* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. [Qətibə xanım:] Səba xanım, özümü çox fəna hiss edirəm, Qutluğu lələsinə tapşırın. M.S.Ordubadi. Hacı Səmsam … başqa mülkədarlar kimi oğlu üçün lələ saxlamırdı. P.Makulu. 2. Böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilir. [Fərhad:] Eybi yoxdur, gəlin içəri, xoş gördük, lələlərim. Ə.Haqverdiyev. Lələ, səndən bir şey soruşacağam, gizləmə, doğrusunu söylə. S.S.Axundov. [Qədir:] Ay lələ, yavaş sürün!… Mir Cəlal. // dan. Hörmət üçün özündən böyük adamın adına əlavə olunur. [Rəhim:] Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Ə.Haqverdiyev. [Məstan:] Qoy Tapdıq lələ … qağamdan danışsın. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / lələ2 keçmişdə varlı ailələrdə oğlanların tərbiyəsi ilə məşğul olan; bəzi yerlərdə böyük qardaşa da "lələ" deyirlər.
Azərbaycan kişi adlarının izahlı lüğəti / lələ3 Dastanlarda, əsasən, “oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olan adam” mənasında işlənir. Dialektlərdə ata, böyük qardaş, baba, nökər mənalarında da işlənir. – Elmlər qurtardı, tay gedə bilərsən. Bunnan sonra mən oldum sənin lələn. (“Abdulla və Cahan”) * Lələ köçüb yurdu ağlayır. (“Alı xan”)
Azərbaycan dastanlarının leksikası / lələ1 “Tərbiyəçi” anlamında işlədilib, çox dillərdə var: “böyük qardaş” (мордов), “əmi” (eston) mənalarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / lələ2 сущ. 1. устар. гувернёр (воспитатель детей в богатых семьях) 2. обращение к старшему брату, знакомому мужчине, старшему по возрасту 3. дядя (в сочет. с собств. именами в знак уважения). Məmməd lələ дядя Мамед ◊ lələ köçüb yurdu qalıb и след простыл у кого
Azərbaycanca-rusca lüğət / lələ1 i. governor; a person who brought up children (boys) of the rich families; undertutor (and attendant)
Azərbaycanca-ingiliscə lüğət / lələ1 is. gouverneur m, gouvernante f ; précept//eur m, -rice f ; frère m, oncle m
Azərbaycanca-fransızca lüğət / lələ1 сущ. 1. виликра варлубурун хзанра гада аялриз тербия гудай кас; тербиячи; 2. чӀехидав, яшлу касдив рахадамаз лугьудай гаф.
Azərbaycanca-ləzgicə lüğəti / lələI (Ağdaş, Bolnisi, Salyan, Borçalı, Çənbərək, Gədəbəy, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Salyan, Tovuz, Yevlax) ata. – Bilmirəm bu lələm də hara getdi (İsmayıllı); – Ay lələ, navax gedəjəη qışdağa (Gədəbəy) II (Ağdaş, Balakən, Gədəbəy, Gəncə, Kürdəmir, Qazax, Quba, Zərdab) böyük qardaş. – Mən lələmi çox isde:rim (Gədəbəy); – Lələm bizi çox isdiyir (Zərdab) III (Quba, Salyan) nökər IV (Tovuz, Zərdab, Salyan) baba. – Lələm savah to:uza gedəjəx’ (Tovuz) V (Təbriz) uşaq saxlayan. – Varrılar lələ tutardıla
Azərbaycan dilinin dialektoloji lüğəti.