fəhlə-gənclər sözü azərbaycan dilində

fəhlə-gənclər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəhlə-gənclər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənclər
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Fəhlə respublikası
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Fəhlə hərəkatı
Fəhlə hərəkatı, əməkçilik, əmək hərəkatı və ya leyborizm — əməyin əhəmiyyətinə və işçilərin hüquqlarına inam ətrafında cəmlənmiş siyasi ideologiya. İdeologiya XVIII əsrin sonu və XIX əsrin əvvəllərində sənaye inqilabının ağır iş şəraitinə cavab olaraq yaranmışdır. Fəhlə hərəkatı daha yaxşı əmək haqqı, daha təhlükəsiz iş şəraiti, təşkilatlanma və kollektiv sövdələşmə hüququnu müdafiə edərək işçilər üçün təqdim edilən şəraiti yaxşılaşdırmağa çalışır. Fəhlə hərəkatının əsas ideyası budur ki, işçilər cəmiyyətin dayağıdır, bu səbəbdən onların ehtiyac və maraqlarına üstünlük verilməlidir. Bu ideologiya bir çox ölkələrdə, xüsusən də işçi sinfinin maraqlarını təmsil etmək üçün 1900-cü ildə təsis edilmiş Leyboristlər Partiyasının qurulduğu Birləşmiş Krallıqda təsirli olmuşdur. Bir çox əmək müdafiəçiləri əsas sənaye sahələrinin milliləşdirilməsini və sərvətin işçilərin faydası üçün yenidən bölüşdürülməsini tələb etdiyi üçün leyborizm ənənəvi olaraq sosializmlə əlaqələndirilir.
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Gənclər qəsəbəsi
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Gənclər sədası
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet. "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi. İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir. 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi. Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.
Almaniya Fəhlə Partiyası
Almaniya fəhlə partiyası (alm. Deutsche Arbeiterpartei‎, DAP) — Almaniyada 1919-cu ildə yaranmış partiya. == Tarixi == Veymar konstitusiyası qəbul ediləndən sonra da Almaniyada inqilabi əhvali-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) adlandırdılar.
Bakı Fəhlə Konfransı
Bakı Fəhlə Konfransı (BFK) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək məqsədilə yaradılmış bolşevik təşkilatı. == Fəaliyyəti == 1918 il dekabrın 15-də fəaliyyətə başlamışdı. BFK-da fəhlə təşkilatları 251 nümayəndə ilə təmsil olunmuşdur. Səsvermə hüququna yalnız Bakı şəhərinin fəhlə və qulluqçuları malik idilər. Mərkəzi BFK-dan əlavə, Bakı rayon fəhlə konfransları da yaradılmışdı. BFK-nın "Bakı Fəhlə Konfransının Əxbarı" adlı qəzeti nəşr olunmuşdur. BFK öz fəaliyyətinə iqtisadi tələblərlə başlamışdı. Belə ki, BFK yanında yaradılmış tətil komitəsinin başlıca vəzifəsi öz rəhbərlikləri altında tətillər təşkil etmək idi. Eser və menşeviklərin redaktorluğu ilə tətil komitəsinin orqanı olan "Bakı tətil komitəsinin xəbərləri" qəzeti nəşr olunurdu. Cəmi üç nömrəsi işıq üzü görmüş qəzetin ilk nömrəsi 1918 il dekabrın 25-də çıxmışdır.
Fəhlə Dialoqu (1979)
Fəhlə Məişəti (1924)
Fəhlə Vüqarı (1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. == Mənası == İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. == Tarixi == "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Gənc fəhlə (jurnal)
"Sənətkar" jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik jurnalı == Tarixi == "Sənətkar" jurnalı XX əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. 1969-cu ildə fəaliyyətə başlamışdır. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. 10 illik fasilədən sonra jurnal Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşri bərpa olunmuşdur. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. == 40 illik yubileyi == 2010-cu il avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak etmişdirlər. Jurnalın redaksiyası 40 illik ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirmişdir. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur.
Kürd Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Kürdüstan Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Macar Fəhlə Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Müsəlman Fəhlə Konfransı
Müsəlman Fəhlə Konfransı — Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı. 1920-ci il aprelin 8-də "Türk ocağı"nın binasında keçirilmişdir. Konfransda hər 25 nəfərə bir mandat olmaqla, Mədən rayonunun bütün həmkarlar ittifaqlarının 700-ə yaxın nümayəndəsi iştirak etmişdir. Mərkəzi həmkarlar ittifaqının sədri Cavad bəy Məlik-Yeqanov konfransın açılışındakı çıxışında müsəlman fəhlələrin maraqlarını müdafiə edə biləcək, xalqların öz müqəddəratını təyin etmək və Azərbaycan Cümhuriyyətinin müstəqilliyi prinsiplərinə cavab verə biləcək ali fəhlə orqanının yaradılmasının zəruriliyini vurğulamışdır. Hökumət adından daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli və Məhəmməd Əmin Rəsulzadə cari vəziyyətə dair məruzə etmişdilər. Ş.Rüstəmbəyli hökumətin fəhlə və kəndlilərə dair tədbirlərindən ətraflı bəhs etmiş, Azərbaycan zəhmətkeşlərini həmrəyliyə və hökuməti dəstəkləməyə çağırmışdır. Məhəmməd Əmin Rəsulzadə konfrans iştirakçılarına baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Piri Mürsəlzadə mərkəzi fəhlə orqanının, həmkarlar ittifaqları şurasının vəzifələri haqqında məruzə etmişdir. Şura kooptasiya hüququ ilə 15 şəxsdən ibarət olub, 5 komissiyaya (təşkilat, barışdırıcı, mədəni-maarif, sanitar-gigiyena və tətil komissiyaları) bölünürdü. Sonra şuraya seçkilər keçirilmişdir.
Mərkəzi Fəhlə Klubu
Mərkəzi Fəhlə klubu — Bakı şəhəri və onun rayonlarına xidmət edən fəhlə klubu. 1918-ci il mayın 31-də açılmışdı. Klubun yaradılması ilə bağlı təşkilat işləri Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin üzvü R.M.Okinşeviçin başçılıq etdiyi həmkarlar ittifaqları komissiyası tərəfindən həyata keçirilmişdir. Klubun rayon şöbələri və müxtəlif bilik sahələri üzrə bölmələri var idi. Bütün həmkarlar ittifaqları klubun saxlanılması üçün xüsusi vəsait ayırırdılar. Klub fəhlələr, şəhər əhalisi arasında geniş siyasi maarifləndirmə işi aparırdı. 1919-cu ildə klubun idarə heyəti, bütünlüklə, bolşeviklərdən ibarət idi. Bolşeviklərin rəsmi partiya iclasları Mərkəzi Fəhlə Klubunun binasında keçirilirdi. Bolşevik hərəkatının qərargahına çevrilən fəhlə klubllarından milli dövlətçilik əleyhinə istifadə edilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətini müvafiq tədbirlər görməyə vadar etdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri 1919-cu ilin dekabrın 9-da Bakıda fəaliyyət göstərən bütün fəhlə klublarının bağlanması haqqında sərəncam verdi.
Norveç Fəhlə Partiyası
Norveç Fəhlə Partiyası — Norveçdə siyasi partiya. 1887-ci ildə yaranıb. Üzvlərinin sayı - 160 min. Hakimiyyətdə olduğu illər: 1935-1940, 1945-1965, 1971-1981; 1986-1989. 1992 - indiyə kimi. Sosial Demokratiya nədir?
Fəhlə Qardaşlığı Partiyası
Fəhlə Qardaşlığı Partiyası (türk. İşçi Kardeşliği Partisi, İKP) — Türkiyədə demokratik sosialist siyasi partiya. Fəhlə Qardaşlığı Partiyası 2006-cı ilin iyununda təsis edilmiş və 2010-cu ilin martında adını "Türkiyə Birləşmiş Fəhlə Partiyası" (türk. Türkiye Birleşik İşçi Partisi, TBİP) olaraq dəyişmişdir. Sədri Mehmet Şadi Ozansüdür.
Gənclər Festivalı (1969)
Gənclər Günü (Azərbaycan)
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Oxşar sözlər

#fəhlə-gənclər nədir? #fəhlə-gənclər sözünün mənası #fəhlə-gənclər nə deməkdir? #fəhlə-gənclər sözünün izahı #fəhlə-gənclər sözünün yazılışı #fəhlə-gənclər necə yazılır? #fəhlə-gənclər sözünün düzgün yazılışı #fəhlə-gənclər leksik mənası #fəhlə-gənclər sözünün sinonimi #fəhlə-gənclər sözünün yaxın mənalı sözlər #fəhlə-gənclər sözünün əks mənası #fəhlə-gənclər sözünün etimologiyası #fəhlə-gənclər sözünün orfoqrafiyası #fəhlə-gənclər rusca #fəhlə-gənclər inglisça #fəhlə-gənclər fransızca #fəhlə-gənclər sözünün istifadəsi #sözlük