Kəbləhüseynli yaşayış yeri
Kəbləhüseynli — abidə Ağdam rayonunun eyniadlı kəndinin mərkəzində yerləşir. Bu şərq-qərb istiqamətində uzanan maksimal diametri 120 m, hündürlüyü 3m olan təpədir. Onun cənub tərəfi həyatyanı sahələr, şimal tərəfi kənd yolu salınarkən dağıdılmış, şərq tərəfi isə tamamılə sıyrılıb dasınmışdır. Təpənin şimalşərq tərəfində 1,3 m dərinlikdə dəmir dövrünə aid qəbirlər dağıdılmışdır. Ehtimal ki, təpə həmin dövrdə nekropol kimi istifadə olunmuş dur. Kənd sakinlərin söylədiklərinə görə torpaq qazılarkən buradan çoxlu sayda saxsı qab çıxarılır. Onların bir qısmı kənd sakinlərində, bəziləri isə Xındrıstan kənd orta məktəbində saxlanılır. Təpənin dağıdılmış mərkəzi hissəsində 20 sm dərinlikdə, uzunluğu 2 m olan divar qalığı aşkar olundu. Divar 40x15x9,5 sm ölçüsündə çiy kərpiclərdən tikilmiş, 50 sm hündürlükdə mühafizə olunmuşdur. Bu divar qalığından 15 m şimalda, 1 m dərinlikdə 2 təsərrüfat küpü aşkar olundu.