Əbüləla Mövdudi
Əbüləla Mövdudi (urdu ابو الاعلی مودودی; 25 sentyabr 1903[…], Övrəngabad, Britaniya Hindistanı – 22 sentyabr 1979[…], Nyu-York, Nyu-York ştatı) — Pakistanlı təfsirçi, İslam alimi və yazıçı.
== Həyatı ==
Əbüləla Mövdudi 1903-cü il sentyabr ayının 25-də Pakistanın Heydərabad vilayətinin Övrəngabad qəsəbəsində anadan olub. Çiştiyyə təriqətinin qurucusu Həcc Qütbəddin Mövdudi Çiştinin soyundandır. Uşaq yaşlarından etibarən fars, ərəb, urdu və ingilis dillərini öyrənən Mövdudi 1919-cu ildə 16 yaşında ikən atasını itirir. Mövdudi 1920-ci ildə jurnalist kimi peşə fəaliyyətinə başlayır.
Bir müddət Cəbəlpurda vilayətində jurnalist işlədikdən sonra Hindistanın paytaxtı Delhiyə gedərək, Hindistan Alimləri Cəmiyyətinin (HAC) mətbu orqanı olan "əl-Came" qəzetində redaktor vəzifəsində çalışır. 1927-ci ildə xəstələnən Mövdudi bu səbəbdən doğma qəsəbəsi Avranqabada geri qayıtmağa məcbur olur. 1932-ci ildə isə gənc jurnalist Heydərabadda aylıq dərc olunan "Tərcüman əl-Quran" jurnalını təsis edir.
1938-ci ilin yanvarında Mövdudi M.İqbalın dəvətini qəbul edərək, İslam hüququnun inkişaf etdirilməsi fəaliyyətlərinə qoşulmaq üçün Pəncab vilayətinə yollanır. Onun burada çalışdığı məscid və bir neçə ev sonralar Dar əs-Salam Akademiyasına çevrilir.