* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. İnsan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun. // məc. Vəfa. Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir. Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli. □ Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək. Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov. 2. klas. Ad, san, şərəf, hörmət, nüfuz. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. □ Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq – 1) hörmətdən düşmək, nüfuzunu itirmək. Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani; 2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq; 3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında). Etibarı olmaq – 1) inanılmaq, başqasının yanında etimadı olmaq; 2) möhkəm olmaq, davamlı olmaq. 3. klas. Əhəmiyyət, məna. Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani. 4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək, …nəzərə alaraq, …əsasən, …görə, …kimi. Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / etibar3 E’TİBAR ə. 1) nəzərə alma, əhəmiyyət vermə; 2) hörmət, nüfuz; 3) etimad, inam.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / etibar2 сущ. доверие. Etibar bəsləmək питать доверие, относиться с доверием, etibar qazanmaq заслужить доверие, etibarı doğrultmaq оправдать доверие, etibara layiq olmaq быть достойным доверия, etibar göstərmək kimə оказать доверие кому, etibardan düşmək выйти из доверия, etibarını itirmək потерять доверие, etibardan sui-istifadə etmək злоупотреблять доверием; etibar etmək: 1. доверять, доверить, быть уверенным в надёжности, искренности, порядочности кого-л., чего-л.; 2. предоставлять кого-л., что-л. в чьё-л. распоряжение, отдавать чьим-л. заботам, попечению; 3. сообщать что-л., делиться чем-л., что требует сохранения тайны
Azərbaycanca-rusca lüğət / etibar1 i. confidence, faith, trust; ~ etmək to have* confidence (in), to trust (d.); bir kəsə ~ etmək to have* confidence in smb., to trust smb., to have* faith in smb.; Ona etibar etmək mümkün deyil It’s impossible to trust him / her; bir kəsin ~ını qazanmaq to win* smb.’s confidence, to enjoy smb.’s confidence; ~dan düşmək / ~ını itirmək to lose* confidence / faith; ~dan salmaq to discredit (d.), to cause people to lack faith in; ~a layiq olmaq to be* trustworthy
Azərbaycanca-ingiliscə lüğət / etibar1 is. confiance f, crédit m, créance f, foi f ; ~ etmək confier vt ; bir kəsə ~ etmək confier (se) à qn ; Ona ~ etmək mümkün deyil il est impossible de lui confier qch ; bir kəsin ~ını qazanmaq gagner la confiance de qn ; ~dan düşmək (~ını itirmək) perdre sa confiance ; ~dan salmaq discréditer vt, déconsidérer vt, dénigrer qn ; ~a layiq olmaq être digne de confiance
Azərbaycanca-fransızca lüğət / etibar1 [ər.] сущ. ихтибар (1. ихтибарвал; пер. вафа; // etibar etmək (göstərmək, qılmaq) ихтибар авун, чӀалахъ хьун, агъун; 2. клас. тӀвар, шереф, нуфуз, гьуьрмет; etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq ихтибардай аватун, ихтибарвал амукь тавун, гьуьрметдай аватун; б) ихтибарсуз гьисабун, къувадай аватун (мес. документ); 3. клас. мана, метлеб; 4. etibarı ilə ...килигай, ...жигьетдай; forma etibarı ilə формадиз килигай).
Azərbaycanca-ləzgicə lüğəti / etibar