Kenter sözü azərbaycan dilində

Kenter

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kenter • 71.4286%
  • kenter • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anselm Kenterberili
Anselm Kenterberili — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. == Həyatı == A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. == Fəlsəfi görüşləri == A.Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir («inanıram, başa düşmək üçün»); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır. == Əsərləri == «Monologion» «Proslogion» «Qrammatika haqqında dialoq» «Həqiqət haqqında» «Azad seçim haqqında»Əsas əsərləri: «Monologion», «Proslogion», «Qrammatika haqqında dialoq» və s.
Kenterberi hekayələri
"Kenterberi Hekayələri" — Cefri Çoserin şah əsəridir. Çoser əsəri yaradıcılığının III dövründə yazmağa başlamışdır. İngilis dilində yazılmış ilk əsərlərdən biridir. Əsər Kenterberidə yerləşən Saint Thomas Becket məbədinə doğru həcc ziyarətinə çıxan zəvvarların yol boyunca vaxt keçirmək üçün söylədikləri hekayələrdən ibarətdir. Əsər Cefri Çoserin ən məşhur əsəridir. Yazıçının bu hekayələri yazarkən daha əvvəl İtaliya ya səyahəti zamanı oxuduğunu bildirdiyi C.Bokaççonun "Dekameron" əsərindən təsirləndiyi və əsərdəki hekayələrlə "Dekameron"dakı hekayələrin bənzədiyi düşünülür. C.Çoser əslində 120 hekayə yazmağı nəzərdə tutmuş, lakin sadəcə 24 hekayə yazmışdır. Bu hekayələrdən dördü hələ də əksikdir. İkisi istisna olmaqla bütün hekayələr mənzum şəkildə yazılmışdır. Əsər proloqla açılır.
Kenterberi kafedralı
Kenterberi kafedralı — İngiltərədə bir anqilikan kilsəsi. Yepiskop Aziz Augustinenin 7-ci əsrdə dikdiyi ilk kafedralın xarabalığı üstündə, baş Yepiskop Lanfranc (1070-1089) 11-ci əsrin sonunda, Normandiya ilə döyüşdən sonra qotik üslubunda büyük bir kafedral dikdirdi.
Kenterberili Anselm
Anselm Kenterberili — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. == Həyatı == A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. == Fəlsəfi görüşləri == A.Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir («inanıram, başa düşmək üçün»); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır. == Əsərləri == «Monologion» «Proslogion» «Qrammatika haqqında dialoq» «Həqiqət haqqında» «Azad seçim haqqında»Əsas əsərləri: «Monologion», «Proslogion», «Qrammatika haqqında dialoq» və s.
Kenterberi
Kenterberi (ing. Canterbury, [ˈkæntərbᵊri]/[ˈkæntərbɛri]; lat. Durovernum Cantiacorum, Cantuaria) — İngiltərənin cənub-şərqində Kent qraflığında qədim şəhər, Siti-of-Kenterberinin "siti" statusuna malik rayonun inzibati mərkəzi. Londondan 85 km cənub-şərqdə yerləşir, anqlikan kilsəsinin priması olan Kenterberi arxiyepiskopunun kafedrası kimi tanınır. 2001-ci ildə əhalisi 43,4 min nəfər idi. Kenterberi məşhur turizm məkanıdır, Birləşmiş Krallıqda ardıcıl olaraq ən çox ziyarət edilən şəhərlərdən biridir. Bundan başqa, Kenterberi əhəmiyyətli tələbə əhalisinə və ölkədə daimi sakinlərə nisbətdə ən yüksək tələbə nisbətinə malikdir. == İdman == "Kenterberi Siti" Futbol Klubu 1904-cü ildə yaradılmış və 1910-cu ilə qədər fəaliyyət göstərmişdir. Klub 1920-ci ildə yenidən qurulmuş, lakin fəaliyyətini 1922-ci ilə qədər davam etdirmişdir. Yeni "Kenterberi Siti" 1947-ci ildə təsis edilmiş, lakin 2001-ci ildə "Kinqsmid" stadionundan qovulduqdan sonra dağılmışdır.
Kenterberili Avqustin
Kenterberili Avqustin (lat. Augustinus Cantuariensis, ing. Augustine of Canterbury; 13 noyabr 534 və ya VI əsr, Roma – ən tezi 26 may 604 və ən geci 26 may 605, Kenterberi[…]) — benedikt rahibi, Kenterberinin ilk arxiyepiskopu. O, tarixə "ingilislərin həvarisi" və anqlikan kilsəsinin banisi kimi düşmüşdür.Avqustin Romada Müqəddəs Andrey monastırının rəhbəri idi, 595-ci ildə papa I Qriqori onu paqan kral Etelberti xristianlaşdırması məqsədilə Britaniyaya göndərmişdir. Kenterberidə məskunlaşmaq üçün icazə aldıqdan sonra Avqustin kralı və onun minlərlə təbəəsini vəftiz etməyi bacarmışdır. Avqustin şəhər divarları xaricində bir monastır qurmuş, 601-ci ildə arxiyepiskop təyin edilmişdir. 604-cü ildə digər xristian yepiskopları London və Roçesterdə məskunlaşmış, anqlosaks kahinləri və missionerləri yetişdirmək üçün məktəb yaradılmışdır. Ömrünün sonunda İngiltərədə Roma iyerarxiyasının möhkəmləndirilməsi ilə məşğul olmuş, lakin papanın daimi dəstəyinə baxmayaraq, Kelt yepiskoplarını öz hakimiyyətinə tabe olmağa inandıra bilməmişdir. 604-cü ildə ölümündən qısa müddət sonra kanonlaşdırılmışdır. Avqustinin davamçıları heç bir yazılı dəlil qoymadıqları üçün onun həyatı yeganə mənbələr papa Qriqorinin məktublarıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16

Oxşar sözlər

#kenter nədir? #kenter sözünün mənası #kenter nə deməkdir? #kenter sözünün izahı #kenter sözünün yazılışı #kenter necə yazılır? #kenter sözünün düzgün yazılışı #kenter leksik mənası #kenter sözünün sinonimi #kenter sözünün yaxın mənalı sözlər #kenter sözünün əks mənası #kenter sözünün etimologiyası #kenter sözünün orfoqrafiyası #kenter rusca #kenter inglisça #kenter fransızca #kenter sözünün istifadəsi #sözlük