* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [alm.] 1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. Sarı lent. Ağ lent. Qara lent. – “Ura” səsləri altında qırmızı lent kəsildi, stansiya işə salındı. M.İbrahimov. Gör qızların saçlarında; Necə ipək lentləri var! M.Dilbazi. Gördüm təyyarə meydanında sıralanıb; uzaq səfərli neçə-neçə; Gümüş rəngli insan tabutu; Üstündə lent – qara atlaz. R.Rza. 2. Orden və medal üçün müəyyən rəngdə və ölçüdə ipək zolaqcıq. Döşünə cərgə ilə orden və medal lentləri taxmış ortaboylu, kök, qoca kapitan nəvəsini qucaqladı. M.Süleymanov. 3. Müxtəlif materialdan kəsilmiş uzun, ensiz zolaq. Kağız lent. Teleqraf lenti. İzolyasiya lenti. // Bəzi nəqliyyat qurğularında, mexanizmlərdə intəhasız hərəkət edən parça zolağı. Konveyer lenti. Transportyor lenti. 4. məc. Ensiz, zolaq kimi uzanıb gedən, nəhayəti görünməyən. Yol getdikcə sarı bir lent kimi uzanırdı. – Yol gah lent kimi dərələrdən, gah da dağlardan keçirdi. Ə.Məmmədxanlı. Hər yan dəniz, yol ortadan: Lent kimi uzanırdı. M.Dilbazi. ◊ Kinematoqrafiya lenti – üzərinə həssas emulsiya çəkilmiş şəffaf, lentəoxşar plyonka. Maqnit lenti – qeyri-maqnit əsaslı elastik lentdən ibarət informasiya daşıyıcısı. Qayalar səsimi yazdı lentinə; Qaya maqnitafon dilləndi yenə; “Hey, hey! Bir dayan; Şövkətdir oxuyan, Habildir çalan!…” M.Araz. Pulemyot lenti – pulemyot patronlarını qoymaq üçün yuvacıqları olan ikiüzlü parusin zolaq. Pulemyot lentini doldurmaq.
Azərbaycan dilinin izahlı lüğəti / lent1 I LENT [Qəndab:] Əmidostum mənə don tikdi, başımı yudu, saçlarımı darayıb lent bağladı, məni məktəbə yola saldı (B.Bayramov); BANT Saçlarına rəngarəng bant bağlamış, əyninə güllü paltar geymiş qızımı çiçəklərdən seçmək olmurdu (Y.Əzimzadə). II lent bax film
Azərbaycan dilinin sinonimlər lüğəti / lent2 I сущ. лента: 1. узкая полоса ткани, употребляемая для украшения, отделки. İpək lent шёлковая лента, kapron lent капроновая лента, qırmızı lent красная лента 2. полоска шёлковой ткани определённого цвета, размера для орденского знака, медали. Orden lenti орденская лента 3. длинная узкая полоса из какого-л. материала, служащая для технических и др. надобностей. Teleqraf lenti телеграфная лента, kopirka (kopiya) lenti копировальная лента, izolyasiya lenti изоляционная лента, maqnitofon lenti магнитофонная лента, teletayp lenti телетайпная лента 4. бесконечно движущееся полотно в некоторых механизмах и устройствах. Konveyer lenti конвейерная лента, transportyorun lenti лента транспортёра 5. перен. то, что вьётся, тянется узкой длинной полосой. Yol lent kimi uzanırdı дорога тянулась, как лента II прил. ленточный: 1. относящийся к ленте. Lent istehsalı ленточное производство 2. выпускающий, изготовляющий, производящий ленты. Lent fabriki ленточная фабрика 3. предназначенный, служащий для производства лент. Lent maşınları ленточные машины, lent poladı ленточная сталь; kinematoqrafiya lenti кинематографическая лента, pulemyot lenti пулемётная лента; lentə yazma запись на магнитафонную ленту
Azərbaycanca-rusca lüğət / lent1 i. ribbon, fillet; (şlyapada) (hat-) band; teleqraf ~i (telegraph) tape; makina ~i typewriter ribbon; ~lə bəzəmək to ribbon (d.)
Azərbaycanca-ingiliscə lüğət / lent1 is. ruban m, bande f ; makina ~i ruban magnétique ; ~lə bəzəmək enrubanner vt
Azərbaycanca-fransızca lüğət / lent1 [alm.] сущ. 1. лента, лент (парчадин, кагъаздин ва мс. гуьтӀуь зул, цӀил); qırmızı lent яру лент; 2. пер. лент, зул; ** kinematoqrafiya lenti кинематографиядин лента (винел эмульсия алай киноплёнка); pulemyot lenti пулемётдин лента.
Azərbaycanca-ləzgicə lüğəti / lent