lülə sözü azərbaycan dilində

lülə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lülə • 89.0995%
  • Lülə • 10.9005%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyəli hissəsidir.
Lülə kabab
Lülə kabab - qıymadan uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Aşağı Lüləkabad (Salmas)
Aşağı Lüləkabad (fars. لولك ابادسفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 143 nəfər yaşayır (23 ailə).
Lüləburqaz
Lüləburqaz (türk. Lüleburgaz, türk: [lyˈlebuɾɡaz]) — Türkiyənin Mərmərə regionundakı Kırklareli vilayətinin ən böyük şəhəri və rayonu. Şəhər Rumelidə, tarixi Şərqi Frakiya regionunda, Bolqarıstanla sərhəddə yerləşir. Şəhərdə adətən XIX əsrdən Türkiyəyə köçmüş Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və keçmiş Yuqoslaviyadan olan Balkan türkləri yaşayır. Lüləburqaz iqtisadi cəhətdən əczaçılıq və elektron sənayesi, eləcə də kənd təsərrüfatı üçün mühüm istehsal mərkəzidir. Şəhər eyni zamanda, İstanbul-Qapıqüllə Regional Qatarı vasitəsilə İstanbul və Ədirnəyə, Balkan Ekspresi və Boğaziçi Ekspresi ilə Plovdiv, Sofiya, Belqrad, Buxarest və Budapeştə bağlanır. Bundan başqa, Lüləburqaz avtomobil və dəmir yolu nəqliyyatının mərkəzidir. Şəhər əvvəllər Roma imperatoru Diokletian tərəfindən 294-cü ildə qurulan Roma vilayətinin paytaxtı olmuşdur. == Tarixi == Şəhərin qədim adı Berquladır. İmperator I Feodosi onu oğlu və varisi Arkadinin şərəfinə Arkadiopol olaraq dəyişdirmişdir.
Lülədərə-i Hacınəcəf (Pərsabad)
Lülədərə-i Hacınəcəf (fars. لوله درق حاج نجف‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (91 ailə).
Lüləkəran
Lüləkəran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 626 nəfərdir. == Toponimiyası == Kəndin adı talış dilində Lüləkon şəklində tələffüz edilir. Oykonim lülə (dar), talış dilindəki kə (ev) və -on (cəm şəkilçisi) komponentlərindən düzəlib, “dar evlər” mənasındadıdr. Bəzi tədqiqatçılar kəndin adını talış dilindəki liləkon (yamacdakı evlər) sözü ilə əlaqələndirirlər.
Lüləsaz
Lüləsaz (əvvəlki adı: Akop Kamari) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
Qışlaq-i Lülədərəcəmşid (Pərsabad)
Qışlaq-i Lülədərəcəmşid (fars. قشلاق لوله دره جمشيد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Lülədərəhacıhəsən (Pərsabad)
Qışlaq-i Lülədərəhacıhəsən (fars. قشلاق لوله دره حاجي حسن‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (41 ailə).
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Süfla (Kəleybər)
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Süfla (fars. قشلاق لوله دره حاج مين باشي سفلي‎) və ya Aşağı Lülədərəhacımeynbaşı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Ülya (Kəleybər)
Qışlaq-i Lülədərəhacımeynbaşı-i Ülya (fars. قشلاق لوله دره حاج مين باشي عليا‎) və ya Yuxarı Lülədərəhacımeynbaşı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 27 nəfər yaşayır (6 ailə).
Yuxarı Lüləkabad (Salmas)
Yuxarı Lüləkabad (fars. لولك ابادعليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 82 nəfər yaşayır (15 ailə).
Lüləaltı qumbaraatan
Lüləaltı qumbaraatan — əl silahına, adətən avtomata quraşdırılmış əlavə bir hissə şəklində hazırlanmış qumbaraatan. == Məqsəd == Lüləaltı qumbaraatan düşmənin canlı qüvvəsini və zirehli maşınlarını məhv etmək üçün istifadə olunur. Xüsusi döyüş sursatları (qumbaraatanların mərmiləri) bunun üçün bir qutuda yerləşdirilən qumbara və hərəkətverici barıtı birləşdirərək istifadə olunur. Atəş üçün bir qumbaraatan hücum tüfənginin lüləsi altına quraşdırılır. Tətiklər və nişangahlar sol əllə atəş açmaq üçün nəzərdə tutulmuşdur (sağ əl ilə maşını əsas atəş idarəetmə tutacağından tutulur).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.90
2007 •••• 0.21
2008 •••••••• 0.49
2009 •••••••••••• 0.80
2010 •••••• 0.36
2011 •••••••• 0.51
2012 •••••••••••••••••••• 1.38
2013 ••••• 0.29
2014 ••••• 0.34
2015 ••••••••••••••• 1.02
2016 •••••• 0.35
2017 •••••••••••• 0.81
2018 ••••••• 0.45

lülə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. – Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl … avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən. 2. Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə. – [Xortdan:] …cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Ə.Haqverdiyev. Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi. S.Rəhimov. // Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap. 3. anat. Qolda, qıçda: boru şəklində içiboş sümük. [Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı. H.Nəzərli. 4. bax lüləkabab.

    Azərbaycan dilinin izahlı lüğəti / lülə

lülə sözünün sinonimləri (yaxın mənalı sözlər)

lülə sözünün rus dilinə tərcüməsi

  • 1 1. жерло, ствол; 2. струя; 3. сосулька; 4. кран, носик; 5. трубка; полый; свернутый в трубку предмет;

    Azərbaycanca-rusca lüğət / lülə
  • 2 сущ. 1. ствол (часть огнестрельного оружия в виде трубы, через которую проходит пуля или снаряд). Tüfəng lüləsi ружейный ствол, topun lüləsi ствол орудия. 2. трубка (длинный пустотелый предмет, обычно круглого сечения). Kağız lüləsi бумажная трубка, rezin lülə резиновая трубка 3. носик (выступающая в виде трубки часть чайника, кувшина и т.п., через которую выливают жидкость) 4. струя воды. Lülənin dinamik xassələri динамические свойства струи 5. сосулька Buz lülələri сосульки льда 6. см. lüləkabab

    Azərbaycanca-rusca lüğət / lülə

lülə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. muzzle; barrel, tube; top ~si a gun muzzle / tube; tüfəngin (silahın) ~si the barrel of a rifle; 2. (çaynik və s. haq.) tar, stopcock; spout; çaydanın ~yi spout of a teapot; 3. (kağız və s.-dən bükülmüş) roll, scroll, hollow; 4. icicle; cornice; buz ~si (sırsıra) icicle II. s.: ~ sümük shin

    Azərbaycanca-ingiliscə lüğət / lülə

lülə sözünün fransız dilinə tərcüməsi

lülə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. луьле (1. тфенгдин, тупунин ва мс. патрум твадай турба хьтин пай; 2. турба хьиз элкъуьрна, арушна кӀватӀнавай затӀ (мес. кагъаз, парча); 3. кил. lüləkabab); 2. анат. кфил (кӀвачин ва я гъилин турба хьтин къен буш кӀараб).

    Azərbaycanca-ləzgicə lüğəti / lülə

lülə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Şəki) boru. – Beş dənə arşınnıx lülə aldım; – Dağdan suyu lüləynən gətirdilər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"lülə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lülə nədir? #lülə sözünün mənası #lülə nə deməkdir? #lülə sözünün izahı #lülə sözünün yazılışı #lülə necə yazılır? #lülə sözünün düzgün yazılışı #lülə leksik mənası #lülə sözünün sinonimi #lülə sözünün yaxın mənalı sözlər #lülə sözünün əks mənası #lülə sözünün etimologiyası #lülə sözünün orfoqrafiyası #lülə rusca #lülə inglisça #lülə fransızca #lülə sözünün istifadəsi #sözlük