* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Xəstəlik, azar. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani. Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil, professor, görünür, o qəndil ağaclarının özündə bir illət var. Ə.Məmmədxanlı. // Cismani nöqsan, qüsur. [Şeyx Mərvan:] İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. H.Cavid. 2. Bir şeyə səbəb olan hal, əsil səbəb. Ucuzdur, var illəti; Bahadır, var hikməti. (Ata. sözü). Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə, gərəkdir dürüst təhqiq və tədqiq oluna. F.Köçərli. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. S.S.Axundov. 3. Məqsəd, arzu, niyyət. Aşıq, nədir illətin? Ürəkdə var niyyətin; Məni heyran qoyubdur; Şirin sözün, söhbətin. (Bayatı). Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / illət2 ə. 1) xəstəlik, naxoşluq; 2) qüsur, əskiklik, nöqsan, əyər-əskik; 3) dəlil, əsas, sübut; 4) səbəb; 5) məqsəd, qayə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / illət1 Ərəbcə “xəstəlik” (kompleks) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / illət2 сущ. устар. 1. хворь, болезнь 2. порок (физический недостаток) 3. причина (обстоятельство, явление, обусловливающее другое явление) 4. желание, мечта
Azərbaycanca-rusca lüğət / illət1 is. arx. maladie f ; mal m ; affection f ; cause f ; raison f, motif m
Azərbaycanca-fransızca lüğət / illət1 [ər.] сущ. иллет (1. азар, хестевал, хенеквал; бедендин нукьсан, кимивал; 2. са затӀуниз себеб жедай гьал, асул себеб; 3. макьсад, мурад, ният).
Azərbaycanca-ləzgicə lüğəti / illətI (Quba) xəstəlik adı II (Salyan) məqsəd, fikir. – Sə:n nəsə başqa illətin var, özün dimirsən
Azərbaycan dilinin dialektoloji lüğəti.