köçlər sözü azərbaycan dilində

köçlər

Yazılış

  • köçlər • 85.1852%
  • Köçlər • 14.8148%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkiyəyə köçlər
Türkiyəyə köçləri üç bölgü altında birləşdirmək olar. Osmanlı imperiyasının son illərində və cümhuriyyətin başlanğıcında edilən köç. 1960-70-ci illərdə Avropaya işləməyə gedən işçilərin köçü. 1990-cı ildən sonra yaxın coğrafiyadan böyük şəhərlərə, xüsusən də İstanbula köçən yeni immiqrantlar: tranzit immiqrantlar, sığınacaq axtaranlar, yüksək ixtisaslı, avropalı təqaüdçülər, Tarix boyu Türkiyə həm mühacirət edilən, həm ərazisindən köç edilən, həm də tranzit ölkə olub. Osmanlı İmperatorluğunun son illəri mühüm köç hərəkatlarına şahidlik etmişdir. İtirilmiş torpaqlardakı müsəlman təbəələr Anadoluya axışarkən, qeyri-müsəlmanlar Anadoludan ayrılmışdır. Mühacir adlanan bu dəstənin köçü cümhuriyyət elan edildikdən sonra da davam edir. Türkiyə Cümhuriyyəti xaricdən bu ümumi miqrasiyanı dövlət siyasəti kimi dəstəkləmişdir. Əhalinin hərbi güc kimi göründüyü illərdə müharibələrdən sonra azalan əhalinin sayının artırılması hədəflənmişdir. Anadoluya gəlib-gedən mühacirlər Osmanlı və Türkiyə dövlətlərinin etnik, mədəni və ictimai quruluşunda böyük dəyişikliklərə səbəb olur.
Hind-ari köçləri
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər, eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur. Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir. == Ari istilası nəzəriyyəsi == Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyada tunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin.
Türk köçləri
Türk köçləri — Türk tayfalarının Asiya, Avropa, Hindistan, Yaxın və Orta Şərqdə yayılması prosesidir. Xüsusilə VI və XI əsrləri əhatə edir. Dünyaya yayıldıqları əsas ərazilər isə indiki Monqolustan, Sibir, Sintzsyan və Orta Asiyanın şərq hissəsi olmuşdur. Artıq X əsrdə Orta Asiya bütünlüklə Türklər tərəfindən məskunlaşdırılmışdı. XI əsrdə Səlcuqlu bayrağı altında türk tayfaları əvvəllərdə yaşadıqları Qafqazda, İranda, Yaxın və Orta Şərqin bir çox yerlərində, Anadoluda qəti olaraq möhkəmləndilər. Bu məskunlaşmaq qalıcı oldu və günümüzədək də davam edir. Əvvəlki torpaqlarda türk tayfaları isə sonda ya Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi müstəqil dövlətlər qurdular, ya da Çuvaşıya kimi başqa etnosların anklavında qaldılar. Türk xalqlarından Uyğurlar Çində və Sibirdəki Saxalar isə Rusiyada kompakt halda yaşamaqdadırlar və etnik kimliklərini hələ də saxlayırlar. Türklərdən bəhs edən ən qədim yazılı qaynaq Çin yazılı qaynaqları olaraq qəbul edilir. O dövrdə Türklər onlara qarşı tikilən Böyük Çin Səddinin şimalında da köçəri tayfalar şəklində yaşayırdılar.

"köçlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köçlər nədir? #köçlər sözünün mənası #köçlər nə deməkdir? #köçlər sözünün izahı #köçlər sözünün yazılışı #köçlər necə yazılır? #köçlər sözünün düzgün yazılışı #köçlər leksik mənası #köçlər sözünün sinonimi #köçlər sözünün yaxın mənalı sözlər #köçlər sözünün əks mənası #köçlər sözünün etimologiyası #köçlər sözünün orfoqrafiyası #köçlər rusca #köçlər inglisça #köçlər fransızca #köçlər sözünün istifadəsi #sözlük