* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx. 2. Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik. – Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn bu sözü… M.Müşfiq. Qarşısında ucsuzbucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. [Ümid] hökumət evinin qabağındakı … geniş meydanla Xəzərin sahilinə gəldi. B.Bayramov. // Məc. mənada. Kasıbın qapısı da ürəyi kimi geniş olardı. H.Sarabski. // məc. Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş üfüq. – Görürsən, bu geniş, bu böyük dünya; Hələ çoxlarının başına dardır. N.Rəfibəyli. 3. Böyük, iri (addım haqqında). [Oğlan] geniş addımlarla təpəyə çıxdı. H.Nəzərli. Aydın geniş addımlarla səhiyyə məntəqəsində gəzişir, … öz gələcək planlarını düşünüb nizama salmaq istəyirdi. H.Seyidbəyli. 4. məc. Miqyası, qavrama dairəsi, ölçüsü böyük. Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar. 5. məc. Hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası. Elmi şuranın geniş iclası. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. // Hamı üçün, çoxları üçün olan. Geniş istehlak malları. 6. məc. Azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. Geniş həyat. 7. məc. Dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü geniş mənada başa düşmək lazımdır. geniş-geniş 1) zərf Geniş, geniş surətdə. Kərim baba iri sallaq dodaqlarını genişgeniş açaraq gözlərini daha da qıydı. A.Şaiq; 2) sif. Geniş (çoxluq bildirir). Geniş-geniş tarlalar. Geniş-geniş meydanlar. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / geniş1 Gediş, eniş tipli kəlmələrin qəlibi üzrə əmələ gəlib. Sözün əsli gen-i-ş (genimək feili ilə bağlıdır) olub, sonra -i şəkilçisinin biri reduksiyaya uğrayıb, sıradan çıxıb və söz gen-i-ş şəklini alıb. Yəni geniş sözü birbaşa gen sifətindən yox, geni feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / geniş2 1. GENİŞ [Kamil] enli və geniş bir küçəyə çatanda böyük evlərin birində bir neçə pəncərədən işıq gəldiyini gördü (Y.Şirvan); ENLİ Hafizəsində isə böyük enli bir küçə kimi yaşayırdı (M.İbrahimov); GEN Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi mehmanxananın dalına (C.Cabbarlı). 2. geniş bax ucsuz-bucaqsız
Azərbaycan dilinin sinonimlər lüğəti / geniş1 GENİŞ – YIĞCAM Elmin meydanı geniş, mənzili uzaqdır (İ.Şıxlı); Üslubun ən yığcam forması şeirdir (“Azərbaycan”).
Azərbaycan dilinin antonimlər lüğəti / geniş1 1. широкий, обширный, просторный, свободный, вместительный, размашистый; 2. широко, размашисто;
Azərbaycanca-rusca lüğət / geniş2 I прил. 1. широкий: 1) имеющий большую протяженность в поперечнике. Geniş küçələr широкие улицы, geniş dəhliz широкий коридор, geniş ekran широкий экран 2) занимающий большое пространство, обширный. Geniş düzənlər широкие просторы, geniş vadi широкая долина 3) большой по охвату, размаху. Geniş quruculuq planları широкие планы созидания, geniş mənada в широком смысле, geniş təsvirini vermək nəyin дать широкое изображение чего, geniş ifadəsini tapmaq nədə находить широкое выражение в чём, filmlərin geniş nümayişi широкая демонстрация фильмов, geniş müzakirə широкое обсуждение, geniş dairələr широкие круги, geniş təsəvvür широкое представление, geniş məlumat широкая информация, geniş miqyasda в широком масштабе, geniş yaradıcılıq imkanları широкие творческие возможности, geniş proqram широкая программа 4) сопровождающийся широким, сильным движением. Geniş addımlarla широкими шагами 5) распространяющийся на всё, многое или на всех. Geniş xalq kütlələri широкие народные массы 2. просторный. Geniş otaq просторная комната, geniş salon просторный зал II нареч. широко. Gözlərini geniş açmaq широко раскрыть глаза, geniş tətbiq etmək широко применять, geniş əks etdirmək широко отображать, geniş yaymaq широко распространять, geniş istifadə etmək широко использовать, geniş təbliğ etmək широко пропагандировать, geniş öyrənilir широко изучается; geniş baxmaq nəyə широко смотреть на что; geniş imkanlar açmaq открывать широкие возможности; geniş yer verilir nəyə отводится широкое место чему
Azərbaycanca-rusca lüğət / geniş1 I. s. wide, broad, large; spacious, vast; extensive; ~ qapı wide door; ~ yol wide road; ~ ekran broad screen; ~ dünyagörüşü broad outlook; ~ mənada in the broad sense; ~ kütlələr the broad / vast masses; ~ plan extensive plan; ~ tikinti wide-scale construction; ~ miqyasda on a large scale; elmi nailiyyətlərin ~ tətbiqi wide / spread adoption of scientific advances; ~ ailə a large family; ~ ürək məc. large heart; ~ ərazi / məkan vast space; ~ tanışlıq extensive acquaintance; ~ ədəbiyyat voluminous literature; ~ zal spacious hall II. z. wide, widely; həm də məc. broadly; ~ açmaq to open wide; gözlərini ~ açmaq to open one’s eyes wide; Qapılar geniş açılmışdı The doors stood wide open; ~ tanınmış widely-known
Azərbaycanca-ingiliscə lüğət / geniş1 sif. large, évasé, -e, vaste, ample ; ~ ekran écran m panoramique ; ~ dünyagörüşü esprit m large ; ~ miqyasda sur une grande échelle ; gözlərini ~ açmaq écarquiller les yeux ; ouvrir les yeux tout grands
Azərbaycanca-fransızca lüğət / geniş1 прил. 1. гегьенш, гьяркьуьвал гзаф тир, генг; geniş eyvan гегьенш айван; // гьяркьуь (мес. ппел); шегьре (мес. рехъ); 2. гзаф чӀехи, гегьенш, ахъа, ачух (мес. чуьллер); // пер. и кьил, а кьил авачир, эхир авачир; 3. чӀехи, ири (ккамар); 4. пер. гегьенш, чӀехи, еке (мес. имканар); вири патал тир, гзафбур патал тир; гзафбуру иштиракзавай (мес. ижлас); 5. пер. азад, вич-вичин ихтиярда авай; 6. пер. дерин, асаслу, азаддиз, гьар патахъай, вири патарихъай.
Azərbaycanca-ləzgicə lüğəti / geniş