kalaşa sözü azərbaycan dilində

kalaşa

Yazılış

  • kalaşa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir.O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Kalaşa-mun dili
Kalaşa (klskls, locally: Kal'as'amondr) Hind-ari dilləri qrupuna aid Kalaşlar tərəfindən danışılan dildir. Onlar daha çox Pakistanın Çitral rayonu of Hayber-Paxtunxva bölgəsində məskunlaşıblar. Kalaşa dilində danışan sayı təxminən 4100 nəfərdir. Bu dil nəsli kəsilməkdə olan bir dildir və Xovar dilinə doğru davam edən dil dəyişikliyi(asimiliyasiya) prosesi mövcuddur. Kalaşa(Kalaşa-mun) dilini yaxınlıqdakı Nuristan dillərinə aid Vaigali (Kalaşa-ala) dili ilə qarışdırmaq olmaz. Kalaş tədqiqatçı Badşah Munir Buxarinin dediyinə görə "Kalaşa" Əfqanıstanın Nuristan vilayəti Vayqal və orta Peç vadilərində Kalaşa vadilərinin cənub-qərbindəki bir bölgənin Nuristanlı sakinlərinin etnik adıdır. "Kalaşa" adı bir neçə əsr bundan əvvəl Çitralın cənubuna qədər genişlənən Vayqal Nuristanililərindən olan Çitralın Kalaşa danışanları tərəfindən vahid Kalaş xalqı qəbul edilmişdir. Buna baxmayaraq, hind-ari dili qrupuna məxsus Kalaşa-mun (Kalaşa) ilə Hind-İran dillərinin müxtəlif qoluna yəni İran dilləri qrupuna aid olan Nuristan dillərindən olan Kalaşa-ala (Vayqali) arasında sıx əlaqələr və ya xüsusi bir bağ yoxdur.

Oxşar sözlər

#kalaşa nədir? #kalaşa sözünün mənası #kalaşa nə deməkdir? #kalaşa sözünün izahı #kalaşa sözünün yazılışı #kalaşa necə yazılır? #kalaşa sözünün düzgün yazılışı #kalaşa leksik mənası #kalaşa sözünün sinonimi #kalaşa sözünün yaxın mənalı sözlər #kalaşa sözünün əks mənası #kalaşa sözünün etimologiyası #kalaşa sözünün orfoqrafiyası #kalaşa rusca #kalaşa inglisça #kalaşa fransızca #kalaşa sözünün istifadəsi #sözlük