deyn (17) və Dreyden (13) Fonteyn — silahlı şəxsin əmiuşağıdır. Mari Janye (21) — müəllim, bələdiyyə sədri vəzifəsini icra edən Kevin Yanvierin yeganə qızı, 21 yaşlı Adam Vud — müəllim, 35 yaş Bundan əlavə, məktəb binasında baş verən atışma zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanlardan biri 2023-cü il mayın 17-də vəfat edib. Ailəsinin dediyi kimi, atışma zamanı aldığı xəsarətlərdən. == Reaksiya == Kanadanın baş naziri Castin Trüdo həlak olanların yaxınlarına başsağlığı verib və atışmanın baş verdiyi məktəbə şəxsən baş çəkib. Şəhər meri bildirdi ki, o, məktəbin sökülməsini və sonra yenidən tikilməsini istərdi, çünki "burada çox ağrı var idi, bu, travmadır (şəhərin bütün sakinləri üçün)". 8 may 2018-ci ildə Rendon Fonteyn 10 ildən sonra şərti azadlığa buraxılma hüququ ilə ömürlük həbs cəzasına məhkum edildi.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Loşayo
Loşayo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Savvı Loşkin adası
Savvı Loşkin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu əraxisinə daxildir. Kara dənizində, daxil olduğu arxipelaqın qərb hissəsində qərarlaşır. Ada həmcinin Sivolki adaları qrupuna daxildir. Öz qrupunun mərkəzi hissəsində qərarlaşır. Dörd bir tərəfdən adalarla ətatələnmişdir: qərbdən və şimal-qərbdən Şuls adası və Vasilev adası, şimaldan Mametkul adası, şərqdən Krasin adası , cənubdan Ledokol adası. Krasin adasından Melkiy boğazı ilə ayrılmışdır. Cənubunda 1 kilometr aralıda Toros rifi, cənub-qərb sahilinə yaxın isə su üstü iki daş vardır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 50 km təşkil edir.

loş sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf məh. 1. Süst, ölgün. Loş at. – Bəylər öküz kimi yatmışdı sərxoş; Paltarilə yerə sərilmişdi loş. M.Müşfiq. 2. Boş, yerində və qaydasında bağlanmamış. Atın beli loş bağlanmışdır. İpi loş sarımaq.

    Azərbaycan dilinin izahlı lüğəti / loş
  • 2 is. zool. Hindxoruzu. Avropa ölkələrində saxlanılan loşların hamısı gətirilmə cinslərdən törəmişdir.

    Azərbaycan dilinin izahlı lüğəti / loş

loş sözünün sinonimləri (yaxın mənalı sözlər)

loş sözünün rus dilinə tərcüməsi

  • 1 1. брюзглый; лимфатический, безжизненный, вялый; 2. мешковатый, неплотно сидящий на теле (об одежде); 3. индюк, индийский петух;

    Azərbaycanca-rusca lüğət / loş
  • 2 1 диал. I прил. вялый, ленивый, неживой, сонный. Loş at вялая (ленивая) лошадь II нареч. 1. вяло 2. слабо, нетуго. Loş bağlamaq слабо завязывать 2 сущ. индюк, индейский петух

    Azərbaycanca-rusca lüğət / loş

loş sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. bax: lət; 2. awkward, ungraceful; clumsy; ~ adam an awkward / clumsy person; ~ at a clumsy horse (a jade); 3. (paltar haq.) baggy, puffed out, hanging oosely; ~ (torba kimi) şalvar baggy trousers; 4. zool. turkey (-cock)

    Azərbaycanca-ingiliscə lüğət / loş

loş sözünün fransız dilinə tərcüməsi

loş sözünün ləzgi dilinə tərcüməsi

loş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, Dəvəçi, Quba, Şamaxı) hindtoyuğu. – Loş to:ğdan çux iri uladu (Quba) II (Ağbaba, Ağdam, Salyan, Gədəbəy, Kürdəmir, Şamaxı, Şəmkir, Şuşa, Tovuz) tənbəl. – Bayram o qədər loşdu kun, yarım sahat işdiyə bilmir (Ağbaba); – Loş, yanı təmbəl, boş deməx’di (Tovuz) III (Qazax) kök. – Loş adam yaxşı işdiyəmməz

Azərbaycan dilinin dialektoloji lüğəti.

"loş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#loş nədir? #loş sözünün mənası #loş nə deməkdir? #loş sözünün izahı #loş sözünün yazılışı #loş necə yazılır? #loş sözünün düzgün yazılışı #loş leksik mənası #loş sözünün sinonimi #loş sözünün yaxın mənalı sözlər #loş sözünün əks mənası #loş sözünün etimologiyası #loş sözünün orfoqrafiyası #loş rusca #loş inglisça #loş fransızca #loş sözünün istifadəsi #sözlük