* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ital.] Orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Zənci gettosu.
Azərbaycan dilinin izahlı lüğəti / getto1 Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar. Xristianların çoxu yəhudilərə o qədər nifrət edirdi ki, onları seqreqasiya etməyi, yəni üzlərini görməmək üçün xüsusi ayrılmış bir yerə köçürülmələrini təklif edirdilər. Bəzi yerlərdə, həqiqətən də, belə etmişdilər; məsələn, venesiyalılar bu məqsədlə Getto adlanan ada seçmişdilər. Bu söz “dəmirçixana” kimi tərcümə olunur. Ola bilsin, həqiqətən də, vaxtilə həmin adada dəmirçixana yerləşirmiş. 1516-cı ildə bu ada yəhudi məhəlləsinə çevrildi. Hansısa səbəbdən Venesiyanın yəhudi məhəlləsi elə məşhurlaşdı ki, əvvəlcə İtaliyanın, sonralar isə bütüb şəhərlərin yəhudi məhəllələri getto adlandırılmağa başlandı; misal üçün, Romanın da, Almaniyada Frankfurt şəhərinin də öz gettosu var idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / getto1 сущ. гетто: 1. в средние века в Западной Европе: часть города, выделенная для изолированного проживания евреев. Yəhudi gettosu еврейское гетто (также: в Европе при фашизме) 2. о районе города, в котором живут представители дискриминируемых расовых или религиозных групп. Zənci gettosu негритянское гетто, katoliklər gettosu католическое гетто
Azərbaycanca-rusca lüğət / getto