fizik sözü azərbaycan dilində

fizik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fizik • 95.5854%
  • Fizik • 4.0307%
  • FİZİK • 0.3839%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən Abdullayev (fizik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Kərim Məmmədov (fizik)
Kərim Pənah oğlu Məmmədov (d.1916 indiki Ucar rayonu,Danabatan kəndi-20 noyabr 1987,Bakı,Azərbaycan Respublikası) — fizika-riyaziyyat elmləri doktoru,professor,1941-1945-ci illər müharibəsi iştirakçısı. == Həyatı və təhsili == K.P.Məmmədov 1916 –cı ildə Ucar rayonunun Ənvər Məmmədxanlı kəndində(keçmiş Kirovkənd) anadan olmuşdur.Doğma kəndində 7-illik təhsil aldıqdan sonra Bakıda Rabitə-Elektrik Texnikumunu bitirmiş və 1934-ci ildə Bərdə rayonunun rabitə qovşağında ilk əmək fəaliyyətinə başlamışdır.Kərim müəllim 1936-cı ildə Azərbacan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuş,1941-ci ildə indiki Bakı Dövlət Universitetinin izika-riyaziyyat fakültəsini bitirib SSRİ EA Geologiya İnstitutunun Azərbaycan filialında başlamışdır. Faşizmlə SSRİ arasında başlayan müharibədədə iştirak etmək üçün Sovet Ordusu sıralarına qatılmışdır. K.P.Məmmədov 1946-cı ildə Ordu sıralarından tərxis olunub Bakida,Qubkin adına Geodeziya İnstitutunda aspiranturaya qəbul olunur və Moskva Dövlət Universitetinin Rentgenoqrafiya laboratoriyasına ezam edilir. 1950-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdan Kərim müəllim Fizika-Riyaziyyat institutunun Rentgenoqrafiya laboratoriyasında baş elmi vəzifəsinə qəbul edilir. == Əmək və elmi fəaliyyəti == Rentgen şuaları vasitəsi ilə maddənin tədqiqi Azərbaycanda əsasən Neft-Kimya İnstitutunda geologiya-mineralogiya elmləri doktoru,professor A.Z.Verdizadə tərəfindən başlanmışdır.1946-ildə onun təşəbüsü ilə Fizika İnstitutunda da Rentqenquruluş təhlili laboratoriyası yaradilmişdir.1950-ci ildə Fizika-riyaziyyat elmləri namizədi K.P.Məmmədovun Rentgenquruluş təhlili laboratoriyasının rəhbəri təyin edilməsi ilə dərin elmi əhəmiyyət daşıyan mövzular üzərində tədqiqatlara başlandı. K.P.Məmmədov Moskvada Rentgenoqrafiya laboratoriyasında işləyərkən kub şəkilli kristallarda rentqen süalarının səpilməsinə atomun anizatropluğunun təsirini tədqiq etmiş,aldığı nəticələr əsasında da namizədlik dissertasiyasını yazıb müdafiə etmişdir. "Kubik kristallarda atom form-faktorunun anizotropluğu" onun namizədlik işi olmuşdur. == Elmi fəaliyyət istiqamətləri == Bakıda isə Kərim müəllim elmi rəhbəri S.O.Konobayevskinin təklifi ilə Moskvada başladığı tədqiqatlarını davam etdirmişdir. O,kub şəkilli alüminium və almaz kristallarını tədqiq edərək kristal qəfəsində tltktron sıxlığının paylanma mənzərəsini müəyyənləşdirilmiş və buradan kimyəvi əlaqənin təbiətini aydınlaşdırmışdır.Məlum edilmişdir ki, Al atomu üçün elektron sıxlığının paylanması bircinsliliyə yaxın olur ki, bu metal əlaqəsi üçün səciyyəvidir,Almaz kristalında isə elektronların atom ətrafında paylanma anizatropiyasının müşahidə edilən kəskin dəyişməsi onda möhkəm yomopolyar əlaqənin səciyyəvi olduğunu göstərmişdir.
Məmməd Əliyev (fizik)
Məmməd Rəhim oğlu Əliyev (rus. Мамед Рагимович Алиев; 25 oktyabr 1940, Maştağa – 4 mart 1988, Moskva) — professor ,fizika-riyaziyyat elmləri doktoru , molekulyar fizikanın bir çox sahələrinə elmi töhfələr bəxş etmiş azərbaycanlı Sovet fiziki. Onun elmi nailiyyətləri arasında molekulda mərkəzdənqaçma genişlənmə sabitinin tapılması metodunun kəşfi, dinamik effektlərin düzgün şərhini təklif etməsi və s. yer alır. == Həyatı == Məmməd Əliyev 1940-cı ilin 13 oktyabr tarixində Bakıda müsəlman ailəsində anadan olmuşdur (atası-Rəhim Əliəkbər oğlu Əliyev, anası-Gövhər Hilal qızı, dayısı-kimya elmləri doktoru, professor Ağarəfi Ağayev). Məmməd 17 yaşında Bakı şəhəri,Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbi bitirmiş, 1957-ci ildə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o, fizika-riyaziyyat ixtisasları üzrə təhsil almışdır. 1961-ci ildə Moskva Dövlət Universitetində aspirant təhsilini davam etdirmiş və doktor dərəcəsini almışdır. Daha sonra Rusiya Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Spektroskopiya İnstitutunda ömrünün sonunadək çalışmışdır. O,1972–1986-cı illər ərzində Çexiyanın paytaxtı Praqada keçirilən ümumittifaq konfranslarında fəal iştirak etmiş və əldə etdiyi mühüm elmi nəticələrə görə Çexiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. == Fəxri adlar və mükafatlar == Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Anatoli Aleksandrov (fizik)
Anatoli Petroviç Aleksandrov (rus. Анатолий Петрович Александров, 31 yanvar (13 fevral) 1903 – 3 fevral 1994, Moskva) — böyük sovet fiziki. Üçqat Sosialist Əməyi Qəhrəmanı, fiziki-riyaziyyat elmləri doktoru. AMEA-nın Fəxri üzvü. == Həyatı == Aleksandrov Anatoli Petroviç 12 mart 1903-cü ildə Ukraynanın Taraşa şəhərində anadan olmuşdur. 1930-cu ildə Kiyev Universitetini bitirmiş, SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. Sovet fizikidir. Macarıstan EA-nın və İsveç Kral Mühəndislik Akademiyasının üzvü, 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə isə həqiqi üzvü seçilmişdir. 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960,1973), 4 dəfə SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951,1953) və Lenin mükafatı laureatı (1959) adına layiq görülmüşdür. 7 dəfə Lenin ordeni və başqa medallarla təltif olunmuşdur.
Arif Babayev (fizik)
Arif Miri oğlu Babayev (1 dekabr 1959, Çaykənd, Krasnoselsk rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakültəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-ci ildə "Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A. M. Babayev 1994-cü ildən AMEA-nın Fizika İnstitutunda "Nanokristallar fizikası" laboratoriyasında çalışır. A. M. Babayev 2007-ci ildə "Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-87 Xaricdə dərc olunan əsərlərinin sayı-33 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-29 Kadr hazırlığı-2 müdafiə olunmuş fəlsəfə doktoru Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir. İlk dəfə olaraq Keyn tipli yarımkeçirici nanostrukturlarda Kleyn paradoksu araşdırılmışdır. Bir zonalı modeldən fərqli olaraq, potensial çəpərin yüksəkliyi sonsuz olan zaman çəpərdən keçmə ehtimalı sıfirdan fərqli olduğu göstərilmişdir.
Arif Məhərrəmov (fizik)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Aydın Kazımzadə (fizik)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli laylı birləşmələrin elektron xassələri və onların əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Məmməd Məmmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. == Həyatı == 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. == Təhsili, elmi dərəcə və adları == 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Məmməd Mənmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. == Həyatı == 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. == Təhsili, elmi dərəcə və adları == 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Nadir Abdullayev (fizik)
Abdullayev Nadir Allahverdi oğlu (1 noyabr 1955, Bakı) — azərbaycanlı alim, Fizika üzrə elmlər doktoru, AMEA Fizika İnstitutunun dosenti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Abdullayev Nadir Allahverdi oğlu 1 noyabr 1955-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1979–1981-ci illərdə hərbi qulluğunu çəkib. 1981-ci ildə AMEA Fizika İnstitutuna kiçik elmi işçi kimi qəbul olunub. 1985-ci ildə "Laylı kristalların istilikdən genişlənməsinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2010-cu ildə "Güclüanizotrop kristallarda fonon proseslərinin və yükdaşıyıcıların lokallaşma effektlərinin xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2015 ildə laboratoriya rəhbəri vəzifəsinə seçilib. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-180 Xaricdə dərc olunan əsərlərinin sayı-60-dan çox Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -51 Kadr hazırlığı-3 Elmi-pedaqoji fəaliyyəti-4 == Əsas elmi nailiyyətləri == Klassik laylı kristalda – qrafitdə lay müstəvisində mənfi istilikdən genişlənmənin və istilikkeçirilməsində "istilik anomaliyasının" "membran" effekti əsasında izahı verilmişdir.
Namiq Əhmədov (fizik)
Əhmədov Namiq Abduləvvəl oğlu (1949, Nuxa) — fizika-riyaziyyat elmləri doktoru (1991). == Həyatı == Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır.
Nazim Məmmədov (fizik)
Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi. == Həyatı == Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib. Elmi əsərlərinin sayı- 368 Xaricdə dərc olunan əsərlərinin sayı- 283.
Nikolay Andreyev (fizik)
Nikolay Andreyev – rus fiziki, Rusiyada akustikanın banisi. == Fəaliyyəti == SSRİ EA akademiki (1953). Sosialist Əməyi Qəhrəmanı (1970). Moskva Ali Texniki məktəbində, Moskva və Höttingen Universitetlərin də oxumuş, Bazel Universitetini bitirmişdir (1909). 1940-cı ildən SSRİ EA Fizika İnstitutunda, 1954-cü ildən isə SSRİ EA Akustika İnstitutunda işləmişdir. Əsərləri rəqslər nəzəriyyəsinə, fiziki və texniki akustikaya aiddir. Hərəkətdə olan mühitdə səsin yayılma nəzəriyyəsini ilk dəfə Andreyev vermişdir. Andreyev pyezoelektrik, telefon nəzəriyyəsi və musiqi akustikası sahəsində mühüm tədqiqatlar aparmışdır. 3 dəfə Lenin ordeni ilə təltif edilmişdir.
Oqtay Səmədov (fizik)
Səmədov Oqtay Əbil oğlu (5 aprel 1952, Xol Qarabucaq, Neftçala rayonu) — Azərbaycan alimi. AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2017), professor, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Oqtay Səmədov 1952-ci il aprelin 5-də Neftçala rayonunun Xol Qarabucaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Salyan şəhəri Nizami adına 2 nömrəli orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlayan O. Səmədov 1975–1979-cu illərdə Xolqarabucaq kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1979-cu ildə Radiasiya Problemləri İnstitutunun "Seqnetoelektriklərin radiasiya fizikası" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == Oqtay Səmədov 1980-ci ildə Radiasiya Problemləri İnstitutunun aspiranturasına daxil olmuş, 1988-ci ildə "Spontan polyarizasiya olunmuş kristallarda faza keçidlərinin dielektrik və piroelektrik xassələrinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Professorun sonrakı elmi fəaliyyəti TlInS2 və TlGaSe2 kristalları əsasında yaradılmış relaksor seqnetoelektriklərin fiziki xassələrinin tədqiqinə həsr olunmuş və bu sahədə böyük praktik əhəmiyyətə malik olan elmi nəticələr əldə olunmuşdur. 2006-cı ildə bu mövzuda doktorluq dissertasiyasını müdafiə edən O. Səmədovun tədqiqatlarında ifratkeçirici birləşmələr alınmış və bu birləşmələrin ifratkeçiricilik temperaturu müəyyənləşdirilmişdir. Radiasiyanın ifratkeçiricilik temperaturuna və xüsusi müqavimətinə təsiri öyrənilmişdir.
Rasim Məmmədov (fizik)
Məmmədov Rasim Qara oğlu ( ) – fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini "Qızıl medal"la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub. 1971–1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini "Fərqlənmə diplomu" ilə başa vurub. 1972–1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir. 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2004-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.
Rauf Hüseynov (fizik)
Rauf Rüstəm oğlu Hüseynov (4 mart 1940, Bakı) — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından dərs deyib. Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür. == Elmi əsərləri == R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında". R.R.Hüseynov.
Rövşən Xəlilov (fizik)
Rəşad Rəhimov (fizik)
Rəşad Rəhimov (tam adı: Rəşad Nizaməddin oğlu Rəhimov; ) — fizika üzrə elmlər doktoru. == Həyatı == Rəşad Rəhimov 1948-ci il dekabrın 27-də Şəki şəhərində doğulmuş, 1966-cı ildə Şəki şəhər 11 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1983-cü ildə "İnSb-İn2GeTe bərk məhlullarda elektron və fonon prosesləri" mövzusunda namizədlik dissertasiyası, 2010-cu ildə "III-V qrup yarimkeçirici birləşmələr əsasinda bərk məhlullarda və evtektik kompozitlərdə elektron, fonon proseslərin xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Dosent adını almışdır. == Əsas elmi nailiyyətləri == 1. InSb-In2GeTe bərk məhlulun zona quruluşunda kvazilokal səviyyələrin müəyyən edilməsi; 2. III-Y qrup elementləri əsasında üçqat və dördqat bərk məhlullarda fononların rezonans səpilməsinin müəyyən edilməsi; 3. III-Y qrup elementləri və 3d keçid metalları əsasında evtektik kompozitlərdə eksperimental olaraq metal qatmalar ətrafında fazalararası zonanın aşkar olunması; 4. kinetik parametrlərdə yaranan anizotropluqda fazalararası zonaların əhəmiyyətli rolunun göstərilməsi; 5. GaSb-FeGa1.3<Co> əsasında termostabil tenzomüqavimətlərin yaradılması; 6. 80–700K temperatur bölümündə bərk cisimlərin temperatur keçiriciliyini ölçmək üçün "işıq impulsu ilə qızdırma" metodu əsasında "Alfa" cihazının hazırlanması. Elmi məqalələrin sayı-140 Beynəlxalq konfranslarda iştirakının sayı-50 Xaricdə çıxmış elmi əsərlərinin sayı-26 İxtiraların sayı-1 Kadr hazırlığı- 2 fəlsəfə doktoru Qrant və layihələrdə iştirakı 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST. CLGN 978434 2. AMEA Fizika İnstitutu və Belarus Fundamental Tədqiqatlar Fondu ilə birgə layihə, grant Т10Аz-15 3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı №EİF-2011–1(3)/82/05/1 == Əsas elmi əsərləri == 1. The GaSb-CoGa1.3 eutectic composite as a promising material for tensometry, Moldavian Journal of the Physical Sciences, Vol.
Sabir Hacıyev (fizik)
Sabir Əbdülmənaf oğlu Hacıyev (23 sentyabr 1928, Urud, Zəngəzur qəzası – 24 iyun 2013, Bakı) — fizika üzrə elmlər doktoru (1974), AMEA-nın müxbir üzvü (1983), professor (1975) == Həyatı == Sabir Hacıyev 23 sentyabr 1928-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. 1946-cı ildə Naxçıvan şəhərinin 1 saylı məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1948-ci ildə Müəllimlər İnstitutunu bitirərək ilk pedaqoji fəaliyyətinə Culfa rayon orta məktəbində başlayıb. Sabir Hacıyev 1951-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1956-cı ildə universiteti Nəzəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Sabir Hacıyev Elmi Şuranın qərarı ilə Universitetdə gələcək elmi-tədqiqat fəaliyyətini davam etdirmək üçün Nəzəri fizika kafedrasında saxlanılır. == Əmək fəaliyyəti == Sabir Hacıyev 1956–1960-cı illərdə Bakı Dövlət Universitetində müəllim, 1960–1968-ci illərdə dosent, 1972–1990-cı illərdə Maddə quruluşu kafedrasının müdiri, 1978–1988-ci illərdə Fizika fakültəsinin dekanı vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Aspiranturanı 1960-cı ildə bitirən Sabir Hacıyev Lomonosov adına Dövlət Universitetinin professoru A. Sokolov və Azərbaycan Dövlət Universitetinin dosenti A. Muxtarovun rəhbərliyi ilə "Mezonların parçalanmasında polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Dördfermionlu qarşılıqlı təsirin və bəzi qeyri-elastikli proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1975-ci ildə professor elmi adını alan Sabir Hacıyev 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sabir Hacıyev Nəzəri fizika bölməsində kvant nəzəriyyəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Onun apardığı tədqiqatlar xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Saleh Hacıyev (fizik)
Saleh Hacıyev — azərbaycanlı fizik. == Həyatı və təhsili == Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib.
Vaqif Əliyev (fizik)
Vaqif Məşədi oğlu Əliyev (16 dekabr 1945, Yevlax) — fizika-riyaziyyat elmləri doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Vaqif Məşədi oğlu 1945-ci il dekabr ayının 16-da Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Yevlax şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Sənaye və Neft Universiteti)nin kimya-texnoloğiya fakultəsinə daxil olmuş, 1969-cu ildə isə İnstitutu müvəffəqiyyətlə bitirmişdir. 1969-77-ci illərdə həmin İnstitutun “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1972-76-cı illərdə həmin İnstitutun aspirantı olmuş və 1980-cı ildə “ Yüksək molekullu birləşmələrin kimyası” ixtisası üzrə namizədlik dissertasiyası mydafiə etmişdir. Əliyev Vaqif müxtəlif illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (1979-83-cü illər) və Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda (1977-79 və 1988-94-cü illər) aparıcı mühəndis, böyük elmi işçi, bölmə müdiri vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur. O, 1983-88-ci illərdə isə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun (indiki Arxitektura və İnşaat Universiteti) Elmi Tədqiqat Bölməsində İnstitutda yerinə yetirilən dövlət büdcəsindən maliyyələşən və təsərrüfat hesablı elmi tədqiqat işlərinin effektliliyinin araşdırılması və istehsala tətbiqi üzrə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Əliyev Vaqif 1988-ci ildən məşğul olduğu elm sahəsini dəyişərək yuxarı temperaturlu ifratkeçirici materialların alınması, tədqiqi sahəsində AMEA-nın Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda, 1994-cü ildən isə Fizika İnstitutunda tədqiqat işləri yerinə yetirərək 2014-cü ildə fizika üzrə elmlər doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əsas elmi nailiyyətləri == Vaqif Əliyevin əsas elmi fəaliyyəti Y-Ba-Cu-O və Bi-Sr-Ca-Cu-O sistemli yuxarı temperaturlu ifratkeçirici (İK) materialların alınması və onların fiziki xassələrinin tədqiqi ilə bağlıdır. O, Y1-x(Tm, Nd, Cd)xBa2Cu3O7- (x=0÷1), Bi2-xPbxSr2CaCu2Oy, Bi2Sr2ZnCu2Ox İK nümunələrini sintez etmiş, onların fiziki xassələrini tədqiq etmiş və alınmış eksperimental nəticələri İK üçün mövcud olan nəzəriyyələr, o cümlədən fluktasiya keçiriciliyi nəzəri modelləri, əsasında şərh etmişdir.
Vidadi Əliyev (fizik)
Əliyev Vidadi Yusif oğlu (31.10.1939, Xankəndi – 25.8.2010, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1987). == Həyatı == Azərbaycan Dövlət Universitetini bitirmişdir (1962). 1962–69 illərdə SSRİ A. F. İoffe adına Elmi Tədqiqat Yarımkeçiricilər İnstitutunda, 1969 ildən Azərb. İnşaat Mühəndisləri İn-tunda (indiki AMİU) işləmiş, 1992–96 illərdə Türkiyənin Qaradəniz Un-tində fizika fakültəsinin prof.-u vəzifəsində çalışmış, 1996 ildən AMİU-nun yüksəktemperaturlu ifratkeçiricilər elmi tədqiqat laboratoriyasının rəhbəri olmuşdur. Tədqiqatları üzvi yarımkeçiricilər fizikası, ifrat-keçiricilik fizikası sahəsinə aiddir. 200-dən çox elmi əsərin müəllifidir.
Əli Məmmədov (fizik)
Əli Məmmədov (fizik, 1931) — Fizika-riyaziyyat elmləri doktoru, professor. Əli Məmmədov (fizik, 1954) — Texnika elmləri doktoru.
Əli Əliyev (fizik)
Əli Əliyev (fizik, 1941)
Gələcəyin fizikası
Gələcəyin fizikası - Miçio Kakun tərəfindən gələcəklə bağlı yazılmış kitab. == Haqqında == 2100-cü ildə dünya necə olacaq? Kompüterlər hansı formada idarə ediləcək? Əşyalar necə hərəkətə etdiriləcək? Dünyanın informasiya sahələrinə necə qoşulacağıq? Müəllif bu kitabda alimlərlə müsahibələrini ümumiləşdirərək təqdim edir. Oxucunun gözləri qarşısında sirli-sehrli bir reallıq canlanır. == İstinadlar == "Ali və Nino".
Gəncə fiziki- coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Gəncə fiziki-coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Hindistan fiziki
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hissəciklər fizikası
Hissəciklər fizikası- maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir. Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır. == Tarix == Bütün maddələrin əsaslı şəkildə elementar hissəciklərdən ibarət olduğu fikri ən azı 6-cı əsrə aiddir. 19-cu əsrdə John Dalton, stoiometriya üzərində apardığı işlər nəticəsində təbiətin hər bir elementinin tək, bənzərsiz bir hissəcikdən ibarət olduğu qənaətinə gəldi. Əvvəlcə atom (yunanca atomos- bölünməz) tapıldı. Daha sonra isə atomlar üzərində işlənərək kimyəvi elemet anlayışı fizikaya əlavə olundu. Lakin fiziklər tezliklə atomun bölünməz olmadığı, əslində atomun özünün də elektron kimi kiçik hissəciklərdən ibarət olduğu qənaətinə gəldilər.
Həkərə fiziki- coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir. Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Həkərə fiziki-coğrafi rayonu
Həkərə fiziki-coğrafi rayonu — eyniadlı çay hövzəsini əhatə edir, relyefin mütləq yüksəkliyi 500 m.-dən (cənubda) 2000-2200 m.-ə qədər ucalır. Şimaldan Qarabağ vulkanik yaylası, qərbdən Ermənistan Respublikası, şərqdən Qarabağ silsiləsi, cənubdan isə Arazboyu fiziki-coğrafi rayonu ilə sərhədlənir. Rayon ərazisi üç tərəfdən dağlarla əhatə olunub, cənuba, Aşağı Araz çökəkliyinə və İran yaylasına tərəf açıldığından arid ərazilərin təsirinə daha çox məruz qalır və bununla əlaqədar olaraq ərazidə 1000-1100 m. mütləq yüksəkliklərə qədər kserofit kollu quru çöl və seyrək arid-meşə və meşə-çöl, 1700-1800 m.-ə qədər palıd vələs meşələri və kollu meşə-çölləri, ondan yuxarıda isə çölləşməyə məruz qalmış dağ kserofit kollu subalp çəmən landşaftları inkişaf emişdir. Həkərə, Hoçaz və Bazarçay dərələri geniş bir sahədə tuf, konqlomerat, qravelit, gillicələrdən ibarət Həkərə lay dəstəsi çöküntülərlə doldurulduğundan relyefə yüksək yastanvarı maili (2-30- dən 10-150- yə qədər) düzənliklər əmələ gətirir. Bu lay dəstəsinə kəsilən çay dərələrinin yamaclarda dik olub köndələn yarğanlara parçalanmışdır. Fiziki - coğrafi rayonun ərazisində heyvandarlıq, əkinçilik , bağçılıq inkişaf etmişdir. Arıçılığın inkişafı üçün geniş təbii imkanlar vardır.
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kiçik Qafqaz vilayəti Azərbaycanın qərbində yerləşir. Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşir. Relyefi - Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy (Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır.Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln.
Kiçik Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri
Klassik fizika
Klassik fizika — kvant və nisbilik nəzəriyyələrinin meydana gəlməsinə qədər fizika elmində hakim istiqamət olmuşdur. Klassik fizikanın əsasları Avropa İntibah dövründə klassik mexanikanın banisi İsaak Nyuton başda olmaqla bir sıra alimlər tərəfindən qoyulmuşdur. Klassik fizika aşağıdaki prinsiplərə əsaslanır: Səbəb nəticəni birmənalı şəkildə təyin edir (determinizm) Zaman və məkan mütləqdirlər – bu o deməkdir ki zaman və məkan materiyadan və onun hərəkətindən və zaman-məkan kəsimlərinin ölçülməsi seçilmiş hesablama sistemindən asılı deyil (başqa sözlə, müşahidəçiyə nəzərən ölçülən obyektin hərəkət sürətindən) Fiziki sistemi xarakterizə edən istənilən kəmiyyətin dəyişməsi kəsilməzdir – bu o deməkdir ki, fiziki sistemin bir vəziyyətdən başqa vəziyyete keçidi sonsuz aralıq keçidlərlə baş tutur. Bu zaman sistemin bütün fiziki parametləri başlanğıc və son vəziyyətlər arasında aralıq bir qiymət alır. Klassik fizikanın fundamental nəzəriyyələri aşağıdakılardır: Klassik mexanika Termodinamika və statistik fizika Klassik elektrodinamika == XIX–XX əslərin astanasında klassik fizikada böhran == XX əsrin əvvəllərində klassik fizika çərçivəsində izahı mümkün olmayan bir sıra suallar yaranmağa başladı: Elektromaqnit şüalanmasının spektrləri. Klassik nəzəriyyə mütləq qara cismin şüalanma spektrlərinin qənaətbəxş təsvirini verə bilmirdi. İşığın qaz halında olan maddələrdən şüalanması və əksinə udulması zamanı müşahidə olunan xətti spektrləri də klassik fizika çərçivəsində öz cavablarını tapa bilmirdilər. Günəş və ulduzların enerji mənbələri. Klassik fizikanın ulduzların enerji mənbəyinə dair irəli sürdüyü fərziyyə bu enerjini dəqiq ifadə edə bilmirdi. 1896-cı ildə Bekkerel tərəfindən kəşf olunan və Mari və Pyer Kürilər tərəfindən tədqiq olunan radioaktivlik hadisləri atom daxilində ölçüləri və kütlələri ilə nisbətdə çox böyük enerji olduğuna dəlalət etdi.
Kvant fizikası
Kvant mexanikası fizikada təbiətin fiziki xassələrinin atomlar və atomaltı hissəciklər miqyasında təsvirini təmin edən fundamental nəzəriyyədir. O, kvant kimyası, kvant sahə nəzəriyyəsi, kvant texnologiyası və kvant informasiya elmi də daxil olmaqla bütün kvant fizikasının əsasını təşkil edir. Klassik fizika, kvant mexanikasının yaranmasından əvvəl mövcud olan nəzəriyyələr toplusu, təbiətin bir çox aspektlərini adi (makroskopik) miqyasda təsvir edir, lakin onları kiçik (atom və atom altı) miqyasda təsvir etmək üçün kifayət deyil. Klassik fizikada əksər nəzəriyyələr geniş (makroskopik) miqyasda etibarlı bir yaxınlaşma kimi kvant mexanikasından əldə edilə bilər. Kvant mexanikası klassik fizikadan onunla fərqlənir ki, bağlı sistemin enerji, impuls, bucaq impulsu və digər kəmiyyətləri diskret qiymətlərlə məhdudlaşır (kvantlaşdırma), cisimlər həm hissəciklərin, həm də dalğaların xüsusiyyətlərinə malikdir (dalğa-hissəcik ikiliyi) və məhdudiyyətlər var. İlkin şərtlərin tam dəsti (qeyri-müəyyənlik prinsipi) nəzərə alınmaqla, fiziki kəmiyyətin dəyərinin ölçülməzdən əvvəl nə qədər dəqiq proqnozlaşdırıla biləcəyinə. Kvant mexanikası 1900-cü ildə Maks Plankın qara cisim radiasiya probleminin həlli və Albert Eynşteynin 1905-ci ildəki məqaləsindəki enerji və tezlik arasındakı uyğunluq kimi klassik fizika ilə uzlaşa bilməyən müşahidələri izah etmək üçün tədricən nəzəriyyələrdən yarandı. Fotoelektrik effekti izah etdi. İndi "köhnə kvant nəzəriyyəsi" kimi tanınan mikroskopik hadisələri anlamaq üçün bu ilk cəhdlər 1920-ci illərin ortalarında Nils Bor, Ervin Şrödinger, Verner Heyzenberq, Maks Born tərəfindən kvant mexanikasının tam inkişafına səbəb oldu və qeyriləri. Müasir nəzəriyyə müxtəlif xüsusi hazırlanmış riyazi formalizmlərdə formalaşdırılır.
Küdrü-Şirvan fiziki-coğrafi rayonu
Küdrü-Şirvan fiziki-coğrafi rayonu - Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qum və gillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır. Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.
Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Kütlə (fiziki kəmiyyət)
Kütlə - fiziki kəmiyyət olub, cismin ağırlıq qüvvəsi qazandıran, həmçinin onun ətalətliyini pozmağa çalışan qüvvəyə qarşı göstərdiyi müqavimət üçün ölçü kəmiyyətdir. Fizikaya Nyuton tərəfindən daxil edilmişdir[istinad bildirilməli]. Kiloqram etalonu Fransanın Sevr şəhərində saxlanılır. Müasir fizikada kütlə anlayışı altında obyektin iki xassəsi başa düşülür: Nyutonun ikinci qanununda təsvir olunan, cismin ətalətliyini xarakterizə edən ətalət kütləsi. Eyni qüvvənin təsiri altında olan iki cisimdən kütləsi kiçik olanı daha çox təcil qazanır. Kütlənin qiyməti ona təsir edən qüvvə və zamandan, eyni zamanda cismin yerləşdiyi fəzadan asılı deyil. Qravitasiya kütləsi cismin yaratdığı qravitasiya sahəsini və ya digər cisimlər tərəfindən yaranan qravitasiya sahəsində qazandığı ağırlıq qüvvəsini xarakterizə edən kəmiyyətdir. Ümumi Nisbilik Nəzəriyyəsinin əsasını təşkil edən Eynşteynin ekvivalentlik prinsipi cismin ətalət kütləsi ilə qravitasiya kütləsinin bir-birinə ekvivalent olmasını ortaya qoyur. Belə ki, hər zaman m q = m ə {\displaystyle m_{q}=m_{\text{ə}}} şərti ödənilir.
Lənkəran fiziki-coğrafi rayonu
Lənkəran fiziki-coğrafi rayonu — rayon ərazisi Xəzər dənizinin qərb sahili və Talış dağlarının ətəkləri arasında yerləşib, şimalda Bolharu çayından cənubda Astaraçaya qədər 100 km - dək uzanır. Mütləq yüksəkliyi -28m-lə 80-100m arasında dəyişir. Relyefi az meyilli, hamar səthli alçaq düzənlik üst Dördüncü dövrün dəniz və çay çöküntülkərindən təşkil olunmuşdur. Rütubətli subtropik iqlimə malik olan bu ərazidə düzənlik meşələri, çəmən kolları və çəmənlikləri inkişaf etmişdir (Budaqov,1988). Respublika ərazisi üçün maksimal otra illik yağıntıların miqdarı (1398mm) Lənkəran ovalığının Astara ərazisində müşahidə olunur. Lənkəran ovalığı respublikamızın məhsuldar kənd təsərrüfatı rayonlarından biridir. Rütubətsevən subtropik bitkilərin inkişafında mühüm yer tutur. Respublikamızda çayçılığın, subtropik meyvələrin, tərəvəz və üzümçülüyün inkişafında bu fiziki - coğrafi rayonun xüsusi yeri vardır.
Materiya (fizika)
== Cismin çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Mezoskopik fizika
Mezoskopik fizika - qatı hal fizikasının bir hissəsi olub, sistemin mikroskopik və makroskopik ölçüləri arasındakı aralıq ölçüdə xassələrini öyrənən sahədir. 1981-ci ildə Van Kampen tərəfindən daxil edilmişdir. Bir çox effekt və hadisələr var ki, onlar yalnız mezoskopik ölçüdə mövcuddur. Makroskopik fizikadakı bir sıra qanunlar mezoskopik fizikada ödənmir, məsələn, müqavimətlərin dövrənin paralel və ardıcıl qoşulmasında toplanması qaydası mezoskopik fizikada daha mürəkkəb qayda ilə əvəz olunurlar.
Molekulyar fizika
Мolekulyar fizika — fizikanın bir bölməsi olub , maddənin daxili quruluşuna və onu təşkil edən hissəciklərin (atom və molekulların) hərəkət qanunlarına əsaslanaraq onun xassələrini, müxtəlif aqreqat halları arasında baş verən keçidlərin qanunauyğunluqlarını, müəyyən xarici təsirlər nəticəsində baş verən fiziki hadisələri öyrənir. == Tarixi == Maddə quruluşu haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Demokrit tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsaslarının qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin təməli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlərinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır. == Molekulyar fizikanın mövzusu == Molekulyar fizika sahəsi çox geniş sahədir. Elə fiziki hadisələr var ki, onları öyrənmək üçün maddənin daxili quruluşunu və onun halını müəyyən edən makroskopik parametrləri - temperatur, təzyiq, daxili enerji və sairləri bilmək, həmçinin, bunlar arasında əlaqə yaratmaq lazım gəlir.
Moskva Fizika və Texnologiya İnstitutu
Moskva Fizika və Texnologiya İnstitutu (Milli Tədqiqat Universiteti) — nəzəri, eksperimental, tədbiqi fizika, riyaziyyat, informatika, kimya və biologiya sahəsində mütəxəssislərin hazırlanması üzrə Rusiya ali təhsil müəssisəsilərindən biridir.
Moskva Fizika və Texnoloqiya İnstitutu
Moskva Fizika və Texnologiya İnstitutu (Milli Tədqiqat Universiteti) — nəzəri, eksperimental, tədbiqi fizika, riyaziyyat, informatika, kimya və biologiya sahəsində mütəxəssislərin hazırlanması üzrə Rusiya ali təhsil müəssisəsilərindən biridir.
Məmməd Əliyev (fizik, 1940)
Məmməd Rəhim oğlu Əliyev (rus. Мамед Рагимович Алиев; 25 oktyabr 1940, Maştağa – 4 mart 1988, Moskva) — professor ,fizika-riyaziyyat elmləri doktoru , molekulyar fizikanın bir çox sahələrinə elmi töhfələr bəxş etmiş azərbaycanlı Sovet fiziki. Onun elmi nailiyyətləri arasında molekulda mərkəzdənqaçma genişlənmə sabitinin tapılması metodunun kəşfi, dinamik effektlərin düzgün şərhini təklif etməsi və s. yer alır. == Həyatı == Məmməd Əliyev 1940-cı ilin 13 oktyabr tarixində Bakıda müsəlman ailəsində anadan olmuşdur (atası-Rəhim Əliəkbər oğlu Əliyev, anası-Gövhər Hilal qızı, dayısı-kimya elmləri doktoru, professor Ağarəfi Ağayev). Məmməd 17 yaşında Bakı şəhəri,Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbi bitirmiş, 1957-ci ildə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o, fizika-riyaziyyat ixtisasları üzrə təhsil almışdır. 1961-ci ildə Moskva Dövlət Universitetində aspirant təhsilini davam etdirmiş və doktor dərəcəsini almışdır. Daha sonra Rusiya Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Spektroskopiya İnstitutunda ömrünün sonunadək çalışmışdır. O,1972–1986-cı illər ərzində Çexiyanın paytaxtı Praqada keçirilən ümumittifaq konfranslarında fəal iştirak etmiş və əldə etdiyi mühüm elmi nəticələrə görə Çexiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.

fizik sözünün leksik mənası və izahı

  • 1 [yun.] Fizika mütəxəssisi. Təbiət gözəldir və fiziklər özlərini bəlkə də bu gözəlliklər xatirinə uzun, ağır əziyyətlərə salırlar. – …Hər halda fizikin də məqsədi təbiət hadisələrinin ahəngini açmaqdır. X.Məmmədov.

    Azərbaycan dilinin izahlı lüğəti / fizik

fizik sözünün rus dilinə tərcüməsi

fizik sözünün inglis dilinə tərcüməsi

fizik sözünün fransız dilinə tərcüməsi

fizik sözünün ləzgi dilinə tərcüməsi

"fizik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fizik nədir? #fizik sözünün mənası #fizik nə deməkdir? #fizik sözünün izahı #fizik sözünün yazılışı #fizik necə yazılır? #fizik sözünün düzgün yazılışı #fizik leksik mənası #fizik sözünün sinonimi #fizik sözünün yaxın mənalı sözlər #fizik sözünün əks mənası #fizik sözünün etimologiyası #fizik sözünün orfoqrafiyası #fizik rusca #fizik inglisça #fizik fransızca #fizik sözünün istifadəsi #sözlük