Mazda sözü azərbaycan dilində

Mazda

Yazılış

  • Mazda • 96.9309%
  • MAZDA • 2.0460%
  • mazda • 1.0230%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Ahura Mazda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Mazda 3
Mazda 3 — Yapon avtomobil istehsalçısı Mazda tərəfindən 2004-cü ildən bu günə kimi istehsal olunan sedan. Yaponiyada Mazda Axela adı ilə satılır.
Mazda RX-7
Mazda RX-7, Yaponiya avtomobil istehsalçısı şirkəti olan Mazda tərəfindən 1978-2002-ci illər arasında istehsal olunan 2 qapılı kupe tipli idman avtomobilidir. RX-7 bazarda RX-3-ü əvəz etmişdir və 2003-cü ildə Mazda RX-8 ilə əvəz olundu. Avtomobildə Wankel mühərriki istifadə olunmuşdur. RX-7, Gran Turismo, Forza Motorsport, Need for Speed, İnitial D, Wangan Midnight və Forsaj kimi videooyun, film və TV şouları ilə məşhurlaşmışdır. Avtomobil ümumi olaraq 811,634 ədəd istehsal edilmişdir.
Mazda RX-8
Mazda RX-8 — Yaponiyanın Mazda şirkətinin istehsalı olan avtomobil. RX-7 modelinin yenilənmiş variantıdır. Onun prototipi (o zaman RX-Evolve adlanırdı) Detroytda 2000-ci illərdə nümayiş etdirlmişdi. Bir il sonra artıq Tokioda sınaq avtomobili olan rotor mühərrikli Renessis nümayiş etdirildi. Standart variantlarında quraşdırılan mühərrikin gücü 192 a.g. (220 N·m), sürətlər qutusu isə ya 5-pilləli mexaniki, yaxud 4-pilləli avtomat olur. Buna baxmayaraq bəzi bazarlarda ötürücüsü əllə dəyişdirilə bilən 6 pilləli avtomat sürətlər qutusu quraşdırılmış avtomobillər də təklif olunur.
Mazda3
Mazda 3 — Yapon avtomobil istehsalçısı Mazda tərəfindən 2004-cü ildən bu günə kimi istehsal olunan sedan. Yaponiyada Mazda Axela adı ilə satılır.
Mazdara məbədi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi.Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. == Memarlıq xüsusiyyətləri == Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir. SSRİ dövründə, 1940–cı ildə məbəddə ermənilər tərəfindən aparılmış "bərpa" işləri zaman onun ilkin memarlıq xüsusiyyətlərinə bəzi dəyişiklikləri edilməklə və ətrafında xaçkarlar yerləşdirilməklə məbəd erməniləşdirilmişdir.
Mazdavənd
Mazdavənd — İranın Rəzəvi Xorasan ostanının Sərəxs şəhristanının Mərzdaran bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,028 nəfər və 248 ailədən ibarət idi.
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştilik tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.49 dəfə / 1 mln.
2005 ••••••• 1.35
2007 •• 0.21
2008 ••• 0.49
2009 ••••••• 1.28
2010 •••••••••••••••••••• 4.08
2011 ••••••••• 1.72
2012 •••••••••••• 2.41
2013 •••••••••• 2.04
2014 ••••••••••• 2.06
2015 0.17
2016 ••• 0.52
2017 •••• 0.65
2018 •••••••••••• 2.40
2019 •••••• 1.11
2020 ••• 0.53

"mazda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mazda nədir? #mazda sözünün mənası #mazda nə deməkdir? #mazda sözünün izahı #mazda sözünün yazılışı #mazda necə yazılır? #mazda sözünün düzgün yazılışı #mazda leksik mənası #mazda sözünün sinonimi #mazda sözünün yaxın mənalı sözlər #mazda sözünün əks mənası #mazda sözünün etimologiyası #mazda sözünün orfoqrafiyası #mazda rusca #mazda inglisça #mazda fransızca #mazda sözünün istifadəsi #sözlük