Latqale
Latqaliya və ya Latqale (latq. Latgola, latış. Latgale) — Latviyanın mədəni diyarı.
== Coğrafiya ==
Latqalenın Rusiya, Belarus və Litva ilə xarici sərhədi var. Bu bölgədə 2 dövlət tabeli şəhər (Dauqavpils və Rezekne) və 6 rayon (Balvi, Dauqavpils, Kraslava, Ludza, Preili və Rezekne) yerləşir.
== Rəmzləri ==
Latviyanın tarixi diyarlarının gerbləri, o cümlədən Latqale gerbi Latviya Seymi trərfindən rəsmən 2012-ci ilin martın 22-də qəbul olunub. Latqale qeyri-rəsmi bayrağı 2011-ci ilin mayın 14-də Vişki volosda təqdis olunub. Onun müəllifi Maris Rumaksdır.