komsomolçu-gənclər sözü azərbaycan dilində

komsomolçu-gənclər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • komsomolçu-gənclər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənclər
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Gənclər qəsəbəsi
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Gənclər sədası
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet. "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi. İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir. 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi. Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.
Avropa Gənclər Parlamenti
Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir. Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. == Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi == Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır.
Azərbaycan Gənclər Fondu
Azərbaycan Respublikasının Gənclər Fondu- 7 mart 2018-ci il tarixində yenidən yaradılan, Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. == Tarixi == Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır. Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir. 2018-ci ilin mart ayının 7-sində isə adı Azərbaycan Respublikasının Gənclər Fondu olaraq dəyişdirildi. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək; gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək; gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir; Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir. Fond 2020-ci ildə BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə "Daha yaxşı dünya üçün" Beynəlxalq Gənclər konfransı, BP şirkətinin birgə təşkilatçılığı ilə "2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı", "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə COVİD19 mövzusunda keçirilən "I Respublika Virtual Debat Çempionatı" baş tutub. Həmçinin, 14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu" mövzusunda onlayn forum baş tutub. Gənclər Fondu 2020-ci ildə "İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi" keçirmişdir.
Bakı Gənclər Mərkəzi
Bakı Gənclər Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Sabunçu rayonunda inşa edilmiş gənclərin inkişaf mərkəzi. Mərkəz böyük kompleksdən ibarət olmaqla, özündə Heydər Əliyev Muzeyi, 300 nəfərlik konfrans zalı, elektron kitabxana, gənclər kafesi, kinozal, intellektual oyun otağı, rəqs zalı, musiqi otağı, rəsm otağı, şahmat otağı, xarici dil və linqafon otağı, fotostudiya və dərnək otaqlarını birləşdirir. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevadır. == Haqqında == Bakı Gənclər Mərkəzi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, mövcud potensiallarının üzə çıxarılmasını həyata keçirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmət Müəssisəsidir. Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir. Bakı Gənclər Mərkəzi gənclər üçün karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirak, təcrübə proqramları, təlim və görüşlər, inkişaf məktəbləri, təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirir. Bakı Gənclər Mərkəzinin zəngin maddi-texniki bazası gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə hesablanmışdır. Bakı Gənclər Mərkəzi Heydər Əliyev adına parkın ərazisində yerləşir. 2,3 hektar əraziyə sahib olan parkda oyun meydançası və açıq hava tədbirlərinin təşkili üçün səhnə quraşdırılıb. Mərkəz üçmərtəbəli olmaqla ümumi sahəsi 5800 m² təşkil edir.
Beynəlxalq Gənclər Günü
12 avqust — Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir.
Gənclər Festivalı (1969)
Gənclər Günü (Azərbaycan)
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
YAP Gənclər Birliyi
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi — Yeni Azərbaycan Partiyasının strukturuna daxil olan məşvərətçi kollegial qurumdur. Yeni Azərbaycan Partiyasının gənclik qolu olan "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi" 1995-ci il 26 iyun tarixində yaradılmışdır. İlk sədri Siyavuş Novruzov olmuşdur. Daha sonra sədr Ramil Həsənov, ardınca isə Seymur Orucov olmuşdur. 11 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin təqdimatı əsasında Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri təyin olunmuşdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən qurumdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq sosial və ictimai bir çox layihələr həyata keçirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq xeyriyəçiliklə məşğul olur: kimsəsiz uşaqlar evlərini və qocalar evlərini və aztəminatlı ailələri, müxtəlif dərəcəli əlilləri, Birinci və İkinci Qarabağ Müharibəsi qazilərini, şəhid ailələrini ziyarət edərək maddi və mənəvi dəstək verir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə "sədr" rəhbərlik edir. Sədrin 2 müavini olur.
Ümumdünya gənclər günü
10 noyabr - Ümumdünya gənclər günüdür. Ümumdünya Gənclər Günü (WYD) 1985-ci ildə Papa II İohann Pavelin təşəbbüsü ilə Katolik Kilsəsi tərəfindən təşkil edilən gənclər üçün tədbirdir. Onun konsepsiyasına Polşada 1960-cı illərdən bəri mövcud olan İşıq-Həyat Hərəkatı təsir etmişdir. Yay düşərgələri Katolik gənclər düşərgəsində 13 gündən çox bir "icma günü" qeyd etdilər. 1986-cı ildə Ümumdünya Gənclər gününün ilk qeyd edilməsi üçün yepiskoplar yeparxiyalarında hər Palm Bazar günü keçiriləcək illik gənclər tədbirini planlaşdırmağa dəvət edildi. Hər il yeparxiya səviyyəsində - əksər yerlərdə 1986-cı ildən 2020-ci ilə qədər Palm Bazar günü və 2021-ci ildən Kral Məsih Bazar günü - və beynəlxalq səviyyədə hər iki-üç ildən bir müxtəlif yerlərdə qeyd olunur. 1995-ci ildə Filippində keçirilən Ümumdünya Gənclər Gününün bağlanış mərasimi 5 milyon nəfərin iştirak etdiyi bir dini tədbirə toplanan ən çox insan sayına görə dünya rekordu qırdı. 20 il sonra yəni 2015- ci ildə Filippində Papa Fransisk tərəfindən qeyd olunan Məsih mərasimində 6 milyon insanın iştirak etdiyi rekord rekordu aşdı. Bu günün qeyd olunması barədə qərar ümumdünya demokratik gənclər federasiyası tərəfindən 1945-ci ilin 29 oktyabr -10 noyabrda Londonda keçirilmiş konfransda qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatını birləşdirir.
Avropa Gənclər Mərkəzləri
Avropa Gənclər Mərkəzləri (ing. European Youth Centres, EYC; fr. Centres européens de la jeunesse, CEJ; alm. Europäische Jugendzentren‎) — Avropa Şurasının Demokratik İştirakçılıq Direktorluğunun tərkibində Gənclər Departamentinin aləti. Avropa Gənclər Mərkəzləri yaşayış xarakterli təhsil, təlim və görüş mərkəzləri olmaqla yanaşı, Gənclər Departamentinin bir hissəsidir. == Strasburq Avropa Gənclər Mərkəzi == Strasburq Avropa Gənclər Mərkəzi (EYCS) 1972-ci ildə Avropa Şurasının gənclər siyasətinin həyata keçirilməsi üçün yaradılmışdır. Strasburqdakı Avropa Gənclər Mərkəzinin binasında həmçinin Gənclər və İdman Direktorluğunun katibliyi, o cümlədən Avropa Gənclər Fondu və Gənclərin Mobilliyi üzrə Həmrəylik Fondu yerləşir. 1972-ci ildə açılışı ilə birgə idarəçilik və gənclərin iştirakı təşkilatın əsas dəyərinə çevrilmişdir. 1988-ci ilə qədər Avropa Şurasının Gənclər Sektorunda aparılan islahatlarla qeyri-hökumət İdarə Heyəti öz strukturuna gəncləri daxil etmişdir. Sonradan onu Avropa Gənclər Mərkəzinin Məsləhət Komitəsi və hazırda Gənclər üzrə Məşvərət Şurası (AC) olan Avropa Gənclər Fondu əvəz etmişdir.
ASAN Könüllüləri Gənclər Təşkilatı
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. == Tarixi == "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. == Birliyin məqsəd və vəzifələri == Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Gənclər festivalı (film, 1969)
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Gənclər üçün Prezident Mükafatı
Gənclər üçün Prezident Mükafatı — Azərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat. Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir. == Mükafatın sahələri və sayı == Elm və təhsil sahələri üzrə – 2 mükafat Mədəniyyət sahəsi üzrə – 2 mükafat İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat == Təltif edilənlər == Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Hwarang:Döyüşü gənclər əsəri
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. == Süjet == Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Macarıstan-Azərbaycan Gənclər Birliyi
Qazaxıstan Gənclər Məlumat Xidməti
Qazaxıstan Gənclər Məlumat Xidməti — Qazaxıstanın inkişafına və çiçəklənməsinə biliklərini, enerjilərini, zəkalarını töhfə vermək istəyən fəal gəncləri bir araya gətirən bir ictimai fond, qeyri-kommersiya təşkilatıdır. "Qazaxıstan Gəncləri Məlumat Xidməti" İctimai Vəqfi 1998-ci ilin iyul ayında Almatıda universitet tələbələrindən ibarət bir qrup Qazaxıstan gənc vətəndaşı tərəfindən təsis edilmişdir. Fondun Qazaxıstanın 12 şəhərində: Astana, Almatı, Karaqanda, Aktobe, Uralsk, Kostanay, Kokshetau, Semey, Ust-Kamenogorsk, Taraz, Uralsk, Shymkent. Qazaxıstan gənclərinin təlimləri, məlumat mübadiləsi və gənclər birlikləri ilə gənclər arasında əməkdaşlığın genişləndirilməsi və ictimai faydalı işə cəlb edilməsi yolu ilə vətəndaş fəallığının inkişafı. Qazaxıstanın Gənclər İnformasiya Xidmətinə görə, "millətin inkişafı üçün mənbələrin səfərbər edilməsi, ilk növbədə, gənclər siyasəti sisteminin yaradılması yolu ilə əldə edilə bilər ki, bu da öz növbəsində Qazaxıstanın bütün insan resurslarını ölkənin inkişafına investisiya qoymağa imkan verəcəkdir" dövlət., dövlətin sosial sektoruna daxili investisiyalar üçün mexanizmlər yaratmalıyıq.Bu gün sosial menecerləri yeni dövrün tələblərinə uyğun olaraq yetişdirmək üçün öz təhsil, inkişaf və təşviq sistemimizi yaratmalıyıq. . " Sosial layihələr: Vəkillik kampaniyaları, Lobbi, Vətəndaş Təhsili, Xeyriyyəçilik. Məlumat proqramları: Media monitorinqi, Verilənlər bazasının yaradılması və saxlanılması, Reytinqlər [1], Gənclər mediası və saytları. Təhsil proqramları: Təlim seminarları, Məşqlər və ustad dərsləri, Məşqçi dərsləri və məktəblər. Gənclik tədbirləri: dəyirmi masa, forumlar və müzakirələr, promosyonlar və kampaniyalar, araşdırma və təhlil Layihə gənc seçicilərin seçkilər barədə məlumatlandırılması, təlim və səs hüquqlarının qorunması məqsədi daşıyır. Layihə Qazaxıstan Respublikasındakı seçki kampaniyası dövründə işləyir.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Qoşulmama Hərəkatına Üzv Dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı verməyə çalışır. 2019-cu il 25-26 Oktyabrda Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII sammitində dövlət və hökumət başçıları 24-25 oktyabr 2019-cu il tarixlərində Qoşulmama Hərəkatının ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı sammitinin kənarında təşkilini alqışladılar və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını dəstəklədilər (Bakı yekun sənədinin 117-ci bəndi). Şəbəkə Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin nümayəndələrinə davamlı inkişafın təmin edilməsində qarşılaşdıqları mövcud problemlər və bu çətinliklərin dövlətlərinin razılaşdırılmış və adekvat cavabları ilə necə aradan qaldırıla biləcəyi ilə bağlı fikir, baxış və perspektiv mübadiləsi imkanı vermək üçün nəzərdə tutulmuşdur. Azərbaycan hesab edir ki, möhkəm quruluşa və aydın, nəticəyəyönümlü baxışa malik Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin formalaşdırılması Qoşulmama Hərəkatının gənclərinə gənclərin inkişafı ilə bağlı problemləri həll etməyə və Qoşulmama Hərəkatının gənclərinin ümumi mesajını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırmağa imkan verir. Təşkilatın məqsəd və vəzifələri BMT-nin müvafiq qurumları və gənclərlə bağlı qurumlarla sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatının gənclərinin maraqlarını təmsil etmək, habelə sülh və təhlükəsizlik üçün artan çağırışlar fonunda Qoşulmama Hərəkatının daşıdığı mühüm missiya haqqında gənclər arasında məlumatlılığın artırılmasına dəstək göstərməyi ehtiva edir. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin gənclərini bir araya gətirən Qoşulmama Hərəkatının 61 illik tarixində ilk dəfə olaraq 25 – 29 iyul tarixlərində keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qoşulmama Hərəkatının yaradılması ilə bağlı "Şuşa Sazişi" adlı sənəd Şuşanın Qoşulmama Hərəkatının tarixində qeyd olunmasına xidmət edəcək. Şuşa Razılaşması (Şuşa sazişi) adlı sənədə əsasən, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 2021-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiq edilib.
SSRİ Gənclər Təşkilatları Komitəsi
SSRİ Gənclər Təşkilatları Komitəsi (rus. Комитет молодёжных организаций СССР; SSRİ GTK) — Sovet İttifaqında ilk növbədə gənclərin beynəlxalq əlaqələri sahəsində ictimai təşkilat. Komsomoldan fərqli olaraq bu, kommunist ideologiyasının təbliği ilə birbaşa məşğul olmamışdır. Komitə 1956-cı ildə Sovet Gənclərinin Antifaşist Komitəsinin (SGAK; 1941–1956) əsasında yaradılmışdır. Həm GTK, həm də onun sələfi olan SGAK KQB kadrları ilə hərtərəfli doldurulmuşdu. Komitə sovet gənclərinin müxtəlif ictimai, peşəkar, idman, tələbə, mədəniyyət və digər təşkilatlarının beynəlxalq əlaqələrinə nəzarət edirdi.

komsomolçu-gənclər sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#komsomolçu-gənclər nədir? #komsomolçu-gənclər sözünün mənası #komsomolçu-gənclər nə deməkdir? #komsomolçu-gənclər sözünün izahı #komsomolçu-gənclər sözünün yazılışı #komsomolçu-gənclər necə yazılır? #komsomolçu-gənclər sözünün düzgün yazılışı #komsomolçu-gənclər leksik mənası #komsomolçu-gənclər sözünün sinonimi #komsomolçu-gənclər sözünün yaxın mənalı sözlər #komsomolçu-gənclər sözünün əks mənası #komsomolçu-gənclər sözünün etimologiyası #komsomolçu-gənclər sözünün orfoqrafiyası #komsomolçu-gənclər rusca #komsomolçu-gənclər inglisça #komsomolçu-gənclər fransızca #komsomolçu-gənclər sözünün istifadəsi #sözlük