Lipo sözü azərbaycan dilində

Lipo

Yazılış

  • Lipo • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı sıxlıqlı lipoproteinlər
Aşağı sıxlıqlı lipoproteinlər (ing. Low Density Lipoprotein qısa olaraq LDL)- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər. Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər.
Lipochaeta
Lipochaeta (lat. Lipochaeta) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lipochaeta connata (Gaudich.) DC. Lipochaeta degeneri Sherff Lipochaeta heterophylla A.Gray Lipochaeta kawaihoaensis St.John Lipochaeta lobata (Gaudich.) DC. Lipochaeta niihauensis St.John Lipochaeta ovata R.C.Gardner Lipochaeta porophila O.Deg. & I.Deg. Lipochaeta ├ù procumbens O.Deg. & Sherff Lipochaeta rockii Sherff Lipochaeta succulenta (Hook.
Lipochaeta laricifolia
Macraea (lat. Macraea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Lipopolisaxarid
Lipopolisaxarid (ing. Lipopolysaccharide; rus. Липополисахарид)- Lipoqlikan və endotoksin kimi tanınan lipololisaxaridlər (LPS) lipidA və O-antigen, kovalent rabitəli xarici və daxili nüvədən ibarət böyük molekullardır; onlar Gram-mənfi bakteriyaların xarici membranda aşkar edilir və heyvanlarda güclü immun sistemindən xəbər verir. Lipoliqosaxarid (LOS) termini bakterial lipopolisaxaridlərin aşağı molekulyar çəki formasını adlandırmaq üçün istifadə olunur. == Kəşf == LPS zəhərli fəaliyyəti ilk dəfə Riçard Friderik Johannes Pfeiffer tərəfindən aşkar olundu və o exotoksinlərdən fərqli olaraq “endotoksin” adlandırıldı, o qeyd etdi ki, toksinlər bakteriya məhv olan zaman bakteriyalar tərəfindən ətraf mühitə yayılır, endotoxinlər isə bakterial hüceyrə "çərçivəsində" saxlanılan toksinlərdir və yalnız bakterial hüceyrə divarının dağıdılmasından sonra ətrafa yayıla bilir.Sonrakı tədqiqatlar göstərdi ki, qram mənfi bakteriyalar olan LPS-in ətrafa yayılması bakterial hüceyrə divarının dağıdılması zəruriliyini tələb etmir, əksinə, LPS başqa zəhərlilik faktorlarını və zülalları özündə saxlayan bilən bakterial xarici membran qovuqcuqlarının (OMVs) formasında iştirak edən membran qovuqcuğunun normal fizioloji fəaliyyətinin hissəsi kimi gizlədilir.Son zamanlar “endotoksin” termini LPS-in sinonimi kimi istifadə olunur, buna baxmayaraq LPS-lə uyğun olmayan digər bakteriyalarla ifraz olunan bir neçə molekullar vardır ki, onlar Bacillus thuringiensislə ifraz olunan delta-endotoksin zülallarıdır. == Bakteriyada funksiyaları == LPS bakteriyaların struktur bütövlüyünün köməyi və membranı müxtəlif kimyəvi hücumlardan qoruyan gram-mənfi bakteriyaların xarici membranının əsas komponentidir. LPS eyni zamanda membran divarının mənfi yükünü artırır və ümumi membran strukturunu sabitləşdirməyə kömək edir. O, qram - mənfi bakteriya üçün mühüm əhəmiyyət kəsb edir, hansı ki məhv olduqda ya şəklini, ya da yerini dəyişir. LPS bir əksendotoksindir və normal heyvan immun sistemindən kəskin fərqlənir. O, həmçinin bakterial ekologiyanın yerüstü yapışma, baktereoloji həssaslıq və amöb kimi yırtıcılar ilə qarşılıqlı əlaqədə olan qeyri-patogen aspektlər ilə qarışdırılır.
Lipotidae
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Maryana Lipovşek
Maryana Lipovşek (sloven. Marjana Lipovšek 3 dekabr 1946, Lyüblyana) — Sloveniyalı opera müğənnisi (mezzo-soprano). == Bioqrafiyası == 1968-1970-ci illərdə Lyublyana Musiqi Akademiyasının rektoru, bəstəkar və pianoçu Maryana Lipovşekin (1910-1995) qızı. Doğma diyarında fortepiano məktəbini bitirib. 1970-1977-ci illərdə Qratsdakı Musiqi və Teatr Universitetində, 1978-ci ildə Vyanadakı Opera Studiyasında vokal üzrə təhsil alır. 1979-cu ildə Vyana Dövlət Operasında debüt edir. 1981-ci ildən Hamburq Opera Evində, Münhen Operasında şıxışlar edir. Almaniyanın ən böyük opera səhnələrində çıxış edir, Barselona, Zalsburq, Milan, Florensiya, London, Edinburq, Praqa, Çikaqo, Nyu-York, San-Fransiskonun teatr və festivallarında ifalarını səsləndirir. Lipovşekin vokal hissələrindən televiziyada Riçard Vaqner və Rixard Ştrausun operalarında səsləndirdiyi hissələr Yakob Ljes (1999) və Boz Zona (2001) filmlərində istifadə olunur. Vyana və Zalsburqda yaşayır.
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur.Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir.Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. == Tarixi == Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər. == Farmakokinetikası == Lipoik turşu üzərində aparılan tədqiqatlar onun oral yolla qida əlavəsi olaraq qəbulunun venadaxili damcı yolu ilə yeridilməsi üsulu ilə orqanizm tərəfindən mənimsənilməsi arasında fərqlər olduğunu üzə çıxardı. Bunu 2007-ci ildə insanlar üzərində aparılan müşahidələr zamanı aşkar etmişdilər.Lipoik turşu həm də antioksidant rolunu oynayır, orqanizmin daxili antioksidant sistemlərini bərpa edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.69

"lipo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lipo nədir? #lipo sözünün mənası #lipo nə deməkdir? #lipo sözünün izahı #lipo sözünün yazılışı #lipo necə yazılır? #lipo sözünün düzgün yazılışı #lipo leksik mənası #lipo sözünün sinonimi #lipo sözünün yaxın mənalı sözlər #lipo sözünün əks mənası #lipo sözünün etimologiyası #lipo sözünün orfoqrafiyası #lipo rusca #lipo inglisça #lipo fransızca #lipo sözünün istifadəsi #sözlük