kils sözü azərbaycan dilində

kils

Yazılış

  • kils • 75.0000%
  • Kils • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gədəbəy kilsəs
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Gədəbəy kilsəsi
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Haqen-Berçum kilsəsi
Hagen-Berchum (alm. Berchum‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Hagen şəhərinə bağlı inzibati region. XIII əsrdən etibarən tarixi mənbələrdə adına rast gəlinir. Protestant Kilsəsinə məxsus olan, ümumilikdə 3 binaya səpələnmiş və 140 yerlik Berchum Gənclik Təhsil Mərkəzi, ərazinin əhəmiyyətli təşkilatları sırasında yer alır.
Harva kilsəsi
Harva kilsəsi — Ağdərə rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir. == Memarlıq xüsusiyyətləri == Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar. Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir. Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.
Həvarilər kilsəsi
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi. == Tarixi == Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir. Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur. Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir.
Jen Mironosets Baş Kafedral kilsəsi
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı — 1909-cu ildə Bakıda tikilmiş yerli əhəmiyyətli tarixi abidə, kilsə və Bakı yeparxiyasının mərkəzi. Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödəmək üçün dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisi Sveçnikovdur. == Tarixi == === İlk dövrlər === Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı 1908–1909-cu illərdə Bakıda, Fyodor Verjbitskinin layihəsi əsasında tikilib. Kilsə 1901-ci ildə Çar Rusiyasında Tikinti komissiyası tərəfindən təsdiqlənmiş hərbi məbədlər üslubundadır. 1917-ci ilə qədər Çar Rusiyasının əhatə etdiyi ərazilərdə ümumilikdə 64 hərbi məbədlər üslubunda kilsə tikilib. Bakıda tikilən kilsə də 262-ci Salyan piyada alayının tabeliyində olub və onların mənəvi ehtiyaclarını ödəmək üçün tikilib. Kilsənin tikintisinə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev də dəstək olub. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini İllarion Vorontsov-Daşkov da iştirak edib.
Kantur kilsəsi
== Haqqında == Nasirəddin Şahın Fransa səyahətlərindən sonra; İranda yol tikintisinə baxılmaqla, paytaxtı Avropaya bağlamaq üçün İran şəhərləri arasında magistral yollar çəkildi. Tehrandan Qəzvinə gedən avtomobil yolu Ağa Bağır İsfahani (Qəzvinin növbəti hakimi) tərəfindən tikilmişdir ; Ancaq Çar Rusiyası tərəfindən Qacar ​​hökumətinə bir müqavilə qoyulması ilə Qəzvinə gedən Ənzəli yolu, Anatoliy Nikolayeviç Bestelma adlı bir adamın idarə etdiyi Sığorta və Nəqliyyat Şirkəti adlı bir Rusiya yol inşaat şirkətinə; verilmişdir. İrandakı rəsmi fəaliyyətinin başlanğıcında, Rusiya Sığorta və Nəqliyyat Şirkəti, Qəzvinin indiki Talığani, Buəli, Müdərris və Xəyyam küçələrinin kəsişdiyi yerdə bir təsis kompleksi inşa etdi. Rus dilində "Kantur" adlanan tikili, ofis və idarəetmə deməkdir. Bu tikililərdən biri, rus işçilərinin dini inancları sayəsində kompleksin güneyində dini ibadət üçün tikilmiş, indi turistlərin yaxından görə biləcəyi bir sərgiyə çevrilmiş kiçik bir kilsədir. İndilikdə Qəzvində rusların yaşamamasından asılı olaraq, kilsə ibadət yeri deyil; qolbaq, üzük, boyun bağı, əl işi olan qab-qacaq və heykəlciklər və başqa bəzək əşyaları sərgilənərək satılır. == Memarlığı == Ölçülər baxımından dördbucaqlı planı olan və biri namaz salonunun mərkəzində, başqası qurbangahın üstündə daha kiçik iki böyük günbəzə sahib olan kiçik bir kilsədir. İstifadə olunan materiallar kərpic və harçdır, kərpiclər böyük sənətkarlıqla döşənmişdir və nəticədə çox gözəl bir tikili əldə edilmişdir. Kantur Kilsəsinin iki yanının divarlarında rus xaçları oyulmuş giriş qapısı var. Girişin yuxarı hissəsində balaca günbəzə aparan üç mərtəbəli zəng qülləsi var.
Kappadokiyalı kilsə ataları
Kappadokiyalı Kilsə Ataları — Müqəddəs Üçlük ehkamını təkmilləşdirən və sistemləşdirən Kappadokiyalı olan kilsə atalarının ümumiləşmiş adıdır. IV yüzillikdədə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları arasında gedən çəkişmələr zamanı Roma imperiatorları çeşidli dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər. Ancaq sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir mahiyyətə malik olması doktrinası tərəfdarları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar. Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi, sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Qeysəriyyəli Basilios, Nazianzlı Qreqorios, Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər.
Karapi Müqəddəs Georgi kilsəsi (Kldisubani)
Karapi Müqəddəs Georgi kilsəsi (gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია) – Qədim Tbilisinin ən qədim rayonlarından biri olan Kldisubani ərazisində yerləşən Gürcü pravoslav kilsəsi. Kilsə, 1991-ci ilə kimi Erməni Həvari kilsəsinə aid olmuş, sonradan isə Gürcü pravoslav kilsəsinə verilmişdir. Qomi küçəsindən kilsənin şimal-şərq tərəfinə pilləkən qalxır. == Tarixi == Kldisubanidəki Müqəddəs Georgi kilsəsinin inşa edildiyi dağlıq yamac ərazisində, kilsənin inşasına qədərki dövrdə 1600-cü ildə qədim kafedral mövcud olmuşdur. Müasir kilsə binası Petros Zöhrabyan və onun həyat yoldaşı Lalitanın maddi vəsaiti hesabına inşa olunmuşdur. XIX əsrdə kilsə əsaslı təmir olunmuş və bu zaman onun memarlığına zəng qülləci və günbəz əlavə edilmişdir. Bu restavrasiya işlərini göstərən elementlərdən biri də daş hörgü arasına qatılmış kərpic sıralarıdır. Bu zaman kilsənin fasadı kərpicdən hörülmüş romb və xaç dekorları ilə bəzədilmişdir.
Katex kilsəsi
Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi. Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi (rus. Благовещенский собор Казанского кремля) — Kazan Kremlinin ərazisində yerləşən kilsə. XVI əsrdə inşa edilmişdir. Pskov memarlıq məktəbinin nümunəsidir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidəsidir. == Tarixi == Kilsənin yerində əvvəl 1552-ci ildə taxta kilsə inşa edilmişdir. 1562-ci ildə çar İvan Qroznının əmri ilə əhəngdaşından kilsə ucaldılmışdır. Kilsədə 1596, 1672, 1694, 1742, 1749, 1757 illərdə yanğınlar baş verib. 1736-cü ildə kilsə restavrasiya olunub və bir neçə dəyişikliklər həyata keçirilib (gümbəzlər soğanvari gümbəzlər ilə əvəz olunub, mərkəzi gümbəz barokko üslubunda uc ilə bəzədilib, qərb tərəfdə birmərtəbəli qonaq evi və pilləkənli eyvan tikilib). 1815-ci ildə kilsədə güclü yanğın baş verib və bura 2 il boş qalıb.
Konstantinopol Ortodoks Kilsəsi
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Konstantinopol Pravoslav Kilsəsi
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Kopimizm Kilsəsi
Kopimizm Kilsəsi (isv. Kopimistsamfundet; ing. copy me - azərb. kopyala məni‎) — informasiyanın pulsuz paylaşımı inancı. == Tarixi == Kopimizm Kilsəsinin ruhani lideri və qurucusu fəlsəfə sahəsində təhsil alan İsak Gersondur. 2011-ci ilin yanvar yına olan məlumata görə Kilsənin 3000 üzvü var. == Əsas inancı == Kopimizm Kilsəsinin əsas inancı informasiyanın pulsuz paylaşımıdır. Kopimistlər bütün informasiya paylaşımlarının "müqəddəs" olduğuna və paylaşdıqca onların dəyərinin bir neçə dəfə çoxaldığına inanırlar. == Müqəddəs simvolu == Kopimistlər klaviatura üzərindəki "CTRL+C" və "CTRL+V" düymələrini öz dinlərinin müqəddəs simvolu elan etmişdir. == Rəsmi qəbulu == Bir ildən çox davam edən çalışmaların nəticəsində 2011-ci ilin dekabr ayında Kopimizm Kilsəsinin rəsmi olaraq yeni din kimi fəaliyyətinə ilk dəfə İsveç hökuməti tərəfindən icazə verilmiş və rəsmi olaraq tanınmışdır.
Kopt Pravoslav Kilsəsi
Qibti Pravoslav Kilsəsi (qibt. Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ) — Misirdə avtokefal antixalkidon kilsə. Kilsə təxminən 400 icmadan ibarətdir. Onların əksəriyyəti Misirdə, qalanı isə Misir diasporundadır.
Lalibela qaya kilsələri
Lalibela qaya kilsələri — Efiopiyanın Lalibela şəhərində yerləşən tarixi monolit kilsələr. Kilsələr 12-ci əsrin sonu - 13-cü əsrin əvvəllərində müqəddəs Qüds şəhərini öz səltənətində yenidən qurmaq istəyən Zaqve sülaləsinin kralı Qebr Mesqel Lalibelanın tapşırılığı ilə tikilmişdir. Ərazi kralın adını daşıyır. Abidələr bu günə qədər Efiopiya Pravoslav Xristian Kilsəsi tərəfindən istifadə edilir və Efiopiya Pravoslav ibadətçiləri üçün vacib bir ziyarət yeri olaraq qalır. == Arxeoloji sahə == Səhənin yüksəkliyi təxminən 2,480 metr (8,140 ft) ətrafındadır. Arxeoloji sahə 3 hissədən ibarətdir: şimal-qərb qrupu, cənub-qərb qrupu və Müqəddəs Corc kilsəsi. === Şimal-qərb qrupu === Bu qrup tunel və xəndək sistemləri ilə bir-birinə bağlı olan Biet-Medhan-Aləm, Biet-Məryəm, Biet-Qolqosa-Mixael, Biet-Meskel və Biet- Denaqel kilsələrindən ibarətdir. === Cənub-şərq qrupu === Biet-Amanuel, Biet-Qeddu-Merkoreus, Biet-Abba-Libanos, Biet-Lehem və Biet-Qabriel-Rufaeldən ibarət olan cənub-şərqdəki kilsələr də şimal-şərq qrupu kimi tunellər sistemi ilə bağlanır. == Tarix == === Aksum İmperiyası === Lalibela kilsələrinin yerli ənənə ilə bölgədə qurulan ilk xristian kilsəsi olduğuna inanılır. Ərazi eramızın 6-cı əsrində Roha şəhərini qurduqdan bir müddət sonra Aksum kralı Kalebin tapşırlığı ilə salınmışdır.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Ləkit kilsəsi
Dairəvi məbəd — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Məbədin tikilmə tarixi haqqında müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir. Bu kilsə haqqında aparılmış araşdırmaları analiz edib, onun Cənubi Qafqaz ölkələrinin memarlığındaki yerini müəyyən etməyə çalışan A.Y. Kazaryan isə məsələyə daha detallı yanaşdığı üçün məbədin nəticə olaraq VII əsrin 70-80-ci illərində inşa edildiyini açıqlayır ki, məntiqlə ən doğru tarixləndirilmə də budur.
Ləzgilər Kilsəsi
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Maruni Kilsəsi
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V–VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Melkit Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Metexi kilsəsi
Metexi kilsəsi – Tbilisi şəhərində yerləşən və Tanrı anasının vəfatına ithaf edilmiş Gürcü pravoslav kilsəsidir. Kilsə, Metexi rayonu ərazisində, Kür çayı sahilindəki sıldırım qayanın üstündə yerləşir. Metexi kilsəsi Tbilisi şəhərinin əsas vizit kartlarından biri hesab olunur. == Tarixi == Ehtimal edilir ki, bu ərazidə ilk kilsə çoxsaylı tikintilər aparması ilə məşhur olan çar Vaxtanq Qorasalının (V əsr) hakimiyyəti dövründə inşa edilmiş, kilsə yaxınlığında isə çarın sarayı olmuşdur. Müqəddəs Şuşanik (təxm 432-ci ildə vəfat edib) bu kilsədə dəfn edilmişdir. Onun külü, yepiskop Kirionun göstərişi ilə VII əsrdə Kolagir kəndindən Metexi kilsəsinə köçürülmüşdür. Yazılı mənbələrdə kilsə haqqında ilk məlumat XII əsrdə verilir. Həmin dövrdə kilsə ərazisinin qala divarları ilə möhkəmləndirildiyi, yaxınlıqda isə çar sarayının olması bildirilir. Çariça Böyük Tamaranın (1195) bu kilsədə ibadət etməsi haqqında da məlumat vardır. 1235-ci ildə monqolların Qafqaza yürüşü zamanı məbəd dağıdılır, lakin, 1278-1289-cu illərdə II Demetrenin hakimiyyəti dövründə kilsə yenidən bərpa edilmiş və həmin görünüşü ilə də dövrümüzə çatmışdır.
Milan kilsəsi
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Mingəçevir kilsə kompleksi
Mingəçevir kilsə kompleksi — 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir. Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir. Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir. == Kompleksə daxil olan tikililər == === 1 №-li məbəd === Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir. Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır. Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir.

kils sözünün leksik mənası və izahı

"kils" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kils nədir? #kils sözünün mənası #kils nə deməkdir? #kils sözünün izahı #kils sözünün yazılışı #kils necə yazılır? #kils sözünün düzgün yazılışı #kils leksik mənası #kils sözünün sinonimi #kils sözünün yaxın mənalı sözlər #kils sözünün əks mənası #kils sözünün etimologiyası #kils sözünün orfoqrafiyası #kils rusca #kils inglisça #kils fransızca #kils sözünün istifadəsi #sözlük