Libe sözü azərbaycan dilində

Libe

Yazılış

  • Libe • 33.3333%
  • LİBE • 33.3333%
  • libe • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ Libertarian Partiyası
Libertarian Partiyası (abbr. LP, ing. Libertarian Party) — ABŞ-də siyasi partiya.
Aviqdor Liberman
Aviqdor Liberman (ivr. ‏אביגדור ליברמן‏‎ 5 iyul 1958, Kişinyov) SSRİ-də anadan olmuş, əslən israilli siyasətçi. Hazırda İsrailin Müdafiə naziridir. O, 2009–2012 və 2013–2015-ci illər aralığında İsrail Xarici İşlər naziri vəzifəsində xidmət etmişdir. Bundan başqa, İsrail Baş Nazirinin müavini vəzifəsində də xidmət etmişdir. O, seçicilərinin əksəriyyəti keçmiş Sovet dövlətlərindən gələn immiqrantlar olan dünyəvi-milliyyətçi "Bizim ev-İsrail" partiyasının qurucusudur. 1990-cı illərdə bir milyona yaxın rusdilli immiqrantların İsrailə gəlməsindən sonra "Bizim ev-İsrail" partiyası koalisiya hökumətinin təşkil olunmasında əsas pay sahiblərindən biri olmuşdur.Liberman ilk dəfə 1999-cu ildə Knessetə üzv olmuş və bu vaxtdan etibarən hökumətdə bir neçə mühüm vəzifəni icra etmişdir. O, həmin vaxtdan indiyə qədər Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Strateji İşlər naziri, Baş Nazirin müavini, Xarici İşlər naziri və Müdafiə naziri vəzifələrini uğurla icra etmişdir. == Həyatı == Liberman 5 iyul 1958-ci ildə SSRİ-də (indiki Moldova, Kişinyov) anadan olmuşdur. Atası Lev (18 may 1921–2 iyul 2007) Qırmızı Ordu sıralarında xidmət etmiş, İosif Stalin hakimiyyətə gəldikdən sonra yeddi il Sibirdə sürgün vəziyyətində yaşamış yazıçı idi.
Avstraliya Liberallar Partiyası
Avstraliya Liberallar Partiyası (ing. Liberal Party of Australia; LP) — Avstraliyada əsas sağ mərkəzçi siyasi partiya. LP sol mərkəzçi Avstraliya Leyboristlər Partiyası ilə birlikdə Avstraliya siyasətindəki iki əsas partiyadan biridir. 1944-cü ildə yaradılmışdır.Partiyanın ideologiyası mühafizəkar, liberal-mühafizəkar, mühafizəkar-liberal və klassik liberal deyə qələmə verilmişdir. Liberallar Partiyası iqtisadi liberalizmi və sosial mühafizəkarlığı təşviq etməyə meyllidir. Partiyanın iki keçmiş lideri, Robert Menzis və Con Hovard Avstraliyanın ən uzun müddət vəzifədə olan iki baş naziridir.
Azərbaycan Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Azərbaycan Liberal Partiyası
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. == İdeologiyası == İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.
Azərbaycan–Liberiya münasibətləri
Azərbaycan–Liberiya münasibətləri — Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin may ayının 22-də qurulmuşdur.
Baccharis libertadensis
Baccharis libertadensis (lat. Baccharis libertadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası (nid. Algemene Centrale der Liberale Vakbonden van België / fr. Centrale Générale des Syndicats Libéraux de Belgique) və ya qısaca ACLVB/CGSLB — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Gent şəhərində yerləşir. == Tarixi == XX əsrin əvvəllərində yaradılmışdır. == Tərkibi == 230 000 üzvü var. == Fəaliyyəti == Üzvlərinin əməkhaqqı və əmək şəraitinə aid danışıqlarda iştirak edir.Ölkədə ofislər şəbəkəsi mövcuddur. == Daxili strukturu == Ərzaq və bölüşdürülməsi; Nəqliyyat; Kimyəvi; Maliyyə xidmətləri; Ağac, inşaat və sənaye; Qaz və elektrik; Metallurgiya; Tekstil; Xidmətlər; Qeyri-ticarət.
Daniel Libeskind
Daniel Libeskind(Daniel Libeskind; d. 12 may 1946, Lodz, Polşa) — yəhudi əsilli ABŞ memarı. == Həyatı == Yəhudilərin ən çalışqan memarlarından biri də irqçi təfəkkürə malik Daniel Libeskint adlı şəxsdir. O 1946-cı ildə Polşada dünyaya gəldi. İsraildə musiqi təhsilinə başladı. Amerikada rəssamlıq və riyaziyyat oxuduqdan sonra memarlıq ixtisasını seçdi və 1971-ci ildə İngiltərə memarlıq tarixi və nəzəriyyəsi üzrə yüksək ixtisasa sahib oldu. Libeskind şimali və cənubi Amerika və Avropa, Yaponya və Avstraliyanın müxtəlif universitetlərində dərs keçib. “Berlin muzeyinin Yəhudi Muzeyi bölməsi ilə genişləndirilməsi” beynəlmiləl müsabiqəsinin qalibi olub. Libeskindin qərbin kütləvi informasiya vasitələri ilə müxtəlif şəkillərdə insanlara təbliğ etdiyi memarlıq əsərlərindən biri də Berlin Yəhudi Muizeyidir. Berlin Yəhudi Muzeyi ikinci dünya müharibəsində öldürülmüş yəhudilərin xatirəsi üçün Berlində tikilib.
Digitalis libertiana
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Emilia libeniana
Emilia libeniana (lat. Emilia libeniana) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Klassik liberalizm
Klassik liberalizm — özəl mülkiyyəti, maneəsiz bazar iqtisadiyyatını, hüququn aliliyini, din və mətbuat azadlığının konstitusional qarantiyalarını, eləcə də azad bazara əsaslanan beynəlxalq sülhü dəstəkləyən ideologiyanı təyin etmək üçün istifadə edilən termin. Liberalizmin bir qoludur. Klassik liberallar fərdi azadlığa əsaslanan və bu azadlıqların qorunması ilə məhdudlaşdırılmış, cəmiyyətə yüksək üstünlük təmin edəcək bəzi xidmətlər göstərən bir dövlətin olması, geriyə qalan bütün funksiyalar azaldılaraq sərbəst bazar tərəfindən qarşılanmalıdır. İdeyaları klassik liberalizmə təsir edən insanlar arasında Con Lokk, Jan Batist Sey, Tomas Maltus və David Rikardo var. Onların fikirləri Adam Smitin Xalq Sərvətlərindən Biri Kitabında irəli sürülən klassik iqtisadi fikirlərə və təbii qanuna, utilitarizmə və tərəqqiyə inam üzərində quruldu. XX əsrdə iqtisadçılar Fridrix fon Hayek və Milton Fridmenin rəhbərliyi ilə klassik liberalizmə marağın canlanması baş verdi. Bəziləri klassik liberalizmin müasir inkişafını "neoklassik liberalizm" adlandırır. == Etimologiyası == Klassik liberalizm XIX əsrdə Avropa və ABŞ-də inkişaf etmişdir. XVIII əsrdə Klassik liberalizmin məlum ideyalar üzərində qurulmasına baxmayaraq, bu, yeni bir cəmiyyət tipinə, sənaye inqilabına və urbanizasiyaya cavab olaraq meydana gələn, hökumətə və ictimai münasibətlərə yönəlmişdir.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Kolumbiya Liberal Partiyası
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar. == Fəaliyyəti == Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi.
Liana Liberato
Liana Liberato—ABŞ kino və televiziya aktrisası.The best of me və Trust filmlərində oynadığı rollar ilə daha çox tanınıb.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Liberal Atatürkçülük
Liberal Atatürkçülük və ya Liberal Kamalizm, Türkiye Cümhuriyyətinin qurucu ideologiyası olan Kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsidir. Liberal Kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal Kamalizm, iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal Kamalizm, sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir.İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Liberal müsəlman hərəkatı
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.1688-ci ildə baş vermiş Şanlı inqilabın, 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır.
Liberal qanunilik
Liberal qanunilik — siyasətdə və hüquqda siyasətə qanuni konstitusional hüdudlar ilə məhdudlaşdırılacağına inanan ideologiya. Böyük Britaniya qanunlar üzrə alimi Adam Tomkins liberal qanuniliyi Birləşmiş Krallıqdakı siyasi konstitusionalizmdən fərqli olan liberal konstitusionalizm də adlandırılmışdır, hansı ki, nümunələrini ABŞ-də və Almaniyada görmək olar. O, "Bizim respublikaçı konstitusiyamız" kitabında irəli sürür ki, Böyük Britaniyanın idarəetmə sistemi, hansı ki, burada parlament hökumət nazirlərinə nəzarət edir, məhkəmə və hüququn icraedici qüvvəyə nəzarət etdiyi ABŞ-dən fərqli olaraq icraedici qüvvəni daha yaxşı nəzarət edir.Martin Laflin iddia edir ki, qanuni liberalizmin məqsədi "siyasəti hüququn qadağaları ilə məhdudlaşdırmaq"dır. Tomkins iddia edir ki, məhkəmə və konstitusiyalar icraedici və qanunverici qurumlara pis nəzarət edirlər, çünki onlar hərəkətə keçməzdən əvvəl məhkəmə qərarlarını gözləmək məcburiyyətində olurlar. Bu proses illərlə, hətta onilliklərlə davam edə bilər. Bu da məhkəmənin olduqca yavaş şəkildə hərəkətə keçdiyini göstərir. Tomkins Böyük Britaniyada olduğu kimi parlamentli rejimi üstün görür, çünki bu, hökumətlərə məhdudiyyətlər qoymaqda "daha əlverişli və daha effektivdir".Liberal qanunilik fikrinə qarşı çıxanlar adətən icraedici qüvvələrin siyasət qazanc əldə etmək üçün qanuni məhdudiyyətlərə məhəl qoymamaqlarını nümunə gətirirlər. Məsəlüçün, ABŞ prezidentləri Corc U. Buş və Barak Obama hərbi səlahiyyətlər qanununa qarşı saymazlıq etməsini buna nümunə kimi göstərmək olar.
Liberalizasiya
Liberalizasiya (və ya liberallaşdırma ) dövlət bir sıra fərdi fəaliyyətlərə məhdudiyyətlər qaldırdığı hər hansı bir prosesdir. Liberalizasiya qadağan edilmiş bir şey artıq qadağan edilmədikdə və ya hökumət tənzimləmələri rahat olduqda baş verir. "Liberalizasiya" termini iqtisadiyyatda iştirakın azaldılmasına aid olan iqtisadi liberallaşmanın müzakirəsində istifadə olunur, lakin digər kontekstlərdə də istifadə edilə bilər. == Qanunda == Sosial siyasətdə liberallaşdırma, məsələn, boşanma, abort və ya psixoaktiv dərmanları məhdudlaşdıran qanunların rahatlığına istinad edə bilər. Mülki hüquqlara gəldikdə, bu, homoseksualizmi qadağan edən qanunların, odlu silah və ya digər maddələrin mülkiyyətinə, eyni cins nigahına, irqi arvadlara və ya imanlılar arasında nigahya qarşı çıxan qanunların aradan qaldırılmasına aiddir.[mənbə göstərin] == İqtisadiyyat və ticarətdə == İqtisadi liberallaşma dövlət tənzimlənməsinin azaldılması və ya aradan qaldırılmasına aiddir və ya özəl biznes və ticarətdə məhdudiyyətlər nəzərdə tutur. [[[1]]] Ümumiyyətlə, ideologiyasına iqtisadi liberalizm deyilən azad bazarların və azad ticarətin müdafiəçiləri tərəfindən dəstəklənir. İqtisadi liberallaşdırma da tez-tez vergilər, sosial təminat və işsizlik müavinətlərinin azaldılmasını nəzərdə tutur. İqtisadi liberallaşma tez-tez özəlləşdirmə ilə bağlıdır, yəni biznesin, müəssisənin, agentliyin, ictimai xidmətin və ya ictimai mülkiyyətin mülkiyyətinin və ya xarici mülkiyyətin dövlət sektorundan özəl sektora köçürülməsi prosesidir. Məsələn, Avropa Birliyi qaz və elektrik bazarlarını liberallaşdırmış, rəqabət sistemi qurmuşdur. Fransanın EDF və İsveç Vattenfall kimi bəzi aparıcı Avropa enerji şirkətləri qismən və ya tamamilə dövlət mülkiyyətində qalırlar.

"libe" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#libe nədir? #libe sözünün mənası #libe nə deməkdir? #libe sözünün izahı #libe sözünün yazılışı #libe necə yazılır? #libe sözünün düzgün yazılışı #libe leksik mənası #libe sözünün sinonimi #libe sözünün yaxın mənalı sözlər #libe sözünün əks mənası #libe sözünün etimologiyası #libe sözünün orfoqrafiyası #libe rusca #libe inglisça #libe fransızca #libe sözünün istifadəsi #sözlük