kinos sözü azərbaycan dilində

kinos

Yazılış

  • kinos • 50.0000%
  • Kinos • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Azərbaycanfilm" Kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
"Lenfilm" kinostudiyası
Lenfilm (rus. Ленфильм) — keçmiş SSRİ-də, hazırda Rusiyada ən böyük kino şirkətlərindən biri. "Lenfilm" Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində yerləşir. == Tarixi == "Lenfilm" studiyasının yerləşdiyi ərazidə əvvəllər tacir Georgi Aleksandrovun restoranı, teatrı və akvarium bağçası olmuşdur. Bəstəkar Çaykovski özünün məşhur "Şelkunçik" əsərini bu bağçada yazmışdır. Məşhur rus bas müğənnisi Fyodor Şalyapin və Leonid Utyosov da burada mahnılarını bəsləmişlər. Leninqrad Filmlər Studiyası 1918-ci ildə bu bağçanın ərazisində qurulmuş, 1934-cü ildə isə onun adı qısaldılaraq "Lenfilm" adlandırılmışdır. II dünya müharibəsi illərində "Lenfilm" digər bir çox kino şirkəti kimi 1942-ci ildə Almatıya köçürülmüş və bu şirkətlər Mərkəzi Birləşmiş Filmlər Studiyası adı altında birləşdirilmişdir. Müharibədən sonra 1944-cü ildə yenidən Leninqrada köçürülmüşdür. Corc Cukor 1975-ci ildə "Mavi Quş" adlı filmini burada çəkmiş, Elizabet Teylor bu filmdə İşıqlar şahzadəsi rolunu oynamışdır.
"Mosfilm" kinostudiyası
Mosfilm (rus. Мосфильм) — müasir videotexnoloji avadanlıqla təchiz edilmiş, kino istehsalının bütün mərhələlərinin həyata keçirilməsinə imkan verən Rusiya kino sənayesində ən böyük aparıcı müəssisə, Avropanın ən böyük kinostudiyalarından biri. == Tarixi == "Mosfilm" dünyanın ən böyük kino şirkətlərindən biridir. 1923-cü ilin noyabrında Aleksandr Hanjonkov və İosif Yermoliyevin 2 milliləşdirilmiş kino fabrikinin bazasında yaradılmışdır.. Əvvəlcə kinostudiya "Moskinokombinat" adlandırılmışdı. Hazırkı adını isə 1935-ci ildən etibarən daşıyır. "Mosfilm" kinostudiyasının loqosu heykəltaraş Vera Muxinanın "Fəhlə və kolxozçu" əsəri idi. Bu loqo ilk dəfə olaraq rejissor Qriqori Aleksandrovun "Bahar" filmində ekranda görünmüşdü. SSRİ zamanı "Mosfilm" kinostudiyasında 2500-dən artıq ekran əsəri çəkilmişdir. Onların bir neçəsi müxtəlif kinofestivallardan mükafatlarla qayıtmış və ya dünya kinosunun qızıl fonduna daxil edilmişdir.
Albaniya kinosu
Albaniya kinosu — Albaniyanın kinematoqrafiya və film sənayesi. == Tarixi == Albaniyada kinematoqrafiya kommunist hakimiyyəti illərində yaranmışdır. Sovet və alban kino işçilərinin birgə yaratdığı "Yeni Albaniya", "Albaniya" sənədli filmləri və 1954-cü ildə rejissor Sergey Yutkeviçin çəkdiyi "Albaniyanın böyük sərkərdəsi İsgəndərbəy" rəngli bədii filmi Albaniya milli kinosunun ilk addımları hesab edilir. Rejissor Kristaç Damonun çəkdiyi "Tana" və "Fırtına" filmləri Albaniya kinosunun ən yaxşı filmlərindən hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Abdurrahim Myftiu, Albanian Cinema.Guide of Albanian History and Cultural Heritage. Tirana, 2000 Françoise Audé, article, Positif, numéro327, p.73. Anne-Marie Autissier, «Le Cinéma albanais : état des lieux et perspectives», Le Bulletin de l’IDATE numéro41, 1990, p.47-50. Collectif, Le Cinéma albanais, Paris, Groupe de travail de l’Université de Vincennes-Paris VIII, 1975, 58 p. Gérard Girard, «Le cinéma albanais», Écran, numéro48, p.73. Guy Hennebelle, «Les méfaits de l’angélisme socialiste», Écran, numéro58, p.5.
Almaniya kinosu
Almaniya kinematoqrafı — Almaniya mədəniyyətinin və dünya kinosunun vacib bir hissəsi. Almaniyada istehsal olunan filmlərdən ibarətdir. Dünyada kinematoqrafiyanın yaranmasının rəsmi tarixindən iki ay əvvəl, 1895-ci il noyabrın 1-də ixtiraçılar Emil və Maks Skladanovskilər Berlinin “Vinter qarten” müzik-hollunun binasında özlərinin hazırladığı proyeksiya aparatı (bioskop) vasitəsilə qısametrajlı filmlər nümayiş etdirdilər. 1896-cı ildə Oskar Messter Almaniyda qısametrajlı sənədli və bədii filmlər istehsal edən ilk studiya açdı. Sonradan “Messter Film” və “Deutsche Bioskop” (hər ikisi 1897), “Münxener Kunstfilm” (1907), “Union” (1910) və başqa kinofirmalar fəaliyyət göstərirdi. 1910-cu illərdə görkəmli dramaturqlar A.Şnitsler, Q. Hauptman, Q.Zuderman və başqa kinematoqrafiya işində yaxından iştirak etməklə bu sahənin çiçəklənmə dövrü başladı. Bir çox tanınmış teatr aktyorları P.Vegener, A.Basserman, M.Pallenberq və s. kinematoqrafa gəldi. “Mavi siçan” (1912, rej. M.Mak), “Praqalı tələbə” (1913, rejisorlar S.Rie və Vegener) və s.
Atlas kinostudiyası
«Atlas» kinostudiyası (ərəb. استوديوهات أطلس‎, ing. Atlas Corporation Studios) — Mərakeşin Varzazat şəhərinin 5 kilometr (3.1 mil) qərbində yerləşən kinostudiya. Kinostudiya 1983-cü ildə Mərakeş sahibkarı Məhəmməd Bəlğimi tərəfindən təsis edilmişdir. «Atlas» kinostudiyası 650 hektarlıq bir ərazidə qurulmuşdur və hal-hazırda ölkənin ən böyük kinostudiyasıdır. Buna görə də kinostudiyanın yerləşdiriyi şəhər – Varzazat «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır.
Avstraliya kinosu
Avstraliya kinosu — Avstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır. Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır. == Tarixi == Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir.
Avstriya kinosu
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Azərbaycan Kinosu-Sənədli Filmlər
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Azərbaycan Kinosu Günü
Azərbaycan Kinosu Günü — Azərbaycanda 2 avqust qeyd olunan kino işçilərin peşə bayrami. == Tarixi == 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır."Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. 18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
Azərbaycan kinosu
Azərbaycan kinematoqrafiyası — Azərbaycanda istehsal olunan filmlərdən ibarətdir. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır. == Tarixi == === Səssiz dövr === Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
Azərbaycan kinosu-80 (film, 1996)
Azərbaycan kinosu-80 qısametrajlı sənədli filmi rejissor Cəmil Fərəcov tərəfindən 1996-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar bir növ kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılıq bəhrələrinə həsr edilmişdir. == Məzmun == Film Azərbaycan milli kinosunun 80 illiyi ilə əlaqədar bir növ kinomuzun salnaməsi səpgisində çəkilmiş və görkəmli kino xadimlərinin yaradıcılıq bəhrələrinə həsr edilmişdir.Filmdə kinorejissor Muxtar Dadaşov "Arşın Mal Alan" kinokomediyasının çəkilişlərindən söhbət açır. Kinoaktrisa Leyla Bədirbəyli, kinorejissorlardan Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim Ocaqov və başqa sənətkarlar müsahibə verir, kinomuzun gələcəyi ilə bağlı məsələlərdən danışırlar. Biz ekranda kino ustalarından Əlisəttar Atakişiyevi, Arif Babayevi, Arif Nərimanbəyovu, Lətif Səfərovu, Eldar Quliyevi, Rüstəm İbrahimbəyovu, Oqtay Mirqasımovu, Xamis Muradovu görürük.
Azərbaycan kinosu videoları
Azərbaycan kinosu və müharibə
Azərbaycan kinosu və müharibə — Azərbaycan kinosunun İkinci Dünya müharibəsi ərəfəsində, dövründə və ondan sonrakı tarixi haqqında kitab. == Kitab haqqında == Kitabın müəllifi Aydın Kazımzadə, redaktoru Mürvət Bəyişli, rəyçisi sənətşünaslıq elmləri namizədi İlham Qazızadə, rəssamı Xalidə Kazımova, korrektoru isə İlahə Hüseynovadır. Kitabda İkinci Dünya müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə həm çəkilişlər aparmalarından, həm də əldə silah düşmənlə üz-üzə vuruşmalarından, arxa cəbhədə gecəni gündüzə qataraq dövrün kino salnaməsini lentə almalarından danışılır. Burada müharibədən sonrakı illərdə kinematoqrafçılarımızın müharibə mövzusunda bədii və sənədli filmlər yaratmalarından geniş söhbət açılır. Bu filmlərdə faşizm üzərində Qələbənin qazanılmasında ölkəmizin bütün zəhmətkeşlərinin, ələlxüsus neftçilərin, neftçi-alimlərin, Azərbaycan neftinin müstəsna rolu haqqında da bəhs olunur. Kitab, mədəniyyət və incəsənət işçiləri, kinoşünas – mütəxəssislər, kino həvəskarları və oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuşdur. Kitab, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunmuşdur.
Azərbaycan kinosu və müharibə (kitab)

Azərbaycan kinosunun 60 illiyi (film, 1976)
Azərbaycan kinosunun 60 illiyi qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 1916-cı ildə çəkilmiş ilk tammetrajlı bədii film-"Neft və Milyonlar Səltənətində" kino əsərindən sonra Azərbaycan kinosunun təşəkkül tapıb inkişaf etməsindən, kinematoqrafçıların yaradıcılıq yolundan, əldə olunan uğurlarından söhbət açılır. == Məzmun == Filmdə 1916-cı ildə çəkilmiş ilk tammetrajlı bədii film-"Neft və Milyonlar Səltənətində" kino əsərindən sonra Azərbaycan kinosunun təşəkkül tapıb inkişaf etməsindən, kinematoqrafçıların yaradıcılıq yolundan, əldə olunan uğurlarından söhbət açılır.
Azərbaycan kinosunun salnaməsi (film, 2013)
Azərbaycan kinosunun salnaməsi qısametrajlı sənədli televiziya filmi rejissor Nəsimi Məmmədoğlu tərəfindən 2013-cw ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film tarixi 1898-ci ildən başlayan Azərbaycan kinosu tarixinə səyahətdir. == Məzmun == Film tarixi 1898-ci ildən başlayan Azərbaycan kinosu tarixinə səyahətdir.
Azərbaycanfilm kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Bakı Kinostudiyası

Bakıfilm Kinostudiyası
Bakıfilm — 2007-ci ildə ANS şirkətlər qrupunun tərkibində yaradılan kino şirkəti. == Tarixi == "Bakfilm"in ilk işi "Qızlar" serialı 2007-ci ildə ANS televiziyasında yayımlanıb. Lakin uğursuzluğa uğrayaraq efirdən qaldırılıb. Şirkət həm bədii, həm də sənədli filmlər çəkir. 2011-ci ildən etibarən "Bakı Film" Kinostudiyası Bakının Lökbatan qəsəbəsində inşa edilmiş yeni inzibati-yaradıcılıq-istehsalat binasında fəaliyyətinə davam etdirməyə başlayıb (Hazırda həmin bina sökülüb.).
Belarus kinosu
Belarus kinosu — Belarusun milli kino incəsənəti və kino istehsalı. == XX əsrin əvvələri == Belarus ərazisində ilk çəkilişləri Birinci dünya və Vətəndaş müharibələri zamanı Petroqrad və Moskvanın operatorları aparmışlar. 1922 -ci ildə “Kinoresbel”, 1924-cü il də “Belarus proletar kinosu” və Belarus xalq maarif komissarlığı nəzdində kinematorqrafiya və fotoqrafiya işləri üzrə “Belqoskino” dövlət idarəsi yaradılmışdır. “Bu bizim Belarusdur” (1927) və “Kolxoz” (1928) ilk sənədli filmlərdir. 1928-ci ildə “Sovet Belarusu” kinostudiyasının əsası qoyulmuşdur (1939-cu ildən Minskdədir, 1946-cı ildən “Belarusfilm” adlanır). 1927-ci ildə Y.V. Tariç “Meşə əhvalatı” filmini çəkmişdir. “Sovet Belarusu” studiyasında “Poruçik Kije” (1934, A.M. Faynsimmer) tarixi macəra filmi; “Polesye robinzonları” (1935, İ.V. Baxar və P.S. Molçanov; Y. Mavrın əsəri üzrə), “Bülbül” (1938, E.L. Arşanski; Z. Byadulyanın əsəri üzrə), “Ayı“ (1938) və “Qılaflı adam” (1939, İ.M. Annenski; A.P. Çexovun əsərləri üzrə) filmləri çəkilmiş, V.V. Korş-Sablinin “Səadət axtaranlar” (1936) və “Mənim məhəbbətim” (1940) musiqili komediyaları ekranlaşdırılmışdır. == 1940-1990-cı illər == Müharibə illərində (1941–45) studiya Moskvada fəaliyyət göstərmişdir. Cəbhə və partizan kinosalnaməsini M.S. Berov, İ.N. Veyneroviç, V.P. Seslyuk və başqaları yaratmışlar. 1940–50-ci illərdə müharibə mövzusu aparıcı yer tuturdu (“Konstantin Zaslonov”, Faynsimmer və Korş Sablin, 1949; “Haradasınız, döyüşçü dostlar”, S.M. Braude, 1958; “Dostların görüşü”, V.İ. Skitoviç, 1963).
Boliviya kinosu
Boliviya kinosu — ölkə daxilində və xaricdə boliviya kinomatoqrafçıları tərəfindən çəkilmiş kinolar nəzərdə tutulur. Boliviya kinosunun yaranması 1913-cü ildə sənədli filmlər çəkmiş, 1918-ci ildə isə ölkədə ilk "Andes films" kinostudiyasını yaratmış L. Kastilyonun adı ilə bağlıdır. Hindilərın həyatı ilk bədii filmlərin aparıcı mövzusu idi. (P. Sambarinonun "Aymara ürəyi", Kastilyo və A. Poznanskinin "İrqin şöhrəti"). İnk əfsanəsi əsasında çəkilmiş "Vara-vara" (1930, rejisor X.M. Velasko Maydana) səssiz filmlər dövrünün ən seçilən əsəridir. L. Basoberrinin "Çako müharibəsi" (1936) sənədli filmi səsli kinonun ilk təcrübəsi idi; 1940-cı illərdə vəsaitin olmaması səbəbindən onun inkişafı ləngidi. Bu dövrdə A. Roko ilə birgə 1941-ci ildə "Boliviya films" studiyasının əsasını qoymuş rejisor X. Ruisin rəhbərliyi altında sənədli filmlərin çəkilişi fəallaşdı. 1952–67 illərdə Boliviyada, əsasən, qısametrajlı filmlər çəkən Milli kino institutu fəaliyyət göstərirdi. Burada X. Ruis (1956 ildən direktor) "Qayıt, Sebastyana" (1953) rəngli etnoqrafik, tammetrajlı bədii "Bulaq" (1958) və s. filmləri çəkmişdir.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Hindistan kinosu
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Kinostudiya
Film studiyası, kinostudiya və ya kino studiyası — özlərinə məxsus olan studiya obyektlərinə və ya kinolar çəkmək üçün istifadə edilən obyektlərə malik olan və kino istehsalı ilə məşğul olan şirkət tərəfindən idarə olunan böyük əyləncə, kino və ya kinoteatr şirkətidir. Əyləncə sənayesindəki əksər şirkətlər heç vaxt öz studiyalarına malik olmamışdırlar, lakin onlar əksər hallarda başqa şirkətlərdən yerləri icarəyə götürərək istifadə etmişdirlər.Dünyanın ən böyük kinostudiyası Çinin Zhejiang əyalətində yerləşən Hengdian World Studios kinostudiyasıdır.

"kinos" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kinos nədir? #kinos sözünün mənası #kinos nə deməkdir? #kinos sözünün izahı #kinos sözünün yazılışı #kinos necə yazılır? #kinos sözünün düzgün yazılışı #kinos leksik mənası #kinos sözünün sinonimi #kinos sözünün yaxın mənalı sözlər #kinos sözünün əks mənası #kinos sözünün etimologiyası #kinos sözünün orfoqrafiyası #kinos rusca #kinos inglisça #kinos fransızca #kinos sözünün istifadəsi #sözlük