Filip sözü azərbaycan dilində

Filip

Yazılış

  • Filip • 99.7750%
  • FİLİP • 0.1125%
  • filip • 0.0562%
  • Fİlip • 0.0562%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ann Filip
Ann Filip(fr. Anne Philipe, 1917—1990) — fransız yazıçısı. == Həyatı == Əslində Ann Filipdə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı. İnsan ömrünü bircə an adlandıran qadının kitabı az müddətdə bir çox dillərə tərcümə olundu və nəhayət 1971-ci ildə “Bir göz qırpımı” adı ilə azərbaycancaya çevrildi. “Bir göz qırpımı” əsərini yazmazdan əvvəl Ann Filip jurnalistika ilə məşğul olmuş, müxtəlif mövzulu məqalələrlə yanaşı “Asiya karvanları” adlı xatirələr kitabını da nəşr etdirmişdir (1955). Lakin nə Çinə həsr olunmuş bu kitab, nə məqalələr, nə də etnoqrafiya mövzulu filmlərin çəkilişində iştirakı Ann Filipə “Bir göz qırpımı” kitabının səmimiyyətindən gələn rəğbəti qazandıra bilməmişdi.
Filip
Filip — kişi adı və soyad. Filip Apostol — İsanın 12 həvarisindən biri Filip Bruç — Alman bioloqu. Filip Kreven — Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri Filip Levin — aktyor Filip Rot — ABŞ yəhudilərindən olan roman yazıçısı Filip Miller — şotland əsilli ingilis botaniki. Filip Conson — tanınmış Amerikan memarı, Pritsker mükafatının ilk laureatı.Bu soyadı olan tanınmış şəxslərAnn Filip — fransız yazıçısı.
Filip Apostol
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Filip Bruç
Filip Bruç (ing. Philipp Bruch; 11 fevral 1781 – 11 fevral 1847) - Alman bioloqu. == Əsərləri == Bruch, P.; Schimper, W. Ph.; & Gümbel, T. (1836-1855) Bryologia Europaea seu Genera Muscorum Europaeorum, 6 vols.
Filip Conson
Filip Conson (8 iyul 1906[…], Klivlend, Ohayo – 25 yanvar 2005[…]) - tanınmış Amerikan memarı, Pritsker mükafatının ilk laureatı. 1930-cu ildə Conson Nyu-York şəhərində yerləşən MoMa-da (Müasir İncəsənət Muzeyi) Memarlıq və Dizayn şöbəsini yaratmışdır. 1978-ci ildə Amerikan Memarlıq İnstitutu tərəfindən qızıl medala və 1979-cu ildə ilk Pritsker memarlıq mükafatına layiq görülmüşdür. O Harvard Universitetinin tələbəsi olmuşdur. 2005-ci il yanvarın 25-də Conson, Şüşə evində yuxuda olarkən vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Nekroloq Flip Consonun Hyuston Universitetində çıxışı Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine Flip Consonun memarlığı "The Hand of a Master Architect". The New York Times. Flip Consonun memarlıq layihələri, 1984-1995 The Getty Research Institute, Los Angeles, California. Architectural drawings, study models, photographs, brochures, and miscellaneous papers, the bulk of which relate to the Franklin Square building, Washington, D.C., a project by John Burgee Associates with Philip Johnson. Phillip Johnson papers, 1908-2002 The Getty Research Institute, Los Angeles, California.
Filip Devis
Filip Edvard "Breyv" Devis (ing. Philip Edward "Brave" Davis; 7 iyun 1951, Nassau) — 17 sentyabr 2021-ci ildən etibarən Baham Adaları Baş naziri, 2002-ci ilin may ayından etibarən isə Ket adası, Ram resifi və San Salvadordan millət vəkili olan bahamlı siyasətçi. == Həyatı == Devis "Old Bight All Age School"-da oxuduğu Ket adasında qardaşı Elvin və babası ilə birlikdə yaşadı. Nassauya qayıtdıqdan sonra Şərq Məktəbi və Müqəddəs Con Kollecinə getdi. Kasıb ailədə böyüyən Devis qablaşdırma işi ilə məşğul olan müəssisə və inşaat sahəsində çalışdı.Devis Enn-Mari Devislə evlidir və altı övladı var. Anqlikandır. "Toastmasters Club 1600"-in üzvüdür və beysbol, voleybol və üzgüçülüklə məşğul olan idmançıdır. == Siyasi fəaliyyəti == Devis 2017-ci ilin oktyabrında partiyanın qurultayında seçildikdən sonra müxalifət lideri və Tərəqqi Liberal Partiyasının sədri seçildi. Partiya sədri seçilməzdən öncə, sədr tərəfindən təyin edilən sədr müavini idi. Perri Kristi 2012-ci il seçkilərində qalib gəldikdə 2017-ci ilə qədər xidmət etdiyi Baham Adaları Baş nazirinin müavini və İctimai İşlər və Şəhərsalma Naziri oldu.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa Ana[d], Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Filip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Filip Mauntbetten
Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921[…], Kerkira, Yunanıstan Krallığı – 9 aprel 2021[…], Vindzor sarayı, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort. == Həyatı == Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur, Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib. Kraliça II Elizabetin həyat yoldaşıdır. Yunanistan və Danimarka Kralı Andrey'in 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georq'un nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Christianın, İngiltərə Kraliçası I Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır. O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Filip Nepeyçal
Filip Nepeyçal (8 iyul 1999) — Çexiyalı atıcı. Filip Nepeyçal Çexiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Filip Nepeyçal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 619.9 xal toplayaraq 35-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Filip Ozobiç
Filip Ozobiç (8 aprel 1991[…], Bеlоvаr) — Xorvat əsilli azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin və Azərbaycan Milli futbol komandasının yarımüdafiəçisi.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Filip Pauluççi
Filip Osipoviç Pauluççi (rus. Филипп Осипович Паулуччи, 1779, Modena — 25 yanvar 1849, Nitsa) — markiz, fransız və rus hərbi xadimi, general-adyutant. == Həyatı == Filip Pauluççi əvvəlcə Fransa ordusunda xidmət etmişdi. 1807-ci ildə polkovnik rütbəsində Rusiya ordusuna keçmişdi. Osmanlı ordusuna qarşı döyüşmüşdü. 1810-cu ildə Qafqaz ordusunun general-kvartirmeyseri təyin olunmuşdu. 1811-ci ildə Qafqazın sərdarı vəzifəsinə dəyişildi. 22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandanı general F. Pauluççi Qafqaza daxil oldu. Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur. == Mükafatları == Filip Pauluççi 7 may 1809-cu ildə № 939 əmrlə 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi.
Filip Rot
Filip Rot (ing. Philip Milton Roth; 19 mart 1933[…], Nyuark, Nyu Cersi[…] – 22 may 2018[…], Manhetten, Nyu-York ştatı) — ABŞ yəhudilərindən olan roman yazıçısı.
Filip Vuyanoviç
Filip Vuyanoviç — (d. 1 sentyabr 1954, Belqrad, Yuqoslaviya) — Monteneqronun birinci prezidenti. == Həyatı == Filip Vuyanoviç 1954-cü il sentyabrın 1-də Yuqoslaviyanın Belqrad şəhərində anadan olub. O, 1978-ci ildə Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirdi. == Fəaliyyəti == Filip Vuyanoviç 1978-ci ildən 1980-cı ilə qədər Belqradda, 1980-cı ildən 1981-ci ilə qədər isə Titoqradda ədliyyə sahəsində çalışıb. 1993-cü ildən 1995-ci ilə qədər Çernoqoriyanın ədliyyə naziri olan Filip Vuyanoviç, 1995-ci ildən 1998-ci ilə qədər Çernoqoriyanın xarici işlər naziri olub. Filip Vuyanoviç 1998-ci il fevralın 5-də Çernoqoriyanın Baş naziri vəzifəsinə təyin edildi. 2002-ci il noyabrın 5-də o, Çernoqoriya Parlamentinin sədri seçildi. Elə həmin tarixdə Filip Vuyanoviç Çernoqoriyanın Baş naziri vəzifəsindən azad edildi.
Frantişek Filip
Frantişek Filip (26 dekabr 1930 – 9 yanvar 2021, Praqa) — Çex rejissoru. == Həyatı == Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü. == Ölümü == Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.
III Filip
Filip Arridey — Makedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı. == Həyatı == Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu. == Hakimiyyəti == Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu.
IV Filip
IV Filip (Fransa) — Kapetinqlər sülaləsinə məxsus 1285-1314-cü illərdə Fransa kralı.
Jerar Filip
Jerar Filip (fr. Gérard Philipe; 4 dekabr 1922[…], Kann və ya Dənizkənarı Alplar – 25 noyabr 1959[…], Paris) — Fransanın görkəmli teatr və kino aktyoru. == Həyatı == Jerar Filip 4 dekabr 1922-ci ildə Kann şəhərində anadan olmuşdur. O, ilk dəfə teatr səhnəsinə 1942-ci ildə aktyorluq kursunu bitirdikdən sonra çıxmışdır. Onun teatr səhnəsində ifa etdiyi ən uğurlu rollardan biri 1953-cü ildə Uilyam Şekspirin "II Riçard" əsərində oynadığı Riçard obrazı olmuşdur . Bu – Jan Viların teatrında olmuşdur. Jerar Filip 1943-cü ildə kinoda debütünü etmişdir. Jerar Filip 25 noyabr 1959-cu ildə Parisdə qaraciyərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Vyaçeslav Filip
Vyaçeslav Filip — Moldovanın İstanbuldakı baş konsulu. Vyaçeslav Filip 19 noyabr 2016-cı ildə Kişinyov hava limanında saxlanılmış və Kişinyov Rayon Məhkəməsi tərəfindən barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilmişdir. O, dələduzluq yolu ilə korrupsiyada şübhəli bilinir. Belə ki, istintaq zamanı onun Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxsləri ilə sövdələşməyə girərək öz həmyerlilərindən pul tələb etdiyi məlum olmuşdur.
Filip (Belçika kralı)
Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı. Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu. 4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var. 20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı.Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.
Filip Con Mey
Filip Con Mey — (ing. Philip John May; iyul 1960-cı il) — ingilis bankiri və Böyük Britaniya Baş Naziri Tereza Meyin həyat yoldaşı. 1979-cu ildə, Oksford ittifaqının prezidenti olub, Oksfordda Linkoln kollecinin tarix ixtisasını bakalavr pilləsi üzrə bitirib..
Filip Latli Skleyter
Philip Lutley Sclater (ing. Philip Lutley Sclater; 4 noyabr 1829, Hempşir — 27 iyun 1913) — Britaniya vəkil və zooloqudur. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni irəli sürmüşdür.
Achillea filipendulina
Achillea filipendulina (lat. Achillea filipendulina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Acmella filipes
Acmella filipes (lat. Acmella filipes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella filipes var. filipes Spilanthes filipes Greenm.
Acmella filipes var. filipes
Acmella filipes (lat. Acmella filipes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella filipes var. filipes Spilanthes filipes Greenm.
Alburnus filippii
Kür şəmayısı (lat. Alburnus chalcoides) — Çəkikimilər dəstəsinin nümayəndəsidir. == Yayılması == Xəzər dənizinin əsasən cənub-qərb hissəsində, Kür çayının aşağı və orta axarlarında, Qanıxçay, Araz çaylarında rast gəlinir. Bundan əlavə Varvara, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarında şəmayının şirinsu populyasiyaları mövcuddur. == Morfoloji əlamətləri == Bədəni uzunsovdur, yanlardan azacıq basıqdır. Bel üzgəcində əksərən 8-10, anal üzgəcində 14-17 şüa var. Yan xətt orqanı pulcuqlarının sayı 56-70-dür, udlaq dişləri 2.5-5.2-dir. Başı kiçikdir, ağzı yuxarı açılır. Uzunluğu adətən 18-34 sm, kütləsi 127-610 q olur. Pulcuqları gümüşü rəngdədir.
Antirrhinum filipes
Neogaerrhinum filipes (lat. Neogaerrhinum filipes) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin neogaerrhinum cinsinə aid bitki növü.
Antonina Filippova
Antonina Mixaylovna Filippova (rus. Антонина Михайловна Филиппова; 7 (19) fevral 1897, Oryol – 8 aprel 1976, Volqoqrad) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir. 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur.Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 == İstinadlar == == Mənbə == ФИЛИ`ППОВА Антонина Михайловна // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин. М.: Советская энциклопедия.
Astragalus filipes
Astragalus filipes (lat. Astragalus filipes) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Azərbaycan-Filippin futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Filippin münasibətləri
Azərbaycan–Filippin münasibətləri — Azərbaycan Respublikası ilə Filippin Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 27-də qurulmuşdur. Azərbaycandaki Filippinin səfirliyi Türkiyənin Ankara şəhərində yerləşir. Filippindaki Azərbaycanin səfirliyi İndoneziyanın Cakarta şəhərində yerləşir.
Brickellia filipes
Brickellia filipes (lat. Brickellia filipes) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Drosera filipes
Drosera huegelii (lat. Drosera huegelii) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
DruGOY Filip Kirkorov albom
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Ermənistan–Filippin münasibətləri
Filippin—Ermənistan münasibətləri — Filippin və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 20 may 1992-ci ildə başladıqdan sonra tədricən yaxşılaşmışdır. Xarici İşlər Naziri Edvard Nalbandyan 2012-ci ildə Filippini ziyarət etmişdir. Bu onu bu günə qədər Filippini ziyarət edən Ermənistan hökumətindəki ən yüksək vəzifəli məmur halına gətirmişdi. Ermənistan səfiri Raisa Vardanyanın 19 mart 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə etdiyi səfərdən sonra Ermənistan-Filipin münasibətləri daha da güclənir. Son diplomatik tədbirdə iki ölkə arasında ticarət, investisiya, təhsil və elmi əməkdaşlığın genişləndirilməsinə dair bir öhdəlik yer alır. Hər iki ölkənin hazırda qeyri-rezident səfirləri var. Ermənistan səfiri Manilaya Hanoyda, Filippinin İrəvandakı səfiri Moskvadan akkreditə olunmuşdur. Tarixən ermənilər Filippində ticarətdə əhəmiyyətli rol oynamışlar.
Eugenia filipes
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. == Yayılması == Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. == Sinonim == Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Filipp Zimmermann
Filipp Zimmermann (Philip R. Zimmermann) — (12 fevral 1954) — dünyanın ən çox istifadə edilən e-poçt şifrləmə proqramı Pretty Good Privacy (PGP) yaradıcısıdır. O, VoIP şifrləmə protokollarında, xüsusilə də ZRTP və Zfone ilə işləyir. Zimmermann, qlobal şifrli kommunikasiya şirkəti Silent Circle-in həmtəsisçisi və baş alimidir. == Həyatı == Filipp Zimmermann 12 fevral 1954-cü ildə Camden şəhərində anadan olmuşdur. Atası beton qarışdırıcı yük maşını sürücüsü idi. Filipp Zimmermann 1978-ci ildə Boca Ratonda Florida Atlantik Universitetindən kompüter elmləri üzrə dərəcə alıb və bundan sonra San Fransisko Körfəzi ərazisinə köçdü. 1980-ci illərdə, Zimmermann, Boulder şəhərində bir proqram mühəndisi olaraq çalışmış və hərbi siyasət analitiki olaraq Nüvə Silahları Dondurma Kampaniyasının bir hissəsi olmuşdur. == Fəaliyyəti == Amerikalı proqramçı Filipp Zimmermann 1991-ci ildə o, elektron formada təsvir edilən informasiya üzərində şifrləmə əməliyyatlarını yerinə yetirməyə imkan verən PGP (Pretty Good Privacy) proqramını yaratmışdır. Zimmerman Beynəlxalq Kriptoqrafik Araşdırmalar Assosiasiyasının (International Association of Cryptologic Research), Kompüter Assosiasiyasının (Association for Computing Machinery) və Proqramlaşdırma Azadlığı Liqasının (League for Programming Freedom) üzvüdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Filipp İohann Ferdinand Şur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. == Elmi işləri == Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. == Ədəbiyyat == Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Filipp İohann fon Stralenberq
Filipp İohann fon Stralenberq (1676–1747) — alman əsilli İsveç coğrafiyaşünası. O həmdə Orxon-Yenisey abidəsinin yazısını oxumuşdur. == Həyatı == Filipp İohann fon Stralenberq 1676-cı ildə Strasburq şəhərində anadan olmuşdur. 1709-cu ildə Poltava döyüşündə əsir düşən Strahlenberq 10 il Sibirə sürgün edilmişdir. Bu zaman Sibirdə yaşayan xalqların dillərini və yaşam tərzini öyrənir. 1726-cı ildə "Vorbericht eines zum Druck verfertigten Werkes von der Grossen Tatarey and den Koniqreiche Siberben" və 1730-cu ildə "Daş Nord und Ostliche Theil von Europa und Asia" adlı əsərləri çap olunub. Strahlenberq 2. 09. 1744-cü ildə Hollandiyada 71 yaşında vəfat etmişdir.
Filippe Kolombe
Filippe Kolombe (Paris – mart 1722, Günabad şəhristanı, Rəzəvi Xorasan ostanı) — fransız zabit. Daha çox Sultan Hüseyn dönəmində Səfəvi ordusunda artilleriya korpusuna komandanlıq etməsi ilə məşhurdur. == Həyatı == Dəqiq doğum tarixi bilinməməkdədir. Parisdə dünyaya gələn Flippe Kolombe Səfəvi ordusunda xidmət etməyə başlamamışdan əvvəl Rus çarlığı ordusunda xidmət etmişdir. Sultan Hüseynin (1694-1722) daxil olan Kolombe, tədricən imperiyanın artilleriya bölmələrinin komandanı postuna qədər yüksəlməyi bacarmışdır. Əfqan üsyançılarına qarşı baş vermiş Gülnabad döyüşündə o, rəsmi olaraq Əhməd xan adı və topçubaşı vəzifəsiylə iştirak etmişdir. Onun komandanlığı altında döyüşdə 24 top iştirak edirdi. Döyüş zamanı o və onun korpusu heç gözlənilmədən qorumasız buraxıldıqdan sonra birbaşa əfqanların hücumuna məruz qalmışdır. Hücum zamanı o və onun komandanlığı altındakı Səfəvi döyüşçüləri öldürülmüşdür. == Həmçinin bax == Robert Şirli == İstinadlar == == Mənbə == Fisher, William Bayne; Jackson, Peter; Lockhart, Lawrence, redaktorlarThe Safavid Period // The Cambridge History of Iran (Vol.
Filippe Kouassi
Filippe Kouassi (14 dekabr 1979) — Kot-d’İvuarlı oxatan. Filippe Kouassi Kot-d’İvuarnı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Filippe Kouassi birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Fransanın nümayəndəsi Qael Prevost ilə üz-üzə gəldi. Həmin görüşdə Filippe Kouassi rəqibinə 1:2 hesabı ilə uduzdu. Filippe Kouassi növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Fransanın nümayəndəsi Jean-Çarles Valladont ilə üz-üzə gəldi. Həmin görüşdə Filippe Kouassi rəqibinə 4:6 hesabı ilə uduzdu.
Filippe Sayve
Filippe Sayve (2 iyul 1971) — Belçikanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Filippe Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Filippe Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Filippe Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Filippin
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Filippin-Amerika müharibəsi
Filippin-Amerika müharibəsi (1899–1902) — Filippinli inqilabçıların ABŞ işğalından ölkəni azad etmək üçün apardığı müharibə. Müharibə 1899-cu ildə başladı və Filippinin Amerika hakimiyyətini qəbul etdiyi 1902-ci ilə kimi davam etdi. Hökumət qüvvələri ilə filippinli partizanlar arasında kiçik qarşıdurmalar 1913-cü ilə kimi davam etdi. Bəziləri müharibənin 1899-cu ildən 1902-ci ilə kimi davam etməsi fikrindədir, 1913-cü il isə müharibənin qeyri-rəsmi başa çatdığı il hesab olunur. Müharibə 1896–1898-ci illərdə baş vermiş Filippin antimüstəmləkə inqilabının davamı və ABŞ-nin Filippinin daxili işlərinə qarışmasının nəticəsi idi. == Müharibənin səbəbləri == 1896-cı ildə Filippin adalarında ispan müstəmləkəçiliyinə qarşı kütləvi üsyan baş verdi, lakin filippinli vətənpərvərlərə güclü ölkənin dəstəyi çatışmırdı. Belə bir güclü ölkə qismində ABŞ iştirak etdi. Amerika hökuməti filippinli üsyançılara Filippini müstəqil ölkə kimi tanıyacağına söz verdi. 1898-ci ildə İspaniyaya qarşı qalxan Kuba, Filippin və Puerto-Riko üsyançılarına dəstək bəhanəsi ilə Amerika İspaniyaya müharibə elan edərək İspan-ABŞ müharibəsini başlatdı. XVI əsrdən bəri bu ölkələri öz hakimiyyəti altında saxlayan İspaniya müharibədə məğlub oldu.
Filippin 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Filippin — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Filippin Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Filippin 2018 Qış Olimpiya Oyunlarında
Filippin 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Ölkə Qış Olimpiya oyunlarında artıq ikinci dəfədir ki, ardıcıl iştrirak edir. 2014-cu il Qış Olimpya oyunlarında ölkəni Maykl Kristian Martines təmsil etmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Malta «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Asa Martinesə məxsusdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.60 dəfə / 1 mln.
2002 •••••••••• 10.28
2003 ••••••• 7.48
2004 ••••••• 7.41
2005 ••••• 5.40
2006 ••••••• 6.76
2007 ••••• 5.07
2008 ••• 2.68
2009 ••••••••• 9.12
2010 ••••••••••••••• 15.70
2011 •••••••••••••••••••• 21.96
2012 •••••••••••••••• 17.12
2013 ••••••••••••• 13.57
2014 •••••••• 8.58
2015 ••••••••••• 11.57
2016 ••••••••••• 11.11
2017 ••••••••••••••••••• 20.49
2018 ••••••••••• 11.09
2019 •••••••• 8.48
2020 ••••••••••• 11.40

"filip" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#filip nədir? #filip sözünün mənası #filip nə deməkdir? #filip sözünün izahı #filip sözünün yazılışı #filip necə yazılır? #filip sözünün düzgün yazılışı #filip leksik mənası #filip sözünün sinonimi #filip sözünün yaxın mənalı sözlər #filip sözünün əks mənası #filip sözünün etimologiyası #filip sözünün orfoqrafiyası #filip rusca #filip inglisça #filip fransızca #filip sözünün istifadəsi #sözlük