* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin. // Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. – Hər işıldayana qızıl deməzlər. (Ata. sözü). Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi… Çəmənzəminli. Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / işıldamaq2 1. İŞILDAMAQ, İŞARMAQ, İŞIQ VERMƏK 2. işıldamaq bax parlamaq
Azərbaycan dilinin sinonimlər lüğəti / işıldamaq1 İŞILDAMAQ – SÖNMƏK Elektrik lampaları axşamın dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı (Q.İlkin); Ağsaqqal kişi çubuğunu söndürdü (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / işıldamaq2 глаг. сиять, светиться, сверкать, блестеть (излучать, испускать яркий свет). Gözləri işıldayır глаза светятся, dişləri işıldayırdı зубы блестели, saçları işıldayırdı волосы блестели
Azərbaycanca-rusca lüğət / işıldamaq