işıqlan sözü azərbaycan dilində

işıqlan

Yazılış

  • işıqlan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biolüminesensiya və dənizlərin işıqlanması
Səhnə işıqlandırılması
Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır. == Tarixi == Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür. Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur. Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.
İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. == Haqqında == Şimal və Cənub tropikləri arasında isti işıqlanma qurşağı (və ya tropik qurşaq) yerləşir. Burada il ərzində Yer səthi çoxlu miqdarda istilik alır, iqlim çox istidir. Tropiklər və qütb dairələri arasındakı ərazilərdə Şimal və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Günəş burada zenitdə olmur. İlin dörd fəsli mülayim qurşaqlarda aydın hiss edilir. Şimaldan cənuba doğru iqlim istiləşir. İqlim isə bu qurşaqlar daxilində mülayimdir. Şimal qütb dairəsindən yuxarıda Şimal soyuq işıqlanma qurşağı, Cənub qütb dairəsindən aşağıda Cənub soyuq işıqlanma qurşağı ayrılır.

"işıqlan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işıqlan nədir? #işıqlan sözünün mənası #işıqlan nə deməkdir? #işıqlan sözünün izahı #işıqlan sözünün yazılışı #işıqlan necə yazılır? #işıqlan sözünün düzgün yazılışı #işıqlan leksik mənası #işıqlan sözünün sinonimi #işıqlan sözünün yaxın mənalı sözlər #işıqlan sözünün əks mənası #işıqlan sözünün etimologiyası #işıqlan sözünün orfoqrafiyası #işıqlan rusca #işıqlan inglisça #işıqlan fransızca #işıqlan sözünün istifadəsi #sözlük