general-prokuror sözü azərbaycan dilində

general-prokuror

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • general-prokuror • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Prokuror
Prokuror ― cinayət prosesində ittiham orqanı kimi ədalətə xidmət edən şəxs. Prokurorluq cinayət prosesində cinayət işinin açılması vəzifəsini yerinə yetirərək dövlət adından cinayət işi açan orqandır. Bu idarədəki vəzifəli şəxsə prokuror adı verilir. Bundan əlavə, qısaldılmış şəkildə prokuror cinayət işinin ona çatmasından sonra dövlət adından tədqiqat və təhqiqat fəaliyyətini həyata keçirməyə, ictimai iddianın verilməsini tələb edən şərtlər yarandıqda iddia qaldırmağa və icraatına borclu olan, məhkəmələrin çıxardığı qərarları yerinə yetirmək və qanunla ona həvalə edilmiş digər vəzifələri yerinə yetirməli olan və məhkəmə orqanının üzvü hesab olunan dövlətin təyin etdiyi vəzifəli şəxs kimi müəyyən edilə bilər. == Etimologiyası == Sözün kök mənası: qanun irəli sürməklə müdafiə olunan ideya, iddia, dava, tezis, əməlin cinayət olub-olmamasının qanun baxımından müəyyən edilməsi və cinayətin qanuna uyğun olaraq müəyyən edilməsi ilə əlaqədar qanunun müddəalarına müvafiq olaraq ittiham aktının hazırlanmasından məsul olan hüquq məmuru kimi müəyyən edilir. Onun qədim türk dilindəki qarşılığı "müddeiumumi"dir. Ərəbcə muddaˁī (iddia etmək, dava etmək) və umumī (ictimai) sözlərinin birləşməsindən əmələ gələn və "camaat adından məhkəməyə vermək" mənasını verən bu söz, 1870-ci il tarixli "Mehakim Nizamnaməsi" ilə fransızca prosécuteur publique sözünün qarşılığı olaraq türk qanunlarına daxil olmuşdur. Respublika dövründə də uzun müddət qeyri-rəsmi olaraq istifadə olunmuşdur. == Prokurorluğun strukturu və xüsusiyyətləri == Prokurorluq inzibati struktura malik olduğundan onun tənzimlənməsində iyerarxiya mövcuddur. Tabelikdə olanlar təşkilat daxilindəki rəhbərlərindən əmrlər alırlar.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Hüseyn Hüseynov (prokuror)
Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası – 19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı. == Həyatı == Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Marksizm və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-cü ildə hərbi vəzifəsini yerinə yetirmişdir. == Fəaliyyəti == Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokurorluq müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatını alır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və ərazi prokurorluğuna təyin edilmişdir.
Məmməd Əliyev (prokuror)
Yusif Ağayev (prokuror)
Yusif Şükür oğlu Ağayev (1963, Bakı) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003) vəzifələrində çalışmışdır. == Erkən illəri == Yusif Şükür oğlu Ağayev 1963-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakıda anadan olmuşdur. O, əslən Füzuli rayonundandır. Ağayev 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, 1985–1987-ci illərdə Qazaxıstanın Quryev vilayətində vəkil, 1987–1991-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləmişdir. == Birinci Qarabağ müharibəsi == Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev xaricdəki bütün azərbaycanlı əsgər və zabitləri Azərbaycana qayıtmağa çağırmışdır. Ağayev də Azərbaycana qayıtmış, 1991-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi təyin edilmişdir. Rzayevin qərargahı 1991-ci ilin payızına qədər Xankəndində, 1992-ci ilin mayına qədər Şuşada olmuş və nəhayət Ağdama köçürülmüşdür. O, erməni silahlı birləşmələri ilə yanaşı, azərbaycanlı fərarilərlə məşğul olurdu.
Şirxan Adıgözəlov (prokuror)
Rövşən Əliyev (prokuror)
Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa – 12 mart 2002, Bakı) — kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993). "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. == Həyatı == 1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlmişdir. O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru idi (1992–1993). R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Rövşən Əliyev 2002-ci il 13 martda Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir və Bakıda dəfn edilmişdir.
Rövşən Muradov (prokuror)
Muradov Rövşən Təyyar oğlu (22 mart 1949, Canhəsən, DQMV – 15 avqust 1988, Qazax rayonu) — Şuşa prokuroru (1988). == Həyatı == Rövşən Muradov 22 mart 1949-cu ildə Xankəndi rayonunun Canhəsən kəndində anadan olmuşdur. Kosalar kəndi 8 illik orta məktəbi bitirmişdir. Məktəbdə bütün sahələr üzrə nümunəvi şagird olmuş, məktəb tədbirlərində və ictimai işlərdə fəal iştirak etmişdir. 1964-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuşdur. 1968-ci ildə yüksək göstərici ilə oranı bitirmişdir. Cəmilli kənd məktəbinə təyinat almış, bir neçə il orada işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Universitetdə təhsilini bitirdikdən sonra bir müddət Xankəndində müstəntiq vəzifəsində çalışmışdır. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağı işğal etmək iddiaları qızışdığı dönəmdə Şuşaya prokuror təyin edilmişdir, amma icra aparatı ilə aralarında olan narazıçılıq səbəbi ilə iş yeri dəyişdirilmiş və o, Qazaxa təyinat almışdır. 1988-ci il avqustun 15-i səhər saat 6-da evdən çıxaraq Qazaxa yola düşmüş, Qazaxa çata-çatda qəzaya uğrayaraq dünyasını dəyişmişdir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
General-Qubernatorluq
General-Qubernatorluq (alm. Generalgouvernement‎; pol. Generalne Gubernatorstwo) — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
General motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
Murad Babayev (baş prokuror)
Prokuror oğlu (film, 1968)
Prokuror oğlu və ya Dünya (hind: Duniya) — 1968-ci ildə K. A. Narayan tərəfindən ssenarisi yazılmış və rejissor T. Prakash Rao tərəfindən çəkilmiş hind dilində romantik triller filmidir. Filmdə baş rollarda Dev Anand, Vyjayanthimala, digər rollarda isə ansambl heyəti kimi Balraj Sahni, Johnny Walker, Lalita Pawar, Prem Chopra, Sulochana Latkar, Madan Puri, Nana Palsikar, Achala Sachdev, Laxmi Chhaya, Jagdish Raj, Tun Tun, Brahm Bhardw və Pakistanlı aktyor Suctor çəkilmişdirlər. Film Amarjeet tərəfindən istehsal edilmişdir. Filmin partiturasını Shankar Jaikishan dueti bəstələyib, sözlərini Hasrat Jaipuri, S. H. Bihari və Gopaldas Neeraj yazıb, Awdhut tərəfindən aranjıman edilmiş və Faredoon A. Irani tərəfindən lentə alınmışdır. Filmin süjet xətti üç dost (Amarnath, Gopal və onun bacısı Mala) ətrafında cərəyan edir, onların həyatda problemlər ilə necə qarşılaşdıqlarını və süjetin qalan hissəsində həmin problemlərdən necə xilas olduqlarını göstərir. == Süjet xətti == Film üç dost olan Amarnat, Qopal və onun bacısı Maladan bəhs edir. Mala və Qopalın anası dul qadın olduğundan və hər iki uşağa eyni zamanda baxa bilmədiyi üçün o, Bombeydə yaşayan əmisi oğlu Şobha R. Şarmanı Malanı övladlığa götürməyə icazə verir. Qopal xırda oğurluqlarına görə həmişə kəndlilərlə problem yaşayır və Malanın getdiyini biləndə o da evdən qaçır. İllər sonra onların hər üçü də böyüyür. Malanın anası vəfat etmiş, o, bibisi və əmisi, dövlət prokuroru olan Ramnath Sharma ilə birlikdə yaşamağa davam edir; Amarnath indi Baş Vəkil Mehta ilə işləyən Vəkildir və Malaya aşiqdir, lakin onun uşaqlıq dostu olduğunu bilmir; Qopal, Mədrəsdəki Puona həbsxanasında olarkən Heydərabaddakı polis onu dindirmək istəyir.
Kərim Kərimov (general)
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri. Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır. == Həyatı == Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ata və ana babası qədim Şamaxı şəhərindəndir. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z. Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir.
Mehman Baxışov (general)
Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013). == Həyatı == Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir. 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Məhərrəm Əliyev (general)
Məhərrəm Abış oğlu Əliyev (20 oktyabr 1951, Maxta, Noraşen rayonu) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
Namiq Abbasov (general)
Namiq Abbasov (22 fevral 1940, Ordubad – 27 mart 2024) — Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri (1995–2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004–2012), general-polkovnik (2002). == Həyatı == Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 2 övladı var. Namiq Abbasov 84 yaşında 27 mart 2024-cü ildə vəfat edib, Nardəran kənd qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == 1962–1976-cı illərdə "Abşeron" qəzetində şöbə müdiri, məsul katib, direktor müavini və sonra direktor vəzifələrində çalışmışdır. 1970-ci ildən partiya işinə keçmiş, Abşeron Rayon Partiya Komitəsində şöbə müdiri, sonra isə ikinci katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbininin ikiillik rəhbər heyət hazırlığı kursunu bitirmişdir. 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsinin (əks-kəşfiyyat) rəis müavini vəzifəsində, 1982–1984-cü illərdə həmin 2-ci şöbənin rəisi vəzifəsində, 1984–1986-cı illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin kadrlar üzrə müavini — kardlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Oxşar sözlər

#general-prokuror nədir? #general-prokuror sözünün mənası #general-prokuror nə deməkdir? #general-prokuror sözünün izahı #general-prokuror sözünün yazılışı #general-prokuror necə yazılır? #general-prokuror sözünün düzgün yazılışı #general-prokuror leksik mənası #general-prokuror sözünün sinonimi #general-prokuror sözünün yaxın mənalı sözlər #general-prokuror sözünün əks mənası #general-prokuror sözünün etimologiyası #general-prokuror sözünün orfoqrafiyası #general-prokuror rusca #general-prokuror inglisça #general-prokuror fransızca #general-prokuror sözünün istifadəsi #sözlük