Endry sözü azərbaycan dilində

Endry

Yazılış

  • Endry • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Endryu Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Endryu Koup
Endryu Koup (ing. Andrew Cope;21 noyabr 1966, Derbi, Derbişir[d] — (1966 -cı il təvəllüdlü) - İngilis uşaq yazıçısıdır. Casus köpək və Casus pişik kimi bir sıra kitablar yazmışdır. Koup 1966 -cı ildə Derbidə anadan olub. Uşaq kitabları yazmaqla yanaşı özünü müəllim, məşqçi və tədris aludəçisi kimi də təsvir edir. İş yerində xoşbəxtlik və firavanlıq mövzusunda doktorluq (Loughborough Universiteti, İngiltərə) almışdır. 2005 -ci ildə bir təlim şirkəti qurdu. Art of Brilliance Ltd, dünyadakı müəssisələr və məktəblər üçün geniş bir müsbət psixologiya və sağlamlıq proqramları təklif edir. Onların qabaqcıl proqramı The Art of Brilliant, 2012 -ci ildə bestseller oldu. Endryu, sağlamlıq haqqında daha bir neçə kitab yazdı: Be Brilliant Everyday (Capstone) The Little Book of Emotional Intelligence (Hodder) Shine (Capstone) Zest (Capstone) Leadership: The Multiplier Effect (Hodder) The Little Book of Being Brilliant (Capstone) How to be a WELL BEING (Capstone) Andy has also teamed up colleagues to write personal development books aimed at teenagers and young people: Diary of a Brilliant Kid (Capstone) The Art of Being a Brilliant Teenage r (Capstone) A Teenager's Guide to Awesomeness (Hodder) Endryu, Brilliant Schools təşəbbüsünü də irəli sürdü.
Endryu Lloyd Vebber
Endryu Lloyd Vebber Andrew Lloyd Webber, Baron Lloyd Webber (d. 22 Mart 1948) — İngiltərə müzikl bəstəkarı və musiqili teatr impresariosu. Yaradıcılığı boyunca 17 müzikla imza atmışdır. Kommersiya baxımından tarixin ən uğurlu bəstəkarı olaraq göstərilir. Müzikllarından bəziləri West End'də ve Broadway'də 10 ildən artıq müddətdə səhnələşdirilmişdir. Eyni zamanda 7 Tony mükafatı, bir Oscar mükafatı, bir Emmy, 6 Olivier mükafatı və bir Qızıl Qlobus mükafatı sahibidir. 1992-ci ildə fəxri kavaler ünvanını almışdır. == Həyatı == 24 yaşında ikən ilk həyat yoldaşı Sarah Hugill ilə 24 iyul 1972-ci ildə evlənmişdi. Imogen Lloyd Webber (d. 31 Mart 1978) və Nicholas Lloyd Webber (d.
Endryu Skott Vo
Ser Endryu Skott Vo (Andrew Scott Waugh (3 fevral 1810, Edinburq – 21 fevral 1878, London) — Böyük triqonometrik xidmətdə işləyən edən britaniya ordusunun zabiti və Hindistanın baş müfəttişi idi. O, Ser Corc Everestin rəhbərliyi altında xidmət emiş və 1843-cü ildə onu əvəz etdi. Vo dünyanın ən yüksək zirvəsinə, Everest zirvəsi adını verdi. == Erkən həyat == Vo, Madrasda baş hərbi müfəttiş vəzifəsində çalışan general Gilbert Vonun ilk oğlu idi. Edinburqda təhsil aldıqdan sonra 1827-ci ildə Addiscombe hərbi seminariyasına daxil olmuş və həmin ilin dekabrın 13-də Benqal Mühəndisliyinə qəbul olundu. 1829-cu ilin mayında Hindistana getməzdən əvvəl Sir Çarlz Pasli ilə birlikdə oxuduğu Çatamda təlim keçmişdir.Vo, kapitan Hatçinsona Kaşiipurda tökmə zavodunun qurulmasında kömək etdi və 13 aprel 1831-ci ildə Benqal istehkamçıları və mədənçilərinin köməkçisi oldu. O, Dehra-Dundakı qərargaha getməzdən əvvəl mərkəzi Hindistanın bir çox yerlərini araşdırdı. Everest qeyd edirdi ki, Vo və Renni riyazi qabiliyyətdə ən yaxşıları idi. == Karyera == Everest 1843-cü ildə təqaüdə çıxdı və Vonu baş müfəttiş kimi onu əvəz etməyi tövsiyə etdi. Vo, Sonakodadan Dehra- Duna qədər Himalay bölgəsini araşdırdı.
Endryu Uayls
Endryu Uayls (d. 11 aprel, 1953) — ingilis riyaziyyatçısı, Böyük Ferm nəzəriyyəsinin ixtiraçısı == Həyatı == Prinston Universitetinin məşhur məzunlarındandır. == Elmi fəaliyyəti == Endryu Uayls 1995-ci ildə Fermanın böyük teoreminin tam isbatını vermiş və bu nəzəriyyənin ixtiraçısıdır. Bu həmin ana qədər dünyada ən çətin riyazi tapşırıq hesab olunurdu. O, riyazi elmlər sahəsində 15 mükafata layiq görülüb.
Endryu Yanq
Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979). == Həyatı == Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı. 1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi. 1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
Sent-Endryus
Sent-Endryus (ing. St Andrews, tərcümədə: "Müqəddəs Andrey ", şot.kelt Cill Rìmhinn, ş.german Saunt Aundraes) — Şotlandiyanın Fayf vilayətində yerləşən şəhər.
Sent-Endryus Universiteti
Sent-Endryus Universiteti (ing. University of St. Andrews) — Şotlandiyanın ən nüfuzlu və tanınmış ali məktəblərindən biri. Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük Britaniyanın isə Oksford və Kembric universitetlərindən sonra üçüncü ən qədim təhsil ocağıdır. == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Jan Pol Marat – Fransız siyasətçi, tibb doktoru və alim; Edvard Cenner – İngilis alimi və həkim; II Ceyms – Şotlandiya kralı; Şahzadə Uilyam – Kembric hersoqu, şahzadə Çarlz və Diananın oğlu; Ketrin Middlton – Kembric hersoginyası, şahzadə Uilyamın həyat yoldaşı; Aleks Salmond – Şotlandiyanın baş naziri və Şotland Milli Partiyasının lideri; Con Soers – Böyük Britaniyanın BMT-dəki sabiq səfiri; Ceyms Vilson – ABŞ Müstəqillik Bəyannaməsini imzalayan şəxslərdən biri; Ceyms Qrem – görkəmli Şotlandiya sərkərdəsi; Ceyms Blek – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Volter Hevort – kimya üzrə Nobel mükafatı laureatı; Alan MakDiarmid – kimya üzrə Nobel mükafatı laureatı; Con Neypir – riyaziyyatçı, loqarifmin ixtiraçısı. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Sent-Endryus Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 19.08.2011, № 32.
Vo, Endryu Skott
Ser Endryu Skott Vo (Andrew Scott Waugh (3 fevral 1810, Edinburq – 21 fevral 1878, London) — Böyük triqonometrik xidmətdə işləyən edən britaniya ordusunun zabiti və Hindistanın baş müfəttişi idi. O, Ser Corc Everestin rəhbərliyi altında xidmət emiş və 1843-cü ildə onu əvəz etdi. Vo dünyanın ən yüksək zirvəsinə, Everest zirvəsi adını verdi. == Erkən həyat == Vo, Madrasda baş hərbi müfəttiş vəzifəsində çalışan general Gilbert Vonun ilk oğlu idi. Edinburqda təhsil aldıqdan sonra 1827-ci ildə Addiscombe hərbi seminariyasına daxil olmuş və həmin ilin dekabrın 13-də Benqal Mühəndisliyinə qəbul olundu. 1829-cu ilin mayında Hindistana getməzdən əvvəl Sir Çarlz Pasli ilə birlikdə oxuduğu Çatamda təlim keçmişdir.Vo, kapitan Hatçinsona Kaşiipurda tökmə zavodunun qurulmasında kömək etdi və 13 aprel 1831-ci ildə Benqal istehkamçıları və mədənçilərinin köməkçisi oldu. O, Dehra-Dundakı qərargaha getməzdən əvvəl mərkəzi Hindistanın bir çox yerlərini araşdırdı. Everest qeyd edirdi ki, Vo və Renni riyazi qabiliyyətdə ən yaxşıları idi. == Karyera == Everest 1843-cü ildə təqaüdə çıxdı və Vonu baş müfəttiş kimi onu əvəz etməyi tövsiyə etdi. Vo, Sonakodadan Dehra- Duna qədər Himalay bölgəsini araşdırdı.
Endryu Robertson
Endryu Robertson (11 mart 1994, Qlazqo) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15

Oxşar sözlər

#endry nədir? #endry sözünün mənası #endry nə deməkdir? #endry sözünün izahı #endry sözünün yazılışı #endry necə yazılır? #endry sözünün düzgün yazılışı #endry leksik mənası #endry sözünün sinonimi #endry sözünün yaxın mənalı sözlər #endry sözünün əks mənası #endry sözünün etimologiyası #endry sözünün orfoqrafiyası #endry rusca #endry inglisça #endry fransızca #endry sözünün istifadəsi #sözlük