Göydağ sözü azərbaycan dilində

Göydağ

Yazılış

  • Göydağ • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Göydağ
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Ramazan Göydağlı
Ramazan Əbülfət oğlu Göydağlı (4 fevral 1997; Kırna, Culfa rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açmışdır. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilmişdir. İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-cı ildə hərbi xidməti bitirmiş və bir sıra fərqli sahələrdə işləməyə başlamışdı. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanmışdır. == Hərbi xidməti == Neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olmuş, bununla da hərbi fəaliyyətinə yenidən başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabrdan iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramazan Göydağlı 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 1.27
2010 ••••• 0.27
2016 ••••••••• 0.52
2017 •••••• 0.33
2018 •••••••••• 0.60
2019 ••• 0.14

Oxşar sözlər

#göydağ nədir? #göydağ sözünün mənası #göydağ nə deməkdir? #göydağ sözünün izahı #göydağ sözünün yazılışı #göydağ necə yazılır? #göydağ sözünün düzgün yazılışı #göydağ leksik mənası #göydağ sözünün sinonimi #göydağ sözünün yaxın mənalı sözlər #göydağ sözünün əks mənası #göydağ sözünün etimologiyası #göydağ sözünün orfoqrafiyası #göydağ rusca #göydağ inglisça #göydağ fransızca #göydağ sözünün istifadəsi #sözlük