* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. – Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”. 2. fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi. – Milyon il, milyard il bir yol, bir cığır; Nə geriyə dönür; nə sona çıxır; Hərəkət əbədi; Sürət əbədi. M.Araz. 3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş. “Yaşasın!” bağırtısı; Qopunca hər bir yandan; Hərəkət əmri verdi; Lələkli baş komandan. Ə.Cavad. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim. S.Hüseyn. □ Hərəkət etmək – 1) yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir. – Bağdaddan hərəkət etdiyiniz zaman Həmədana getməyin məsləhət deyil, şəhərin iki fərsəngliyində olan Köşki-baği-müəzzəmdə qalmalısan. M.S.Ordubadi; 2) getməyə başlamaq, yerimək, yerindən tərpənmək. …Ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymur heyvan hərəkət eləsin. C.Məmmədquluzadə. İrəli hərəkət etmək mümkün deyildi. M.S.Ordubadi. // Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli. // Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır. – Çoxaldı get-gedə, artdı hərəkət; Artıq keçinmişdi gecənin qəlbi. S.Vurğun. Yürüşçülərin keçəcəkləri küçələrdə hərəkət dayandırılmışdı. H.Seyidbəyli. □ Hərəkət etmək (eləmək) – getmək, gəlmək, gedibgəlmək. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov. 4. İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət. – [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. Teymur Cahangirovun hərəkətlərindəki məntiqsizliyi qabarıq surətdə təhlil edib dedi. H.Seyidbəyli. 5. hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi. 6. məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. İşdə irəliyə doğru böyük hərəkət var. – Min gecəni neylirəm; Mənə hərəkət dolu; Min səsli, min duyğulu; Təkcə bir gündüz verin! B.Vahabzadə. 7. Hərəkətlə şəklində zərf – hərəkət edərək. Qaraş qəti hərəkətlə ayağa durdu. M.İbrahimov. Süsən birdən ayaq saxlayıb, sərt bir hərəkətlə üzünü Rəşidə sarı çevirdi. M.Hüseyn. ◊ Hərəkət etmək məc. – davranmaq. Hatəm xanın ortancıl oğlu Aqil də böyük qardaşı Adil kimi hərəkət edirdi. S.Rəhimov. Necə hərəkət edəcəyini ürəyində ölçübbiçən Baxış bəy ata bir şallaq vurdu. Ə.Abasov. Hərəkət ordusu – ordunun, müharibə vaxtı cəbhədə vuruşan hissəsi. Hərəkətdən düşmək – daha hərəkət edə bilməmək, işdən qalmaq, hərəkət etmək qabiliyyətini itirmək. Əlləri hərəkətdən düşmək. – [Sürəyya] hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Ə.Məmmədxanlı. Hərəkətə gəlmək – müəyyən iş görmək, fəaliyyətə başlamaq, fəaliyyət göstərmək, ayağa qalxmaq. Oğruları tutmaq üçün inzibati orqanlar hərəkətə gəldilər. – Bütün kənd hərəkətə gəldi. Ə.Məmmədxanlı. Avtomobil müfəttişliyi hərəkətə gəldi. H.Seyidbəyli. Hərəkətə gətirmək – 1) işlətmək, idarə etmək, işə salmaq. Ekskavatoru hərəkətə gətirməyi öyrənmək. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq; 2) dilə tutaraq, yaxud başa salaraq birinə bir işi gördürmək, şövqləndirmək. Uşaqları hərəkətə gətirmək. – [Nəcəf:] Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat” ın adını batırmazlar. Sən qocaları hərəkətə gətir. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / hərəkət2 ə. 1) getmə, yola düşmə; 2) iş, əməl. Hərəkəti-ərz zəlzələ.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hərəkət3 Matriyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / hərəkət1 Ərəbcədədir,təhrik və mühərrik kimi sözlərlə kökdaşdır.Kök samitlər h,r,k səsləridir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / hərəkət1 1. движение, передвижение, сдвиг, ход, ходьба; 2. действие, деяние; 3. поступок, выходка, акт, ухватки, жест; 4. оживление;
Azərbaycanca-rusca lüğət / hərəkət2 I сущ. 1. движение: 1) изменение положения предмета или его частей, перемещение. Planetlərin hərəkəti движение планет, havanın hərəkəti движение воздуха, cismin hərəkəti движение тела, ritmik hərəkət ритмическое движение, dairəvi hərəkət вращательное движение; qövsvari hərəkət движение дугой, yayındırıcı hərəkət отвлекающее движение 2) действие, работа какого-л. механизма. Dəyirman çarxının hərəkəti движение мельничного колеса 3) филос. способ существования материи, непрерывный процесс изменения и развития материального мира. Hərəkətsiz materiya yoxdur без движения нет материи 4) перемещение в пространстве в каком-л. направлении; передвижение. Buzların hərəkəti движение льдов, paroxodun hərəkəti движение парохода 5) действие того или иного вида транспорта. Maşınların hərəkət sürəti скорость движения машин, ж.-д. qatarların hərəkət cədvəli расписание движения поездов, hərəkət şöbəsi отдел движения 6) езда и ходьба в разных направлениях – на улицах, дорогах. Küçə hərəkəti qaydaları правила уличного движения, hərəkətin təhlükəsizliyi безопасность движения 7) изменение положения тела или его частей; телодвижение, жест. Əllərin hərəkəti движение рук, başının hərəkəti ilə движением головы 8) развитие действия в литературном произведении, направленность, оживленность его. Pyesdə hərəkət azdır в пьесе мало движения 9) количественное и качественное изменение; рост, развитие, сдвиг. İşdə irəliyə doğru böyük hərəkət var в работе имеется большое движение вперед 2. поступок (совершаемое кем-л. действие). Qəhrəmancasına hərəkət героический поступок, cəmiyyətəzidd hərəkət антиобщественный поступок, nalayiq hərəkət непристойный (недостойный) поступок, yersiz hərəkət неуместный поступок 3. воен. действие (военные операции). Düşmənin hərəkətini dayandırmaq приостановить действие врага, hərəkət planı план действий 4. упражнение (занятие, выполняемое тем, кто учится чему-л., совершенствует свои навыки в чем-л.). Hərbitətbiqi hərəkətlər военно-прикладные упражнения, спорт. sərbəst hərəkətlər вольные упражнения, gimnastika hərəkətləri гимнастические упражнения, turnikdə hərəkətlər упражнения на турнике II прил. 1. двигательный. Hərəkət vərdişləri двигательные навыки, hərəkət reaksiyası двигательная реакция, hərəkət aparatı двигательный аппарат 2. движущий. Hərəkət qüvvəsi (hərəkətverici qüvvə) движущая сила 3. движущийся. эл.-тех. Hərəkət momenti движущийся момент 4. рабочий (связанный с полезной работой механизма). Hərəkət mexanizmi рабочий механизм 5. ходовой: 1) связанный с движением, перемещением, относящийся к ходу. Gəminin hərəkət (işləmə) sınaqları ходовые испытания судна 2) связанный с действием какого-л. механизма. тех. Hərəkət avadanlığı ходовое оборудование; hərəkət etmək: 1) двигаться, перемещаться. Kimsə bizə tərəf hərəkət edir кто-то двигается в нашем направлении 2) поступать, поступить (совершить какой-н. поступок). Siz düz hərəkət etdiniz вы поступили правильно, öz bildiyi kimi hərəkət etmək поступить по своему усмотрению, самостоятельно 3) действовать (совершать действия). Dolayı yollarla hərəkət etmək действовать окольными путями, qəti hərəkət etmək действовать решительно; hərəkətdən düşmək не двигаться, не действовать, обессилеть. Əlləri hərəkətdən düşüb руки не действуют; ayaqları hərəkətdən düşüb ноги не двигаются; hərəkətə gəlmək приходить, прийти в движение. Bütün kənd hərəkətə gəldi все село пришло в движение; hərəkətə gətirmək приводить, привести в движение, в действие: 1. заставить машину, прибор, аппарат и т.п. совершить какое-л. движение, действие. Maşını hərəkətə gətirmək приводить в движение машину 2. уговорить, побудить действовать; расшевелить. Uşaqları hərəkətə gətirmək привести детей в движение
Azərbaycanca-rusca lüğət / hərəkət1 i. 1. motion, movement; irəli ~ forward movement; ~ə gətirmək to set* / to put* in motion (d.), to set* going (d.); ~ə başlamaq to begin* to move; (mexanizm haqda) to come* into operation / play; O, həmişə hərəkətdədir He / She is always on the go, He / She is always on the move; 2. traffic; küçə ~i street traffic; Hərəkət dayanıb The traffic has been suspended; 3. (təsir və s.) action, operation; ~ə gətirmək to put* in action (d.); to set* going (d.); 4. (fəaliyyət) activity; şüurlu ~ conscious activity
Azərbaycanca-ingiliscə lüğət / hərəkət1 is. 1) mouvement m ; marche f ; ~ etmək agir vi ; ~ ə gətirmək mettre en mouvement ; irəli ~ marche en avant ; 2) yol ~i trafic m, circulation f
Azərbaycanca-fransızca lüğət / hərəkət1 [ər.] сущ. гьерекат (1. юзун, чка дегишун; рекье гьатун, фин; hərəkət etmək гьерекат авун а) рекье гьатун, гьерекатдиз авалун, юза хьун; б) чкадилай юзун, физ авалун, фин; 2. фин-хтун, къекъуьн; hərəkət etmək (eləmək) гьерекат авун, фин-хтун; 3. кар, амал, рафтар; nalayiq hərəkət лайихсуз гьерекат; 4. воен. дяведин са везифа кьилиз акъудун патал тухудай кар; 5. кӀвалах (машиндин, механизмдин); 6. пер. кьадардиз ва еридиз дегишвал; вилик фин, ччан атун, кисир авун); ** hərəkət etmək пер. гьерекат авун, рафтар авун; hərəkət ordusu гьерекат ийидай шанил, кьушундин асас дяве тухузвай (кикӀизвай) пай; hərəkətdən düşmək гьерекатдай аватун, юзуриз хъхьун тавун (мес. гъил, кӀвач); hərəkətə gəlmək гьерекатдиз атун, кӀвалах тухуз авалун, кӀвачел къарагъун; hərəkətə gətirmək гьерекатдиз гъун а) идара авун, кӀвалахиз тун; б) мецив кьуна ва я гъавурда ттуна са кар ийиз тун, гьевесдиз гъун, гьерекат кутун.
Azərbaycanca-ləzgicə lüğəti / hərəkət