Labınkır gölü
Labınkır (saxa Лабыҥкыр) — Yakutiyanın şərqində Oymiyakon ulusu ərazisində yerləşən göl.
İndıqırka çayının yuxarı axarlarında yerləşən göl okean səviyyəsindən 1020 metr yüksəklikdə yerləşir. Gölün uzunluğu 14,3 km, maksimal eni 4,1 km təşkil edir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 52 metrdir. Gölün dibində anomal çatlar vardır. Bu çatın sayəsində dərinlik getdikcə artır. Suyun şəffaflığı 10 metrdir. Ən isti aylarda belə suyun temperaturu 9 °C keçmir. Dibində isə temperatur 1,3–2 °C arasında dəyişir. Havada −50 °C olarkən belə gölü suyu tədricən donur.