gips sözü azərbaycan dilində

gips

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gips • 93.6264%
  • Gips • 6.3736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Gips (material)
Gips — inşaat materialı. == Ümumi məlumat == Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Duzdağ Gips Yatağı
Duzdağ Gips Yatağı — Babək rayonu ərazisində == Haqqında == Naxçıvan şəhərindən 10 km şimal-qərbdə Naxçıvan duz yatağından 3 km cənub-şərqdədir.Geoloji quruluşunda Sarmat mərtəbəsinin Alt, Orta və Üst yarımmərtəbələrinin tündqırmızı,yaşılımtıl-boz və tünd-boz rəngli əhəngdaşlarla növbələşən beş gips layı iştirak edir. Faydalı qatın lay üzrə ümumi qalınlığı 5-6 m; dərinliyə getdikcə qalınlıq azalır. Keyfiyyətinə görə I və II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 5361189 tondur. Yataq istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 109.
Gipsi-1
Gipsi - 1 - Tatarıstan Kama-Ustin rayonunda yerləşən gips qazıntılarıdır. Volqanın sahilində, Kuybışev su anbarının səviyyəsində 20 m yüksəklikdə, Tenişova qəsəbəsinin cənub-şərqində yerləşir. Bura heç yerdə rast gəlinməyən gips tullantıları ilə zəngindir və buda turistləri özünə cəlb edir. Bu tullantılar 1930-cı ildən gips yatağından gips çıxarılması zamanı yaranıb. 1950-ci ildə isə bu yatağın istismarı dayandırılmışdır. Onun 11 çıxışı mövcuddur. Burada istismardan sonra dəmir qalıqları və qatarların reysləri qalıbdı. 2005-ci ildə yenidən qəza baş verdi. 2011-ci ildə isə digər qəzadan sonra Avropa Tetşikov kömürçülərini ora daxil olmağı qadağan elədi. Onun divarları alpinistlərin istifadəsinə verilib.

gips sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Ağ və ya sarı rəngli mineral; kirəc (yandırılıb xırdalanmışı tikinti materialı kimi heykəltəraşlıqda, cərrahlıqda işlədilir). Gips yatağı. Suvaqlıq gips. // xüs. Həmin mineraldan (kirəcdən) düzəldilmiş. Dibçəklərin aralarında tunc, mərmər və gips heykəllər dururdu. M.Süleymanov. 2. tib. Sınmış, çıxmış sümükləri bitişdirmək və bədənin zədələnmiş hissəsinin hərəkətsizliyini təmin etmək üçün həmin mineraldan düzəldilən möhkəm sarğı. Gips qoymaq. Ayağı bir aydır gipsdədir. Gipsi çıxarmaq. Gipsə salmaq (gipsdən hazırlanmış sarğı ilə bağlamaq).

    Azərbaycan dilinin izahlı lüğəti / gips

gips sözünün etimologiyası

gips sözünün rus dilinə tərcüməsi

  • 1 1. гипс; 2. гипсовый;

    Azərbaycanca-rusca lüğət / gips
  • 2 I сущ. гипс: 1. минерал белого или жёлтоватого цвета; водная сернокислая соль кальция. Gips yatağı залежи гипса 2. подвергшийся обжигу безводный минерал в виде порошка белого цвета, употребляемый в строительных, лепных работах, скульптуре, в хирургии и пр. Yandırılmış gips жжёный гипс; строит. tikinti gipsi строительный гипс, qəlib gips формовочный гипс 3. скульптурное изображение из гипса. Muzeydə gips şöbəsi отдел гипса в музее 4. мед. твёрдая хирургическая повязка с гипсом, применяемая при переломах и вывихах. Gips qoymaq накладывать, наложить гипс, gipsi açmaq снять гипс II прил. гипсовый: 1. относящийся к гипсу. Gips zavodu гипсовый завод, строит. gips qəlibləri гисповые формы, gips sementi гипсовый цемент, мед. gips yatağı гипсовое ложе, gips texnikası гипсовая техника 2. сделанный из гипса. Gips məmulatları гипсовые изделия, gips suvağı строит. гипсовая штукатурка; gips sarğısı мед. гипсовая повязка

    Azərbaycanca-rusca lüğət / gips

gips sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. gyps(um); 2. (cərrahlıqda və s. işlədilən) plaster (of Paris); qolu ~ə qoymaq to put* the arm in plaster / in a plaster cast; 3. (heykəltəraşlıqda işlədilən) plaster cast

    Azərbaycanca-ingiliscə lüğət / gips

gips sözünün fransız dilinə tərcüməsi

gips sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] 1. гипс (1. лацу ва я хъипи рангунин минерал; киреж; 2. мед. гипсдикай расай хайи чкаяр кутӀундай затӀ; gipsə salmaq гипсина ттун (мес. гъил, кӀвач); 2. гипсдикай авур; гипсдин.

    Azərbaycanca-ləzgicə lüğəti / gips

"gips" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gips nədir? #gips sözünün mənası #gips nə deməkdir? #gips sözünün izahı #gips sözünün yazılışı #gips necə yazılır? #gips sözünün düzgün yazılışı #gips leksik mənası #gips sözünün sinonimi #gips sözünün yaxın mənalı sözlər #gips sözünün əks mənası #gips sözünün etimologiyası #gips sözünün orfoqrafiyası #gips rusca #gips inglisça #gips fransızca #gips sözünün istifadəsi #sözlük