general-admiral sözü azərbaycan dilində

general-admiral

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • general-admiral • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Admiral
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur). XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Admiral (film, 2008)
Admiral — türk əsilli rus admiralı Aleksandr Kolçakın həyatından bəhs edən Rusiya filmi.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Osman Paşa (admiral)
Osman Paşa (türk. Patrona Osman Paşa d. 1792, Rize - ö. 1860) — Türk admiral. Sinop döyüşündə Osmanlı donanmasının komandanı. Misir hərbi-dəniz məktəbinin yetirməsidir. 1825 - 1830-cu illərdə Misir Donanmasında gəmi rəisi vəzifəsini icra etmişdir. Sonradan İstanbula gələrək və Osmanlı Donanmasında xidmətə başlamışdır. Krım müharibəsi başlayanda 12 gəmidən ibarət Qara Dəniz Donanması təşkil edildi. İnceburun ilə Amasra məntəqələri arasında keşik çəkən bu donanmanın komandiri təyin edildi.
Rafiq Əsgərov (admiral)
Rafiq Əsgərov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini ilk icra edən şəxs (1991-1993). Rafiq Əsgərov 1949-cu ildə Bakıda anadan olub. Orta təhsilini bitirdikdən sonra Ali Dənizçilik Akademiyasında təhsil almışdır. Rafiq Əsgərov 1993-cü ildə müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunmuşdur. O, 1993-cü il ilə qədər idarə etdiyi müddətdə Hərbi Dəniz qüvvələrinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Xüsusilə 1992-ci ildə keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsində yaxından iştirak etmişdir. 1993-cü ildə onu vəzifədə Fuad Yusifov əvəz etmişdir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
General-Qubernatorluq
General-Qubernatorluq (alm. Generalgouvernement‎; pol. Generalne Gubernatorstwo) — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
Elxan Həsənov (general)
Elxan Həsənov (1959, İrəvan) — Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru. == Həyatı == Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə SSRİ Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə Azərbaycan SSR Daxili İşlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Sonralar o, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı "İgidliyə görə" medalı ilə, 29 iyun 2018-ci il tarixli 263 nğmrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 363 nömrəli Sərəncamı ilə ona polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (9 dekabr 1961, Lənkəran – 15 may 2002, Gədəbəy)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi "Qırmızı Ulduz" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
General-feldmarşal (Rusiya)
General-feldmarşal — XVII—XVIII əsrdən—1917-ci ilədək Rusiya ordusunda ali hərbi rütbə.

Oxşar sözlər

#general-admiral nədir? #general-admiral sözünün mənası #general-admiral nə deməkdir? #general-admiral sözünün izahı #general-admiral sözünün yazılışı #general-admiral necə yazılır? #general-admiral sözünün düzgün yazılışı #general-admiral leksik mənası #general-admiral sözünün sinonimi #general-admiral sözünün yaxın mənalı sözlər #general-admiral sözünün əks mənası #general-admiral sözünün etimologiyası #general-admiral sözünün orfoqrafiyası #general-admiral rusca #general-admiral inglisça #general-admiral fransızca #general-admiral sözünün istifadəsi #sözlük