* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] …Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca] ikiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Mir Cəlal. 2. Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. Arabanı dala itələmək. Stolları yana itələmək. – [Telli] bir hadisə üz verdiyi təqdirdə, bu saman torbasını irəliyə itələməklə müəllimin otağına yol açar, onu öz harayına çağıra bilərdi. S.Hüseyn. // Bir şeyi əli ilə və ya başqa bir şeylə özündən geriyə çəkmək, kənar etmək. Mollanın oğlu qızılı əli ilə itələyir. “Mol. Nəsr.”. Axund qəlyanı kənara itələyib dizi üstə qalxdı. Mir Cəlal. 3. Soxmaq, yeritmək, daxil etmək. Neştəri yaraya itələmək. 4. məc. Təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. Cinayətə itələmək.
Azərbaycan dilinin izahlı lüğəti / itələmək1 Kökü rusca “толкать” mənasını verən it feilidir. İtil söz də buradandır, qayıdış növdədir. -ələ şəkilçisi bir sıra feillərə qoşularaq hərəkətin intensivliyini bildirir: çapala, səpələ, itələ, eşələ və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / itələmək4 1. İTƏLƏMƏK [Ağca] ikiəlli Gəldiyevi itələdi.. (Mir Cəlal); TƏKANLAMAQ ..Bu onu, o bunu təkanlayır (C.Məmmədquluzadə). 2. itələmək bax soxmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / itələmək2 глаг. 1. толкать, толкнуть: 1) касаться, коснуться кого-л. коротким резким движением, толчком. Sinəsindən itələmək толкать в грудь, ayağı ilə itələmək толкать ногой, suya itələmək толкнуть в воду, bir-birini itələmək толкать друг друга 2) толчком заставлять идти куда-л. или двигать, перемещать в каком-л. направлении. Qapını itələmək толкнуть дверь, kənara itələmək толкнуть в сторону, qabağa itələmək толкать вперед, dala itələmək толкать назад 3) разг. перен. побуждать кого-л. к чему-л.. Ciyinayətə itələmək kimi толкать на преступление 4) спорт. держа на уровне плеч, кидать вперед с толчка (о ядре) 2. вталкивать, втолкнуть (толкнув, заставить войти куда-л., толчком вдвинуть куда-л.; itələyib çıxartmaq kimi, nəyi выталкивать, вытолкнуть кого, что; içəriyə (araya, ortaya) itələmək kimi, nəyi кого, что проталкивать, протолкнуть куда; geri itələmək отталкивать, оттолкнуть; qabağa itələmək kimi, nəyi подталкивать, подтолкнуть кого, что ◊ kimi itələyib yerində oturub вылитый кто, копия чья. Atasını itələyib yerində oturub он вылитый отец
Azərbaycanca-rusca lüğət / itələmək1 f. to push (d.); to shove (d.); (bilmədən) to jog (d.); to give* a push / shove; ◊ itələyib yerində durmaq to be* the very image (of); O, atasını itələyib yerində durub He is the spit and image of his father
Azərbaycanca-ingiliscə lüğət / itələmək1 гл. 1. атӀумарун; рум гун, хуртӀ гун; 2. эцягъун; гелягъун; dirsəyi ilə itələmək кьуьнт эцягъун; 3. сухун, хусун, акудун, кутун; 4. пер. худугун, са кар авуниз себеб хьун.
Azərbaycanca-ləzgicə lüğəti / itələmək