Eliya sözü azərbaycan dilində

Eliya

Yazılış

  • Eliya • 80.0000%
  • eliya • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eliya Kapitolina
Eliya Kapitolina (lat. COLONIA ÆLIA CAPITOLINA) — 130-325-ci illər arasında İmperator Adrian tərəfindən 70-ci ildən bəri xaraba qalmış Qüds şəhərinin yerində salınmış Roma koloniyası. == Qurulması == Koloniyanın Roma legionlarının istifadəsi üçün qurulması planlaşdırılmışdı. Bar-Koxba üsyanından sonra Adrian qəzəblənmiş, İudeyanın adını Suriya Fələstin olaraq dəyişərək yəhudilərin şəhərə girişini qadağan etmişdi. == Adı == Qüds şəhərinin adı Eliya Kapitolinaya dəyişdirilmişdi. "Eliya" imperator Adrianın mənsub olduğu Eli adlı plebey ailəsini bildirir, "Kapitolina" isə Yupiter Kapitoli şərəfinə idi. Yupiterin yeni məbədi isə Məbəd dağında yerləşirdi. İslamın ilk illərində şəhərin İliya (ərəb. إلياء‎) adlanmasının səbəbi də budur. == Şəhər planı == Şəhər divarsız idi və X legion tərəfindən mühafizə olunurdu.
Eliya Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Eliya Zoqu
Eliya Zoqu (alb. Elia Zogu) — Alban aktrisası, müğənnisi və 8 oktyabr 2016-cı ildə evləndiyi Albaniyanın Vəliəhdi II Lekanın həyat yoldaşı. O vaxtdan ona "Albanların Əlahəzrət Vəliəhd Şahzadəsi Eliya" kimi tanınır. == İlk illəri və təhsili == Elia Zəkəriyə 8 fevral 1983-cü ildə Tiranada (Albaniya) Gerqa Zəkəriyə və Yulkanın Muyo ailəsində anadan olmuşdur. Onun atası Permet şəhərindən, anasının ailəsi isə Podqoritsadan (Monteneqro) idi. Daha sonra onlar Albaniyanın şimalındakı Şkoder şəhərinə köçürlər. Eliyanın Amos Muyi Zəkəriyyə adlı kiçik bir qardaşı vardır. Anası məşhur aktrisa, qardaşı isə aktyor və rejissordur. 2002-ci ildə Eliya Tirandakı İordaniya Misia Milli İncəsənət Məktəbini rəssamlıq və ssenarist ixtisasi üzrə bitirib. Sonra o, Parisə köçür, burada universitetdə təhsil alır və Şahzadə Leka ilə tanış olur.
Şişbaşlı eliya
Şişbaşlı eliya-(lat. Aelia acuminata L.) Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ == Xarici quruluşu == Bədəni uzunsov olub, öndən üçbucaq şəklindədir. Bel qabağı eninə basıqdır. Uzununa 3 ədəd qabırğa şəkilli çıxıntı uzanır. Rəngi bozumtul – sarıdır. Xortumu dal ayaqlarının əsasına kimi uzanır. Orta və dal budlarının qurtaracağına yaxın yerində iki qara nöqtə vardır. Uzunluğu 7–10 mm-dir. == Həyat tərzi == Bu növ Azərbaycan şəraitində bağlarda, meşələrdə, kolluqlarda, taxıl zəmiərinə yaxın olan müxtəlif bitki topalarının altında və bəzən də biçilmiş sahələrdə, küləş və s. bitki töküntülərinin altında qışlayır.
Əlvan eliya
Əlvan eliya (lat. Aelia virgata Klug.) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növ digər Aelia növlərindən əsasən qarnının altında olan 6 cərgə düzülmüş dördbucaqlı tünd ləkələrin olması ilə fərqlənir. Ortadakı iki cərgədə ləkələr kiçikdir. ətraf ləkələr bəzən birləşib tünd zolaq əmələ gətirir. Bu növə tək – tək təsadüf edilir. == Yayılması == Əlvan eliya Talışda yüksək dağlıq hissədə, kiçik Qafqazda isə Gəncə zonası rayonlarında geniş yayılmışdır. Bu növün kütləvi çoxalmasına təsadüf ediməmişdir. Bioloji xüsusiyyətləri şişbaşlı eliyankına oxşardır.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Mark Eliyahu
Mark Eliyahu (ivr. ‏מארק אליהו‏‎ 13 iyul 1982, Mahaçqala) – yəhudi əsilli kamança ifaçısı. == Həyatı == Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. == Musiqi karyerası == 1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2017 ••••• 0.16

Oxşar sözlər

#eliya nədir? #eliya sözünün mənası #eliya nə deməkdir? #eliya sözünün izahı #eliya sözünün yazılışı #eliya necə yazılır? #eliya sözünün düzgün yazılışı #eliya leksik mənası #eliya sözünün sinonimi #eliya sözünün yaxın mənalı sözlər #eliya sözünün əks mənası #eliya sözünün etimologiyası #eliya sözünün orfoqrafiyası #eliya rusca #eliya inglisça #eliya fransızca #eliya sözünün istifadəsi #sözlük