fortepiano-orqan sözü azərbaycan dilində

fortepiano-orqan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fortepiano-orqan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fortepiano
Fortepiano (ing. fortepiano) — simli-klavişli musiqi aləti . Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə "forte" - möhkəm, piano isə "səssiz" deməkdir. == Tarixçə == Hələ qədim zamanlarda Yunanıstanda "monoxord" (yunanca "monos" – tək, "chorde" – sim) adlanan musiqi aləti mövcud olmuşdur. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonralar qutuya birləşdirilən simlərin sayı artdı (iki, üç, dörd və s.) alətdə simləri barmaqla dartaraq və ya xüsusi mizrabla (mediatorla) bəzən isə balaca çəkiclərlə simlərə vuraraq çalırdılar. Əsrlər ötdükcə bu alət təkmilləşmiş, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura – yəni bir neçə cərgədən ibarət klavişlər (latınca "clavis" – açar deməkdir) yerləşdirilmişdir. Ifaçı klavişlərə basdıqda metal lövhələr simlərə dəyərək səs yaradırdı. "Klavikord" (latınca "clavis" və yunanca "chorde" sözlərindən) adlanan bu alətin yaranması XII əsrə təsadüf edir.Sonralar tədricən təkmilləşən klavikorda bir neçə klaviatura birləşdirildi.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Orqan (biologiya)
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Orqan (dəqiqləşdirmə)
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. == Orqanlar sistemi == Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Orqan (musiqi)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. == Tarixi == Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
İnzibati orqan
İnzibati orqan — inzibati fəaliyyət həyata keçirən təsisat. Dövlət orqanı olması şərt deyildir: bələdiyyələr, vəkillər kollegiyası, Təhsil Nazirliyindən müstəqil olan univesitetlər, özəl universitetlər, ictimai xidməti inhisarçı qaydada həyata keçirən birliklər də inzibati orqan sayılır. Burada əsas meyarlardan birincisi həmin orqanın ictimai idarəetmə sahəsində fəaliyyət göstərməsi, ikincisi isə hakimiyyət səlahiyyətlərindən istifadə etməsidir. İstisna hallarda, fiziki şəxslər də inzibati orqan sayıla bilər: məsələn, müharibə zamanında kənddə bütün icra strukturları dağıdılıbsa, hərbi komandanlıq hansısa kənd sakininə müvəqqəti olaraq həmin kəndə idarəçilik səlahiyyətləri verə bilər. Həmin şəxs inzibati orqan sayılacaq və onun vəzifəsi ilə bağlı verdiyi qərar və hərəkətlərinə PUBLİK (ictimai) hüquq qaydaları tətbiq olunacaq. Əgər bir orqan inzibati orqandırsa, onun inzibati fəaliyyət ilə aldığı qərarlara və etdiyi hərəkətlərə inzibati hüquq qaydaları, ya da daha geniş mənada publik hüquq qaydaları tətbiq olunacaq.
Fortepiano bəstəkarlarının siyahısı
Aşağıda ən tanınmış fortepiano bəstəkarları yer alıblar. Siyahıda hansısa bəstəkarın adı buraxılmış ola bilər.
Azərbaycanda orqan transplantasiyası
Azərbaycanda orqan transplantasiyası — Azərbaycanda insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi. Azərbaycanda orqan transplantasiyası faktı ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılmışdır. Sonradan bu iş dayandırılmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə onlar transplantasiya ilə məşğul olmamışlar.Bu sahədə işlərin bərpası Azərbaycanın müstəqillikdən sonrakı dövrdə müşahidə olunmuşdur. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövrünə təsadüf edir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur. Azərbaycan orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.
Orqan (musiqi aləti)
Orqan (lat. organum; q.yun. ὄργανον - alət) — klavişli nəfəs aləti. Böyük konsert orqanları bütün digər musiqi alətlərindən daha böyükdür. Orqan dizaynı müxtəlif uzunluqlu və diametrli külək boruları, havanın vurulması üçün qurğu, klaviaturalı konsol və trakt üzərində qurulub. Orqanın səs orijinallığı hər bir alət üçün dəsti fərdi olan xüsusi tembrlərlə (“ registrlər ”) müəyyən edilir. == Tarixi == Orqan ən qədim musiqi alətlərindən biridir. Hugo Riman hesab edirdi ki, orqanın əcdadı qədim Babilə gedib çıxır (e.ə. 19-cu əsr): “Körük boru vasitəsilə şişirilmiş, əks ucunda isə, şübhəsiz ki, qamış və bir neçə deşik olan boruları olan bir gövdə var idi” . Orqan embrionunu Pan fleytası, Çin şeni və digər oxşar alətlərdə də görmək olar.
Azərbaycan Dövlət Fortepiano Triosu
Azərbaycan Dövlət Fortepiano Triosu Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir. == Fortepiano triosunun iştirakçıları == Töhfə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir. Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir. Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.

Oxşar sözlər

#fortepiano-orqan nədir? #fortepiano-orqan sözünün mənası #fortepiano-orqan nə deməkdir? #fortepiano-orqan sözünün izahı #fortepiano-orqan sözünün yazılışı #fortepiano-orqan necə yazılır? #fortepiano-orqan sözünün düzgün yazılışı #fortepiano-orqan leksik mənası #fortepiano-orqan sözünün sinonimi #fortepiano-orqan sözünün yaxın mənalı sözlər #fortepiano-orqan sözünün əks mənası #fortepiano-orqan sözünün etimologiyası #fortepiano-orqan sözünün orfoqrafiyası #fortepiano-orqan rusca #fortepiano-orqan inglisça #fortepiano-orqan fransızca #fortepiano-orqan sözünün istifadəsi #sözlük