Yuqoslaviya kronu
Yuqoslaviya kronu (serb. Круна, xorv. Kruna, sloven. Krona) — 1919–1920-ci illərdə Yuqoslaviya krallığının müvəqqəti paralel valyutası, paralel dövriyyədə olan dinarla nisbəti 4 kron = 1 dinar idi.
== Tarixi ==
Avstriya-Macarıstanın dağılması nəticəsində Yuqoslaviya Krallığına verilən ərazilərdə Avstriya-Macarıstan kronu tətbiq olunmağa davam edirdi. 1919-cu ilin yanvar ayında 10, 20, 50, 100 və 1000 kron dəyərində Avstriya-Macarıstan bankının banknotlarının ştempelləməsi prosesi aparıldı. 1 və 2 kronluq əskinaslar üzərində rəsmi olaraq ştempel vurulmamışdır, lakin ştamplanmış əsginasların nüsxələri məlumdur.
Tezliklə Maliyyə Nazirliyi 1919-cu il nüsxəli əskinazları dinar olaraq buraxdı, hansıların ki üstünə əlavə möhürcük vasitəsilə kron nominalı əlavə olundu: dinarın 1⁄2 — 2 kron, 1 dinar — 4 kron, 5 dinar — 20 kron, 10 dinar — 40 kron, 20 dinar — 80 kron, 100 dinar — 400 kron, 1000 dinar — 4000 kron.
Əlavə möhürcük prosesi zamanı mətbəə xətaları baş vermişdir: 2 və 4 kron dəyərində əskinaslarda "KRUNE" yerinə "KURNE", 20 kron əskinaslarda isə "KRUNA" yerinə "KURNA" yazılmışdır.
Heller üzrə pul nişanları buraxılmırdı.