kəllə-onurğa sözü azərbaycan dilində

kəllə-onurğa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəllə-onurğa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Onurğa
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. == Ümumi məlumat == Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Kəllə-paça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
Kəllə (Qəzvin)
Kəllə (fars. کلج‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 624 nəfər (572 ailə) yaşayır.
Kəllə kapellası
Kəllə kapellası (pol. Kaplica Czaszek) rəsmi olaraq Müqəddəs Bartolomey kilsəsi (Kościół świętego Bartłomieja) — Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Polşadakı yeganə, Avropada altı ossuar ibadətgahından biridir. == Tarixi == Kapella 1776-cı ildə çex mənşəli bir kilsə keşişi Vaclav Tomaşek tərəfindən Otuzillik müharibədə, Sileziya müharibəsində şəhid olanlar , həmçinin vəba, sifilis və aclıqdan ölənlər üçün dəfn yeri olaraq inşa edilmişdir. Buna nümunə olaraq Kapuçin rahiblərinin sümüklərinin dəfn olunduğu Santa Maria della Conzionie Roma kilsəsi oldu. On səkkiz il ərzində (1776-dan 1794-cü ilə qədər) Tomaşek sümükləri toplayıb təmizlədi və sonra kilsəyə yerləşdirdi. Tikinti yerli aristokrat Leopold von Leslie tərəfindən maliyyələşdirildi. Tikinti başa çatdıqdan qısa müddət sonra Ata Vaclav Tomaşek dünyasını dəyişdi. Hal-hazırda ildə bir dəfə (14-15 avqust gecəsi) kilsədə dəfn olunan insanlar, qəza və ya xəstəlik səbəbindən ölənlər yad edilir. == Arxitektura və interyer == Kilsədə üç min kəllə, eləcə də təməlində 21 min insanın sümükləri vardır.
Kəllə ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
Kəllə piramidası
Kəllə piramidası (fr. Pyramide de Crânes) — Fransız boyakar Pol Sezannın məşhur natürmortlarından biridir. Əsər şəxsi kolleksiyaların birində saxlanılır.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Kəllə sinirləri
Kəllə-beyin sinirləri (lat. nervi cranialis) - birbaşa kəllədən çıxan sinirlər. Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndən dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür: Hissi sinirlər lat. nn.sensorii, ya duyğu sinirləri (I, II və VIII cüt, yəni qoxu, görmə və dəhliz-ilbiz sinirləri) Hərəki sinirlər lat. nn. motorii (III, IV, VI, XI, və XII cüt, yəni gözün hərəki siniri, blok siniri, uzaqlaşdırıcı, əlavə və dilaltı sinirlər) Qarışıq sinirlər (V, VII, IX və X cüt, yəni üçlü, üz, dil-udlaq və azan sinirlər). Kəllə sinirlərinin bir qisminin (gözün hərəki sinirinin üz siniri ilə birləşmiş olan ara sinirin, dil-udlaq və azan sinirlərin) tərkibində parasimpatik və hərəki sinirlərin tərkibində simpatik liflər də vardır.
Kəllə əsası
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Onurğa beyni anesteziyası
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. == Tarixi == İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.XX əsrin əvvəllərindən sinal anesteziya sezar kəsiyində istifadə edilmişdir.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
Onurğa sütununun sınıqları
Onurğa sütununun sınıqları — adətən hündürdən yıxıldıqda, əyilmiş vəziyyətdə ağır əşyanın kürəyə düşməsi zamanı, onurğa sütununa güclü zərbə olduqda baş verir.Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır.Sınıqların 5–10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir. == Onurğa sütununun sınıqlarının simptomları == Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər: Boyun, döş vəya bel ağrısı; Uyuşma, əzələ spazmı; Ətraflarda zəiflik; Qeyri-iradi nəcis və sidik ifrazı; Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici;Onurğa beyini zədələndikdə ətraflarda hərəkətin və hissiyatın itməsi baş verir. Zədələnmişin öz başına bədəninin vəziyyətini dəyişmək cəhdləri ağrı şoku ilə ağırlaşa bilər. Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Onurğa sınıqlarının ilk simptomları zədənin şiddətindən və yerindən asılı olaraq dəyişir. Boyun, döş, bel ağrısı və əzələ spazmı əsas əlamətlərdir.
Həsənabad-i Kəllə
Həsənabad-i Kəllə (fars. حسن‌آباد کلج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,506 nəfər yaşayır (794 ailə).
Kəllə-beyin zədələnməsi
Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα - zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və daimi nəzarətə götürülməlidir. Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində baş verir. === Qiymətləndirilməsi: === Kəllə-beyin zədələnməsinin ağırlıq dərəcəsi Qlasqo-Koma şkalası üzrə təyin edilir. < 4 bal = 85% dəyişkən vegetativ status < 8 bal = ağır beyin funksional pozğunluq > 11 bal = 5-10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq == Klinik formaları == Beyin silkələnməsi - bu zaman beyinin funksiyasına təsir edəbiləcək pozğunluq aşkar edilmir. Meydana çıxmış simptomlar bir neçə gün ərzində itib getmiş olurlar. Beyin zədələnməsi: yüngül, orta və ağır dərəcəli olur.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. == Əlamətləri == Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur.Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir.Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. == İlk yardım == Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar.Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz. Burun, qulaqdan qanın və beyin mayesinin axması zamanı steril salfet ilə onu xaric edib, burun nahiyəsinə və başın arxasına soyuq kompress qoyulur.Zədələnmişin yanında daima ona qulluq edənin olması maqsədəuyğundur, çünki xəstədə mərkəzi sinir sistemində kəskin oyanma dövrləri, qıcolmalar, qəflətən qusma halları, tənəffüs fəaliyyətində müxtəlif pozulmalar və digər həyat üçün təhlükəli kəllə-beyin zədələnməsinin ağırlaşması müşahidə oluna bilər.Kəllə sümüklərinin sınmasında çox vaxt ölüm halının səbəbi tənəffüs fəaliyyətinin pozulması və sonralar dəyanmasıdır. Bu səbədən həkiməqədər yardım mərhələsində təxirə salınmaz həkiməqədər tədbirləri keçirərkən hazır olmaq lazımdır ki, hər an xəstəyə ağ ciyərlərin süni ventilyasiyasını tətbiq etmək lazım olacaqdır. == Həmçinin bax == Kəllə; Kəllə qapağı; Kəllə-beyin zədələnməsi; Yara; Sarğı; Sınıqlar; Sümük.
Kəllə vurma (heykəl)
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 5 metrdir. == Yaranma səbəbi == Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu. == Nümayişi == Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib. Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb.
Kəllə və Sümüklər
Kəllə və Sümüklər (ing. Skull and Bones) — 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılmış gizli tələbə cəmiyyəti. Kəllə və Sümüklər XIX əsrin ortalarından etibarən Avropada böyük marağa səbəb olmuş və gizli fəaliyyət göstərməsi səbəbindən təşkilat barədə çoxlu sayda müxtəlif iddialar səsləndirilmişdir. Kəllə və Sümüklərə yalnız kişi cinsdən, ağ dərili və protestant olanlar üzv ola bilərlər. Son illərdə qız tələbələrində təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar olsada, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları və təşkilat daxilindəki vəzifə və dərəcələləri, universitet rəhbərliyi başda olmaqla ictimaiətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. Pledge adı verilən namizədlər, üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və izlənmə prosesi uğurla başa catdırıldığı halda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Kəllə və Sümüklərs təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər.
Süni kəllə deformasiyası
Süni kəllə deformasiyası insan kəlləsinin məqsədli şəkildə deformasiyaya uğradıldığı bədən modifikasiyasıdır. Bu uşaq kəlləsinə qüvvə ilə təsir edərək onun normal böyüməsinin qarşısını almaqla edilir. Yastı, uzadılmış (iki odun arasında bağlanaraq), yuvarlaqlaşdırılmış (parçada bağlanaraq) və konus formasında olur. Əsasən, bu əməliyyat uşaq üzərində aparılır. Çünki bu vaxt kəllə elastik olur. Başın bağlanması təqribən doğumdan bir ay sonra başlayır və təqribən 6 ay davam edir. == Tarixi == Məqsədli şəkildə edilən kəllə deformasiyası coğrafi mövqeylərinə və mövcud olduqları dövrlərə görə fərqlənən bir çox mədəniyyətlərdə təcrübədən keçirilib və bu təcrübə hələ də Vanuatu kimi bəzi yerlərdə müşahidə edilir. Məqsədli şəkildə edilən insan kəlləsi deformasiyasının yazılı tarixdən əvvəl mövcud olduğu fikirləşilir. İlk nümunələrə İraqdakı Şanidar mağarasından olan ön Neolit Homo sapiens (eramızdan əvvəl IX minillik) tərkib hissəsi daxildir və həmçinin Cənub-qərbi Asiyadakı neolit insanları arasında da müşahidə edilib.. İlk əvvəl Şanidar mağarasının neandertal tərkib hissəsində tapılmış neandertal kəllələrinin on min illərcə edilən təcrübələrin ən qədimi olduğu və süni şəkildə formasının dəyişdirildiyi fikirləşilirdi, ancaq daha sonra bunun doğru olmadığı sübut edildi.
Onurğa beyninin aparıcı yolları
=== Ön ciyədə olan aparıcı yollar === Ön piramid yol ya ön qabıq-onurğa beyni yolu – lat. tractus pyramidalis s. corticospinalis anterior şüuri hərəki yoldur, beyin qabığının hərəki nahiyəsindəki piramid hüceyrələrin aksonlarından tərtib olunub, ön ciyənin içəri tərəfində yerləşmişdir. Bu yol ümumi piramid yolunun uzunsov beyində çarpazlaşmamış hissəsini təşkil edir və ön ciyə ilə aşağıya doğru gedərək döş seqmentlərinə dək davam edir. ön piramid yolu təşkil edən liflər (lat. fibrae corticospinales) onurğa beyində ayrı-ayrı seqmentlər səviyyəsində çarpazlaşıb ağ bitişməni əmələ gətirir və ön buynuzların hərəki hüceyrələrinə çatır. Örtük-onurğa beyni yolu – görmə-eşitmə reflektor yoludur, ön ciyədə ön piramid yolun içəri tərəfində yerləşmişdir; bu yol orta beyindən (dördtəpənin başlıca olaraq yuxarı qoşa təpəsindən və qismən aşağı qoşa təpəsindən) başlayıb, orada çarpazlaşıb və beyin kötüyünü keçərək onurğa beyninin ön ciyəsinə daxil olur və ön buynuzların hərəki hüceyrələri ilə rabitəyə girir. Görmə və eşitmə üzvlərindən orta beyin qapağına (dördtəpəyə) gələn impulslar (oyanmalar) lat. tractus tectospinalis vasitəsilə ön buynuzalrın hərəki hüceyrələrinə verilir və nəticədə müxtəlif hərəki reaksiyalar meydana çıxır (məsələn diksinmə hadisəsi). dəhliz-onurğa beyni (Lövental) yolu – lat.
Dmanisi kəllə sümüyü 5
Kəllə 5 və ya D4500 olaraq da bilinən Dmanisi kəllə, Gürcüstanın Dmanisi şəhərində aşkarlanan və erkən Homo erectus olaraq təsnif edilən beş kəllədən biridir. 2013-cü ilin oktyabr ayında bir nəşrdə təsvir edilən, təxminən 1,8 milyon yaşında olduğu təxmin edilən və bir Pleystosen homo növünün ən qədim kəllə sümüyü olub və qədim dövrün ilk tam yetkin hominin kəllə sümüyüdür.Tədqiqatçılara görə, bu kəşf "kiçik beyni olan erkən Homo'nun , ancaq bədən kütləsi, boyu və əza nisbətləri ilə müasir dəyişimə çatan yetkin fərdin olduğuna dair ilk sübutdur." Kəllə 2017-ci ildən bəri hələ də davam edən bir paleontoloji mübahisənin səbəbi olmuşdur: Homo rudolfensis və ya Homo habilis kimi fərqli növlərdən olduğu düşünülən bir çox hominin fosili ümumiyyətlə ayrı növ olmaya bilər. Daha doğrusu, tək inkişaf edən bir nəsil ola bilər. == Kəllə sümüyünün kəşf edilməsi == 1991-ci ildə gürcü alimi David Lordkipanidze Gürcüstanın Dmanisi mağarasında erkən insan məşğuliyyətinin izlərini tapdı. O vaxtdan bəri, ərazidə beş erkən hominin kəllə sümüyü aşkar edilmişdir. 2005-ci ildə tapılan Kəllə 5 daha qədim dövrün nümunəsidir. Əlavə təhlillərdən sonra 5 il əvvəl tapılan çənə (D2600) ilə birləşdirildi. Kəşfin son təhlili uzun illər çəkdi və yalnız 2013-cü ildə nəşr edildi. == Kəllə sümüyünün təsviri == Böyük bir Australopithecus böyüklüyündə bir beyin həcminə baxmayaraq, (546 kub santimetr) Homo erectusun bütün xüsusiyyətləri Kəllə 5-də açıqca görünür. Kəllə sümüyü 5-in görkəmli və kütləvi olan kəllə üstquruluşları, ehtimal ki, bir kişi olduğunu göstərir.

kəllə-onurğa sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#kəllə-onurğa nədir? #kəllə-onurğa sözünün mənası #kəllə-onurğa nə deməkdir? #kəllə-onurğa sözünün izahı #kəllə-onurğa sözünün yazılışı #kəllə-onurğa necə yazılır? #kəllə-onurğa sözünün düzgün yazılışı #kəllə-onurğa leksik mənası #kəllə-onurğa sözünün sinonimi #kəllə-onurğa sözünün yaxın mənalı sözlər #kəllə-onurğa sözünün əks mənası #kəllə-onurğa sözünün etimologiyası #kəllə-onurğa sözünün orfoqrafiyası #kəllə-onurğa rusca #kəllə-onurğa inglisça #kəllə-onurğa fransızca #kəllə-onurğa sözünün istifadəsi #sözlük