Keşlə rayonu
Nərimanov rayonu — Bakıda rayon. Nəsimi, Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları ilə həmsərhəddir. Keçmiş adı Keşlə rayonu olmuşdur.
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur.
Rayonun ərazisi 20,17 km², əhalisi 179800 nəfərdir. Rayon əhalisinin 179800 nəfərini, yəni 49.5 faizini kişilər, 50.5 faizini qadınlar təşkil edir. Rayon ərazisində işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 13124 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir.
Nərimanov rayonunda 8 ali, 2 orta ixtisas təhsili müəssisələri, 3 peşə məktəbi fəaliyyət göstərir. Rayonda yerləşən 19 tam orta məktəb, 3 lisey, 1 gimnaziyada 31192 şagird təhsil alır.