maddi-t sözü azərbaycan dilində

maddi-t

Yazılış

  • maddi-t • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür. O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. V erilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
Maddi mədəniyyət
Maddi mədəniyyət sosial reallığın obyektlərə və memarlığa əsaslanan cəhətidir. O, obyektlərin istifadəsini, istehlakını, yaradılmasını və ticarətini, habelə obyektlərin iştirak etdiyi davranışları, normaları və ritualları əhatə edir. Bəzilərinə başqa mücərrəd hadisələr də daxildir. Termin ən çox arxeoloji və antropoloji tədqiqatlarda xüsusi mədəni və tarixi kontekstlərdə materialları və ya artefaktları təsvir etmək üçün istifadə olunur.Maddi mədəniyyət qeyri-maddi simvolları, inancları və sosial strukturları özündə birləşdirən simvolik mədəniyyətlə ziddiyyət təşkil edir.
T
Latın qrafikalı Azərbaycan əlifbasında 27-ci hərf, 23 samitdən biri. Kar samitdir.
T.A.T.u.
t.A.T.u. (rus. Тату) — "Tatu" beynəlxalq səviyyədə tanınmış ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis, həm də rus dillərində Rusiyanın, Böyük Britaniyanın, ABŞ-nin və digər ölkələrin hit paradlarında yer alıb. Onların debütu, 2002-ci ildə ingilis dilində yazılmış, "All the Things She Said" bütün dünyada ilin ən uğurlu sinqlarından biri seçilmişdir. "Tatu" ilk və yeganə rus "IFPI" mükafatı qazanan qrup sayılır. == Qrupun yaradılması == "Tatu" dueti üçün bəstəkar Aleksandr Voitinski və 1999-cu ildə ssenarist Ivan Shapovalov tərəfindən reklam yaradılmışdır. Shapovalov və Voitinski tərəfindən Lena Katina qrupun solist rolu üçün seçilir. Sonra Ivan Shapovalov duet yaratmaq qərarına gəlir və Lena Katina qrupa daha bir qız dəvət edir. O, Yuliya Volkovanı dəvət edir, onun namizədliyi isə Shapovalov tərəfindən təsdiq edilir.
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyası Qeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəri Burada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Tələbələrə maddi yardım
Tələbələrə maddi yardım (və ya tələbə maddi dəstəyi və ya tələbə yardımı) — təhsilini davam etdirən şəxslərə verilən maliyyə dəstəyi. Tələbə maliyyə yardımı təqaüdlər, qrantlar, tələbə kreditləri və iş üzrə təhsil proqramları da daxil olmaqla bir sıra formalarda ola bilər. Tələbələrə maliyyə dəstəyi göstərməyin bu üsullarının hər birinin öz üstünlükləri və çatışmazlıqları var. == Maliyyə yardımı proqramı == Bir çox ölkələrin tələbələri üçün bir növ maliyyə yardımı proqramı var. Hamı üçün nominal qiymətə təhsil verən ölkələrdə maliyyə yardımı ailənin iqtisadi vəziyyətindən daha çox təhsil statusu ilə yalnız üçüncü dərəcəli əlaqəyə malik ola bilər və tələbələrin maliyyə dəstəyi əsasən dolayıdır. Məsələn, Belçikada tələbə krediti sistemi yoxdur və bilavasitə dəstək yalnız aztəminatlı ailələrdən olan tələbələrə olur, tələbələrin çox məhdud hissəsinə yardım maddi cəhətdən yoxlanılmış qrantlar şəklində verilir.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
E.T.
“E.T.” – Keti Perrinin üçüncü studio albomu olan “Teenage Dream” albomundan olan sinql. Mahnının müəllif və prodüserləri Dr. Luke, Max Martin, Ammo və Keti Perridir. Mahnı müğənninin albomundan üçüncü təbliğat sinqlı kimi 17 avqust, 2010 – cu ildə çıxarılmışdır. Daha sonra mahnı albomun dördüncü sinqlı kimi 16 fevral 2011 – ci ildə satışa çıxarılmışdır. Mahnının sinql versiyasında ABŞ repçisi Kanye Vestin də ifası əlavə edilmişdir. “Taqqıltı-taqqıltı-alqış” vurğusu üzərində qurulmuş mahnının musiqisi Queen qrupunun məşhur "We Will Rock You" (1977) mahnısını xatırladır. “E.T.” “yad dünyadan gələn varlığa qarşı olan məhəbbət”dən bəhs edən elektronik balladadır. Yerdən kənar məcazların istifadə edildiyi mahnı arasında, Vestin söylədiyi rep də mövzuya uyğundur və onun ifasını Auto-Tune müşayət edir. Hər dəqiqədə yetmiş altı vuruş olmaqla mahnı yavaş temp üzərində qurulmuşdur.
T-37
T-37 yüngül amfibiya tank əsaslı Fransa istehsalı olan AMR 33 nəqliyyat vasitəsindən müəyyən xüsusiyyətlərin götürülməsi ilə SSRİ tərəfindən 1930-cu ildə hazırlanmış amfibiya kəşfiyyat vasitəsidir. Dünyanın ilk amfibiya tankı olan bu tank sonralar yerini T-38 tankına buraxmışdır. Asqı sistemi yaylı, əməliyyat mənzili 185 km, maksimum sürəti 35 km/s təşkil edir.
T-38
T-38, bir Sovet amfibiya yüngül tankıdır. Tank T-37A tankının təkmilləşdirilmiş bir modeli olub SSRİ tərəfindən İkinci dünya müharibəsi dövründə istifadə edilmişdir. 1940-cı ildə yerinə T-40 tankları hazırlanmışdır. Asqı sistemi yaylı boji, əməliyyat mənzili 170 km, maksimum sürəti 40 km/s olmuşdur.
T-40
T-40, SSRİ mənşəli amfibiya yüngül tankıdır. Tank, T-38 tankını əvəzetmə məqsədi ilə yaradılmışdır. O dövrdə körpüsüz çay keçə bilən bir neçə tankdan biri idi və əsasən də kəşfiyyat bölüklərinə verilirdi. Hərəkət mənzili 450 km, maksimum sürəti 45 km/s təşkil etmişdir. Asqı sistemi burulma çubuğu olmuşdur.
T-44
T-44 - Sovet orta tank.
T-54
T-54 - SSRİ istehsalı olan orta tank. Sovet Ordusuna 1946-cı ildə qəbul edilib, 1947-ci ildən modernləşdirilməsinə başlanılıb. T-54 tankının çəkisi 36.6 ton, uzunluğu 6.04 metr, həcmi 3.27 metr, hündürlüyü 2.40 metrdir. Tankın maksimum sürəti saatda təxminən 48 kilometr, hərəkət mənzili 325 kilometrdir (201.9 mil). Başqa tanklarla birlikdə bu tankın hərəkət mənzili artaraq 610 kilometrə (379 mil) çatır. V-12 dizel yanacağı ilə işləyir tankın mühərriyi. Əsas silahı 100 mm-lik D-10T topudur. Tankda bundan əlavə 7.62 mm-lik SGMT pulemyotu və 12.7mm-lik DŞK pulemyotu quraşdırılıb. Tank 1946-1981-ci illər arasında SSRİ-də, 1956-1979-cu illər arasında Polşada, 1957-1983-cü illər arasında isə Çexoslovakiyada istehsal edilmişdir. Bu tankdan təxminən 86.000—100.000 arasında istehsal edilmişdir.
T-55
T-55 – sovet döyüş tankı. İlk dəfə 1947-ci ildə döyüş texnikası siyahısına qəbul edilmiş, T-54 tankını əvəz etmişdir. == Tarixi == İkinci Dünya Müharibəsinin bitməsilə, T-34 tankı Sovet Sosialist Respublikaları İttifaqının ümumi olaraq istifadə etdiyi əsas müharibə tankı halına gəlmişdir; bundan əlavə M1944 kodlu 85mm-lik topla təchiz edilmiş alt modeli (T34/85) də döyüş daxilindəki ən yaxşı tanklardan biri olaraq qəbul edilirdi. Buna baxmayaraq, döyüş sonrası dünyadakı qütbləşmə Sovetləri T-34 tankının yerinə keçəcək yeni bir ana müharibə tankı axtarışına yönləndirdi. Bu yeni tanka ilkin keçid üçün T-34 tankını inkişaf yoluna da getdilər. T-34-dən törəyən bu tank T-44 adlandırıldı. 1944-cü ildən başlayaraq çox sayda fikir üzərində çalışılsa da, dizayn etmə mərhələsinə çox qısa bir zaman ayrılması ucbatından bir çox problem ortaya çıxdı və T-44 quru tankı olma hədəfinə belə çatmadı. Beləliklə, Sovet mühəndisləri tamamilə yeni bir tank üzərində çalışmağa başladı. 1949-cu ildə layihə meyvəsini T-54 tankı olaraq verdi. Bu tank dizayn olaraq tamamilə yeni idi.
T-60
T-60, SSRİ mənşəli yüngül tankdır. Tank, T-38 amfibiya tankının əvəzinə hazırlanmış və Qırmızı Ordu tərəfindən İkinci dünya müharibəsi dövründə aktiv şəkildə istifadə edilmişdir. Ümumi olaraq 6,292 ədəd istehsal edilmişdir. Asqı sistemi burulma çubuğu, yanacaq tutumu 320 litr, əməliyyat mənzili 450 km, maksimum sürəti 44 km/s təşkil edir.
T-62
T-62 (obyekt 166) — sovet orta çəkili tankıdır. T-55 tankı əsasında yaradılmışdır. SSRİ-də 1961-dən 1975-ci ilə qədər istehsal edilirdi. 115 millimetrlik kalibrə sahib olan yivsiz lüləli topa malik dünyada ilk kütləvi şəkildə istehsal edilmiş olan tankdır. İstehsalçı ölkə: SSRİ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Uralvagonzavod İstehsal tarixi: 1961 – 1980 Xidmətə giriş ili: 1961 – günümüzə İstehsal sayı: 22.700 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 37 – 41 ton Uzunluğu: 6.63 m Lülə daxil olmaqla: 9.33 m Lülənin uzunluğu: 6.05 m Eni: 3.3 m Hündürlüyü: 2.39 m Klirens: 0.43 m == Müdafiə == Zireh qalınlığı: 242 mm diyirlətmə polad və tökmə homogen 82 mm-lik 902B sis bombaları Dinamik müdafiə: D-3 Aktiv müdafiə: 1030M “Drozd” NBC qorunma == Performans == Zəminə təzyiq: 0,75 kq/sm ² Dalış dərinliyi: 1,4 m (şnorkelsiz), 5 m (şnorkellə) Xəndək keçmə: 2.85 m Divar dağıtmaq: 0.8 m Qalxma dərəcəsi: 32º Motor: V-55V dizel At gücü: 690 Maksimal sürət: 50 km/saat Mənzili: 650 km Dayandırılması: fərdi burulma bar == Silahlanma == Əsas silahı: 115 mm-lik “2A20” yivsiz topu Kalibr: 115 mm Lülənin qalxma bucağı: –6º... +16º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 1615 metr/saniyə Atış tezliyi: 5 atış/dəqiqədə Atəş məsafəsi: 5 km Maksimal atəş məsafəsi: 9 km Mərmi sayı: 40 ədəd –7.62 mm- “SQMT” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x54 mm R Atış tezliyi: 700 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 2.3 km Maksimal atəş məsafəsi: 3.8 km – 7.62 mm PKTM pulemyotu Kalibr: 7.62 mm Atış tezliyi: 750 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km – 12.7 mm-lik “DŞK” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7x108 mm Atış tezliyi: 1200 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 860 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 3.5 km == Hazırlanması tarixi == SSRİ-də 1950-ci illər ərzində silahlanmada əsas orta ölçülü tank T-54/T-55 olaraq qalırdı. Tankın daimi təkmilləşdirməsinə, həmçinin atəş gücünün artırılmasına baxmayaraq, əsas silah topu D10-T olaraq qalırdı. 1961-ci ilə qədər yalnız kalibrli zirehdeşən mərmiləri olan D10-T 1950-ci illərin ortasına artıq yeni ABŞ orta tankı M 48-in effektiv məhvini təmin etmirdi. Qərb tankları o vaxta öz döyüş komplektində ayrılan altlıqlı zirehdeşən kalibrli mərmilərə və kumulyativ mərmilərə malik idi. Bu mərmilər normal məsafəli döyüşdə sovet tankının zirehini asanlıqla dağıdırdı.
T-64
T-64 — 1960-cı illərin başlarında istehsalına başlanılmış SSRİ mənşəli əsas döyüş tankı olub, T-72 tankları ilə paralel dizayn xüsusiyyətlərinə malikdir və SSRİ xaricinə ixrac edilməmişdir. 1985-ci ildə T-72B modeli çıxana qədər bir çox baxımdan T-72 tanklarından üstün olmuşdur. T-80 tankları bu tank modeli əsasında istehsal edilmişdir. Hal-hazırda Rusiyanın ən müasir tankı hesab edilən T-90 tankları isə T-72 tanklarının modeli üzərində istehsal edilmişdir. Bu tank ikinci nəsil əsas döyüş tanklarının ilki olub, o zamankı, NATO qüvvələrinə məxsus olan əsas döyüş tankları olan M48 Patton, M60 Patton, Centurion, Chieftain, AMX-30 tanklarından həm zireh qorunmasına, həm də atəş gücünə görə onlardan çox güclü idi. Tankın zirehi şüşə tərkibli plastik və poladdan ibarətdir ki, bunun da ümumi qalınlığı 450 mm edir. Gövdə & tank qülləsi - 370 mm-dən 440 mm-ə qədər APFSDS mərmilərindən və 500 mm-dən 575 mm-ə qədər HEAT mərmilərindən qorunma xüsusiyyətlərinə sahibdir. Tankın zirehinə istəyə görə ERA plitələri də əlavə etmək mümkündür. == Ümumi baxış == T-64 tankı Xarkovda T-54 tanklarının konstrukturu olan Aleksandr A. Mozorov tərəfindən daha üstün bir tank olaraq dizayn edilmişdir. Tankın maksimal sürəti versiyalarına görə 45–60 km/saat (28-37 mil/saat) arasında dəyişir.
T-72
T-72 — sovet istehsalı olan əsas döyüş tankı. İstehsalına ilk dəfə 1971-ci ildə başlanmışdır. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır, istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20,000 ədəd bu tankdan istehsal edilmişdir. T-72 tankları ilk dəfə 1973-cü ildə istifadəyə verilib. İlk dəfə olaraq 1977-ci ildə görülmüşdür. T-64 ilə eyni zamanda hazırlanıb. T-64 ilə aralarında aşkar mexaniki və dizayn fərqləri vardır. T-64 ardıcıllığı bu gün T-80 ilə davam edərkən T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir. Körfəz müharibəsi zamanı İraqın bütün T-72 tankları ABŞ-nin termal kameralı M1 Abrams tankları tərəfindən məhv edilmişdir.
T-80
T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur. == İstehsal tarixçəsi == Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu. Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir.
T 44
T-44 - Sovet orta tank.
T 54
T-54 - SSRİ istehsalı olan orta tank. Sovet Ordusuna 1946-cı ildə qəbul edilib, 1947-ci ildən modernləşdirilməsinə başlanılıb. T-54 tankının çəkisi 36.6 ton, uzunluğu 6.04 metr, həcmi 3.27 metr, hündürlüyü 2.40 metrdir. Tankın maksimum sürəti saatda təxminən 48 kilometr, hərəkət mənzili 325 kilometrdir (201.9 mil). Başqa tanklarla birlikdə bu tankın hərəkət mənzili artaraq 610 kilometrə (379 mil) çatır. V-12 dizel yanacağı ilə işləyir tankın mühərriyi. Əsas silahı 100 mm-lik D-10T topudur. Tankda bundan əlavə 7.62 mm-lik SGMT pulemyotu və 12.7mm-lik DŞK pulemyotu quraşdırılıb. Tank 1946-1981-ci illər arasında SSRİ-də, 1956-1979-cu illər arasında Polşada, 1957-1983-cü illər arasında isə Çexoslovakiyada istehsal edilmişdir. Bu tankdan təxminən 86.000—100.000 arasında istehsal edilmişdir.
T 95
T-95 — dördüncü nəsil Rusiya tankı. TARİXİ Layihə haqqında ilk dəfə 1995-ci ildə məlumat verildi [sitat lazımdır] və 2000-ci ildə Rusiyanın rəsmi mənbələri tərəfindən elan edildi, lakin heç bir konkret məlumat açıqlanmadı. 2009-cu ildə təqdim edilməli idi, lakin dəfələrlə gecikdirildi. Rusiya hökuməti 2010-cu ilin mayında layihədə iştirakını dayandırdı və bütün maliyyəni geri götürdü. Bu tank haqqında məlumatların əksəriyyəti spekulyativ idi. Dizayn, ehtimal ki, hazırda xidmətdə olan Sovet dövründəki tanklardan əhəmiyyətli dərəcədə fərqli idi. Xüsusilə, onun adaptiv xüsusiyyətlərə malik yeni hidropnevmatik asqının olması gözlənilirdi və bütün ekipaj, görünür, tankın digər komponentlərindən təcrid olunmuş korpusun içərisindəki möhürlənmiş bölməyə yerləşdiriləcəkdi. T-95 tanka media tərəfindən verilən ad idi; rəsmi ad deyildi. Dərc edilmiş mənbələrə görə, "Obyekt 195" adlı yeni tankın hazırlanması 1990-cı illərin əvvəllərində Uralvaqonzavod konstruktor bürosunda başlamışdır. Tankın prototipini 2000-ci ildə Rusiyanın müdafiə naziri İqor Sergeyev elan edib.
T topu
T — futbol topu Bu top ilk dünya çempionatında istifadə edildiyi üçün çox önəmlidir. Dəri və ağır olan bu top ilk mundialın finalında böyük ajiotaj yaratdı. Belə ki, topdan şikayət edən Argentina və Uruqvay yığmaları ilk hissədə “albiselesta”nın, ikinci hissədə isə uruqvaylıların şəxsi topu ilə oynamalı oldular.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"maddi-t" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maddi-t nədir? #maddi-t sözünün mənası #maddi-t nə deməkdir? #maddi-t sözünün izahı #maddi-t sözünün yazılışı #maddi-t necə yazılır? #maddi-t sözünün düzgün yazılışı #maddi-t leksik mənası #maddi-t sözünün sinonimi #maddi-t sözünün yaxın mənalı sözlər #maddi-t sözünün əks mənası #maddi-t sözünün etimologiyası #maddi-t sözünün orfoqrafiyası #maddi-t rusca #maddi-t inglisça #maddi-t fransızca #maddi-t sözünün istifadəsi #sözlük