Helena sözü azərbaycan dilində

Helena

Yazılış

  • Helena • 97.1429%
  • helena • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Helena
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Helena Barlou
Helena Barlou (5 sentyabr 1998) - İngiltərə keçmiş uşaq aktrisası. == Həyatı və karyerası == Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi. 2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi. Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı. 2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.
Helena Moreno
Helena Moreno (d. 2 yanvar 2001) — Kosta-Rikalı üzgüçü. Helena Moreno Kosta-Rikanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Helena Moreno birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:03.58 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Helena Rubinşteyn
Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı. == Erkən həyatı == Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir." Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir. Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır.
Helena adası
Helena adası (ing. Helena Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Helena böyük Baterst adasının sahillərində yerləşən çoxsaylı adalardan biridir. Ada Baterst adasından 7 kilometr şimalda, Mey və Yanq körfəzlərin əmələ gətirdiyi yarımada ilə üzbəüz yerləşir. Kiçik Seymur adası adanın qərb sahilində yerləşir. Adanın sahəsi 326 km², sahil xəttinin uzunluğu 98 km-dir. Ada düzbucaq formalıdır, uzunluğu 39 km, eni 11 km-dir. Adanın cənub sahili sıldırım, şimal sahili daha düzdür. Hündürlük sahil zolağına qədər zərif şəkildə enir.
Helena Behler
Helena Behler ( Helena Behlerov 2 dekabr 1908, Lodz, Rusiya İmperiyası - 18 sentyabr 1995, Varşava, Polşa) - uşaq kitablarının, radio proqramlarının müəllifi, rus dilindən tərcüməçi. Lodzda müəllimlər seminarını, daha sonra Varşavada Azad Polşa Universitetini (1937-ci ildə polyak filologiyası üzrə ixtisaslaşaraq) bitirmişdir. İşğal zamanı o, gizli təlimlərdə çalışıb. . Helena Behler 1948-ci ildə uşaqlar üçün olan jurnalların səhifələrində debüt etdi. Yazıçı uşaq jurnallarının redaktoru, sonra isə Nasza Księgarnia ("Bizim Kitablar") nəşriyyatında uşaq kitablarının redaktoru olub. Yazıçının ilk kitabı - "Pişik kiçik heyvanları süd içməyə qonaq edib" - 1958-ci ildə çap olunub. Behlerin əsərləri rus, belarus, çex, xorvat, alman, ingilis və fransız dillərinə tərcümə olunub. == Mükafatları == 1975 - Nazirlər Soveti sədrinin uşaqlar üçün əməyə görə mükafatı. == Yaradıcılığı == 1958 — "Pişik kiçik heyvanları süd içməyə qonaq edib "1959 — "Qırmızı papaqlı qurbağalar haqqında" - uşaqlar üçün hekayə1959 — "Mənə evini göstər" - uşaqlar üçün nağıl1959 — "Qara süd axtaran pişik haqqında" - uşaqlar üçün hekayə1960 — "Yelləncəkdə ayı" - oyuncaq kitabı1960 — "Dərə zanbağında" - şeirlər toplusu1961 — "Sınıq güzgüdən dovşan" - uşaqlar üçün bir hekayə1962 — "Yaşıl kirpi" - şeirlər toplusu1966 — "Cənab Florianın yoncası" - uşaqlar üçün hekayə1967 — "Şabalıd altındakı ev") - dövrün birinci hissəsi, ikincisi - "Qızıl Qapıların arxasında"; hər ikisi Jan Marcin Schanzer tərəfindən illüstrasiyalarla buraxılmışdır.
Helena Bonem Karter
Helena Bonem Karter (ing. Helena Bonham Carter; 26 may 1966[…], İslinqton, London) — ingilis aktrisa. O, iki Akademiya mükafatı, dörd Britaniya Akademiyası Televiziya mükafatı, beş Emmi mükafatı və doqquz dəfə Qızıl qlobus mükafatına namizəd göstərilməsindən əlavə, Britaniya Akademiyası Film mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Bonem Karter "Mənzərəli otaq" (1985) və "Xanım Ceyn" (1986) filmləri ilə tanınıb. == Həyatı == Karter 26 may 1996-cı ildə Londonun İslinqton ərazisində anadan olmuşdur. Atası Reymond Bonhem Karter bank müdiri idi və 1960-cı illərdə Bank of England bankında müdir olaraq işləmişdir. Anası Elena italyan və yəhudi əsillidir. Karterin Eduard və Tomas adında iki qardaşı var. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin avqust ayında Karterin dörd qohumu Cənubi Afrikada safari avtobusu qəzasında öldü.Karter 1994-cü ildə film çəkilişində Kennet Branaq ilə tanış oldu. Cütlük 1995-ci ildə ailə həyatı qurub beş illik münasibətdən sonra 1999-cu ildə ayrıldı.
Ovçu qız (Helena Bertinelli)
Helena Bertinelli (ing. Helena Bertinelli) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Ageratina helenae
Ageratina helenae (lat. Ageratina helenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe helenae
Aloe helenae (lat. Aloe helenae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Bulbophyllum helenae
Bulbophyllum helenae (lat. Bulbophyllum helenae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Jurinea helenae
Jurinea helenae (lat. Jurinea helenae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Paphiopedilum helenae
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Paphiopedilum helenae f.
Paphiopedilum helenae f. aureum
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Paphiopedilum helenae f.
Crataegus helenae
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Rosa helenae
Rosa helenae (lat. Rosa helenae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çox enliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya ellipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm enində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıx tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yerləşmişdir, uzunsaplaqlıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2005 •••••••••••••• 0.67
2008 •••••••••• 0.49
2009 •••• 0.16
2010 •••••• 0.27
2011 ••••••• 0.34
2012 •••• 0.17
2013 ••• 0.15
2015 •••••••••••••••••••• 1.02
2016 •••• 0.17
2018 ••• 0.15

Oxşar sözlər

#helena nədir? #helena sözünün mənası #helena nə deməkdir? #helena sözünün izahı #helena sözünün yazılışı #helena necə yazılır? #helena sözünün düzgün yazılışı #helena leksik mənası #helena sözünün sinonimi #helena sözünün yaxın mənalı sözlər #helena sözünün əks mənası #helena sözünün etimologiyası #helena sözünün orfoqrafiyası #helena rusca #helena inglisça #helena fransızca #helena sözünün istifadəsi #sözlük